Məhkəmə qərarları › İş №2(012)-702/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-702/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-702/2025 16.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(039)-2024/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 04 mart 2013-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 51 manat, hüquqi yardım görə ödənilmiş 51 manat rüsumun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, onunla Cavabdeh birgə nikahdan 04 mart 2013-ci il təvəllüdlü X5 adlı bir uşaqları anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(039)-2024/2018 saylı qətnaməsi ilə 04 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi 2018-ci ildə qəbul edilsə də, 24 iyul 2018-ci il tarixdən hal-hazırkı vaxtadək heç bir məbləğdə ödəniş etməmişdir. Lakin hal-hazırda da cavabdeh birgə nikahdan olan uşağın saxlanması üçün heç bir məbləğdə maddi yardım etmir. Birgə nikahdan olan uşaq onun himayəsindədir və uşağın tələbatlarını təkbaşına ödəməkdə maddi çətinlik çəkir. Cavabdehdən tutulan alimentin məbləği sabit pul məbləğində 235 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia ilə razılaşmadı və onun təmin olunmamasını xahiş etdi. O bildirdi ki, maddi imkanı zəifdir, aylıq gəliri 400-450 manat təşkil edir. Həbsdən təzə çıxmışdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan AZ-İV 941116 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-2024/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 04 mart 2013-cü il tarixdə doğulmuş X3 atası olması müəyyən edilməsi, bu qətnamə 04 mart 2013-cü ii tarixdə doğulmuş X4 müvafiq qeydlər aparılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsas olması, Cavabdeh 04 mart 2013-cü il tarixdə doğulmuş Eyubova (Hüseynova) Günay Famil qızının yetkinlik yaşma çatanadək saxlanılması üçün 24 iyul 2018-ci il tarixdən hesablanmaqla, hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulması, qalan hissədə iddia təmin edilməməsi, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, tərəflərin faktiki nikahından xx.xx.2013-cü il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Yevlax Rayon Məhkəməsinin 2(039)-2024/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh 04 mart 2013-cü il tarixdə doğulmuş Eyubova (Hüseynova) Günay Famil qızının yetkinlik yaşma çatanadək saxlanılması üçün 24 iyul 2018-ci il tarixdən hesablanmaqla, hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Hazırda İddiaçı bu məbləğin 235 manata qaldırılmasını tələb edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli Qərarının 8.4-3-cü bəndində göstərilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik baş verməmişdir. İddiaçı isə onun hər hansı gəlirlərinin olması və ya artması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, əvvəlki qət edilən 130 manat alimentin məbləğinin 235 manata qaldırılmasına heç bir hüquqi əsas yaranmamışdır. Bu hallara məcmu halda qiymət verən məhkəmə iddianı əsaslı hesab etmir. Beləliklə, tərəflərin maddi və ailə vəziyyəti, saxlanması üçün aliment tutulan uşağın yaşı və tələbatı, onun saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hazırki halda Yevlax Rayon Məhkəməsinin 2(039)-2024/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Başqa sözlə, iddiaçı öz tələbinin dəlillərini kifayət qədər əsaslandıra bilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar