Məhkəmə qərarları › İş №2(012)-7045/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-7045/2021

07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-7045/2021 07.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, (azyaşlı övladları Cavabdeh1 və Cavabdeh4) Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və X3, Cavabdeh17 Nəriman oğlu, Cavabdeh18 və üçünçü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “mənzilin vaxtında boşaldılmamasına görə yaranmış kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, (azyaşlı övladları Cavabdeh1 və Cavabdeh4) Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və X3, Cavabdeh17 Nəriman oğlu, Cavabdeh18 və üçünçü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “mənzilin vaxtında boşaldılmamasına görə yaranmış kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin, iddiaçı AR MPM-in 39-cu maddəsinə istinad edərək hesab etmişdir ki, hazırki tələbə müstəsna aidiyyət qaydasında Abşeron rayon məhkəməsində baxılmalıdır. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın Abşeron rayonu ərazisində yerləşməsinə baxmayaraq iddiaçı tərəfindən irəli sürülən tələb AR MPM-in 39-cu maddəsində göstərilən işlərlə əlaqəli deyildir. AR MPM-in 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, İddiaçı Mənzil Tikinti Kooperativinin iddia tələbi “mənzilin vaxtında boşaldılmamasına görə yaranmış kompensasiyanın ödənilməsi” ilə əlaqədar olduğundan AR MPMin 39-cu maddəsinin təsiri altına düşmür. Ona görə də məhkəmə AR MPM-in 35.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı hazırki tələblə bağlı cavabdehlərdənin birinin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməlidir. İddiaçının iddia ərizəsində göstərdiyi kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, (azyaşlı övladları Cavabdeh1 və Cavabdeh4) Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 Qubadlı rayonunda, Cavabdeh14, Cavabdeh15 və X1 rayonunda, Cavabdeh17 Nəriman oğlu, Cavabdeh18 isə Zəngilan rayonunda qeydiyyatdadırlar. Odur ki, hazırki iddia ərizəsinə ərazi yerisdiksiyası üzrə cavabdehlərdənin birinin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, (azyaşlı övladları Cavabdeh1 və Cavabdeh4) Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və X3, Cavabdeh17 Nəriman oğlu, Cavabdeh18 və üçünçü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “mənzilin vaxtında boşaldılmamasına görə yaranmış kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, (azyaşlı övladları Cavabdeh1 və Cavabdeh4) Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və X3, Cavabdeh17 Nəriman oğlu, Cavabdeh18 və üçünçü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “mənzilin vaxtında boşaldılmamasına görə yaranmış kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar