Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-700/2023 27.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 515/2011 saylı, 13 iyun 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün ümumilikdə 160 manat alimentin artırılaraq, 07 iyul 2007-ci il təvəllüdlü X5 və 10 iyun 2008-ci il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-515/2011 saylı, 13 iyun 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün 80 manat olmaqla, ümumilikdə 160 manat alimentin artırılaraq, 07 iyul 2007-ci il təvəllüdlü X5 və 10 iyun 2008-ci il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 12 iyun 2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Daha sonra nikahları məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahlarından 07 iyul 2007-ci il təvəllüdlü X8 və 10 iyun 2008-ci il təvvəllüdlü X6 adlı iki övladları vardır. Abşeron rayon Məhkəməsinin 2(012)-515/2011 saylı, 13 iyun 201 1-cı il tarixli qətnaməsi ilə 07 iyul 2007-ci il təvəllüdlü X8 və 10 iyun 2008-ci il təvvəllüdlü X6 üçün Cavabdeh hər ay sabit pul məbləğində hər ay üçün ayırılqa hər uşaq üçün 80 manat, ümumilikdə 160 manat miqdarında alimentin alınaraq ona verilməsi müəyyən edilmişdir. Hazırkı şəraitdə onun bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməyi mümkün deyildir. Uşaqlar artıq böyüyür. Bununla bağlı olaraq da təbii ki, uşaqların xərci əvvəlki miqdarda deyildir. Hətta 2022-ci il üçün bir uşağın saxlanması üçün yaşayış minimumu olan məbləğ belə hazırkı aliment məbləğindən xeyli çoxdur. Məhkəmələr isə sabit pul məbləğində alimenti müəyyən edərkən minimumu yox, uşaqların əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanması prinsipini rəhbər tutmalıdırlar. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, o, alimentin artırılmasına etiraz edir. Belə ki, cavabdehin aylıq əmək haqqı 300 manat təşkil edir. Həmçinin cavabdeh yenidən ailə qurmuşdur. Bundan əlavə cavabdehin səhhətində ciddi problemlər var. Odur ki, cavabdehin maddi vəziyyəti aşağı olduğundan, o, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan AA4352949 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X5 07 iyul 2007-ci ildə anadan olmuşdur. İş materiallarında olan AA3781070 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X6 10 iyun 2008-ci ildə anadan olmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-515/2011 saylı, 13 iyun 2011-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X3 ilə Cavabdeh arasında 12 iyun 2007-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə nümayəndəliyində qeydə alınmış, 11 saylı nikah qeydinin ləğv edilməsi, Cavabdeh 07 iyul 2007-ci il təvəllüdlü X5 və 10 iyun 2008-ci il təvəllüdlü X4 anası X2 yanında qalmasının müəyyən edilməsi, 07 iyul 2007-ci il təvəllüdlü X5 və 10 iyun 2008-ci il təvəllüdlü X1 üçün X2 xeyrinə hər ay 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-nin təmir-tikinti sahəsində fəhlə vəzifəsində işləyir və aylıq əmək haqqı 300 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmədə sübutlar tədqiq edilərkən alimentin tələb olunan miqdarda cavabdeh tərəfindən ödəmək iqtidarında olması ilə bağlı sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 160 manat həddində müəyyən edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-515/2011 saylı, 13 iyun 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 07 iyul 2007-ci il təvəllüdlü X5 və 10 iyun 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-700/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-700/2023
27.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver