Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-709/2024 07.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 16 dekabr 2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə müəyyənləşdirilmiş məbləğin ödənilməmiş hisssəsinin, yəni 272 manat məbləğində pulun, 22 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş məbləğin ödənilməmiş hissəsinin, yəni 400 manat məbləğində pulun Cavabdeh2 alınıb ona verilməsinə dair, 23 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş məbləğin ödənilməmiş hissəsinin, yəni 680 (altı yüz səksən) manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsinə dair, 24 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş məbləğin ödənilməmiş hissəsinin, yəni 289 (iki yüz səksən doqquz) manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh3 Oktay qızı və Cavabdeh2 alınıb ona verilməsinə dair, dövlət rüsumu kimi ödənilmiş 36,40 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə üzrə müəyyənləşdirilmiş 264 manat məbləğində pulun ona qaytarılmasını, eyni zamanda təqdim etdiyi arayışda da borc məbləğinin 264 manat olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 23 fevral 2023-cü il tarixdə, Cavabdeh3 Oktay qızı ilə 24 yanvar 2023-cü il tarixdə, 16 dekabr 2022-ci il və 22 fevral 2023-cü il tarixlərdə Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlamışdır. 23 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən öz öhdəsinə “Samsung A33” markalı mobil telefonu Cavabdeh1 verməyi, o da öz növbəsində hər ay 130 manat olmaqla 6 ay müddətinə, cəmi 780 manat məbləğində pulu verməyi, 24 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən öz öhdəsinə “Galaxy A045” markalı mobil telefonu Cavabdeh3 Oktay qızına verməyi, o da öz növbəsində hər ay 74 manat olmaqla 5 ay müddətinə, cəmi 369 manat məbləğində pulu verməyi, 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mən öz öhdəsinə “Samsung A13” markalı mobil telefonu Cavabdeh2 verməyi, o da öz növbəsində hər ay 88 manat olmaqla 5 ay müddətinə, cəmi 448 manat məbləğində pulu verməyi, 22 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən öz öhdəsinə “Samsung A13” markalı mobil telefonu Cavabdeh2 verməyi, o da öz növbəsində hər ay 80 manat olmaqla 6 ay müddətinə, cəmi 480 manat məbləğində pulu verməyi öz öhdəsinə götürmüşdür. Sözügedən 24 yanvar 2023-cü il tarixli və 23 fevral 2023-cü il tarixli müqavilə üzrə Cavabdeh2 adlı şəxs zamin durmuşdur. Buna baxmayaraq Cavabdeh1 fevral ayının ödənişini etsə də, digər ayların ödənişini, yəni cəmi 680 manat məbləğində pulu, Cavabdeh3 ilk ayın ödənişini etsə də, digər ayların ödənişini, yəni 289 manat məbləğində pulu, Cavabdeh2 onunla bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə yanvar və fevral aylarının ödənişini etsə də, digər ayların ödənişini, yəni 272 manat məbləğində pulu, 22 fevral 2023-cü il tarixli müqavilə üzrə ilk ayın ödənişini etsə də digər ayların ödənişini, yəni 400 manat məbləğində pulu ona ödəməmişdir. Bununla bağlı birinci Cavabdeh1, Cavabdeh3 Oktay qızına, Cavabdeh2 (həm zamin kimi, həm də özü ilə onun arasında bağlanmış müqavilələr üzrə) dəfələrlə müraciət edərək öz öhdəliklərini icra etmələrini tələb etsə də cavabdehlər onu aldadaraq yalan vədlər vermiş, alqı-satqı müqavilələri üzrə müəyyən edilmiş ödənişlərin qalan hissəsini ödəməmiş, telefonlarına cavab verməmiş və onu aldatmışlar. Həmçinin məhkəməyə müraciət etməmişdən öncə tərəfindən Cavabdeh1 olunun, Cavabdeh3 Oktay qızına və Cavabdeh2 yaşadığı ünvana pretenziya məktubu göndərilmiş və onlara 23 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyənləşdirilmiş pulməbləğinin qalan hissəsinin, yəni 680 manat məbləğində pulun, 24 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyənləşdirilmiş pul məbləğinin qalan hissəsinin, yəni 289 manat məbləğində pulun, 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyənləşdirilmiş pul məbləğinin qalan hissəsinin, yəni 272 manat məbləğində pulun,22 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən borc məbləğinin qalan hissəsinin, yəni 400 manat məbləğində pulun, eyni zamanda Cavabdeh2 tərəfindən zamin olduğu yuxarıda qeyd olunan alqı-satqı müqavilələrinə əsasən müəyyənləşdirilmiş pul məbləğinin qalan hissələrinin ödənilməsi təklifindən qəbul edildiyi gündən 03 (üç) gün ərzində cavab verilməsi və məbləğin tam ödənilməsi xahiş edilmiş, qeyd edilmiş müddət ərzində cavab verilməzsə və ya pul ödənilməzsə hərəkətsizlik imtina kimi qəbul ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdehlər tərəfindən pretenziya məktubuna heç bir münasibət bildirilməmiş və borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Odur ki, nəticədə məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizəyə uyğun izahat vermiş və iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 İddiaçı oğluna 289 manat borcu olduğunu qəbul edərək etiraf etmişdir. Məhkəmə iclasında Cavabdeh1 İddiaçı oğluna 680 manat borcu olduğunu qəbul edərək etiraf etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcədə şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehlərin etiraflarını, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinin göstərişinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə göndərərək Cavabdeh2 Oqtay oğlunun, Cavabdeh3 və X1 borcu haqqında məlumatların işə əlavə olunmasını məhkəmədən xahiş emişdir. -İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı sazişinin surətindən görünür ki, İddiaçı öhdəsinə “Samsung A13” markalı mobil telefonu Cavabdeh2 verməyi, o da öz növbəsində hər ay 88 manat olmaqla 5 ay müddətinə, cəmi 448 manat məbləğində pulu verməyi öhdəsinə götürmüşdür. -İddiaçı ilə Cavabdeh3 Oktay qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı sazişinin surətindən görünür ki, İddiaçı öhdəsinə “Galaxy A045” markalı mobil telefonu Cavabdeh3 Oktay qızına verməyi, o da öz növbəsində hər ay 74 manat olmaqla 5 ay müddətinə, cəmi 369 manat məbləğində pulu verməyi öhdəsinə götürmüşdür. -İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı sazişinin surətindən görünür ki, İddiaçı öhdəsinə “Samsung A13” markalı mobil telefonu Cavabdeh2 verməyi, o da öz növbəsində hər ay 80 manat olmaqla 6 ay müddətinə, cəmi 480 manat məbləğində pulu verməyi öhdəsinə götürmüşdür. -İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı sazişinin surətindən görünür ki, İddiaçı öhdəsinə “Samsung A33” markalı mobil telefonu Cavabdeh1 verməyi, o da öz növbəsində hər ay 130 manat olmaqla 6 ay müddətinə, cəmi 780 manat məbləğində pulu verməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həqiqətən X3 qardaşı Cavabdeh2 Oqtay oğlunun zaminliyi ilə İddiaçı mağazasından xx.xx.2023-cü il tarixdə alqı-satqı əsasında 369 manat dəyərində “Samsung A-045” markalı telefon almış, xx.xx.2023-cü il tarixdə borcdan 80 manat ödəmişdir. Hal-hazırda X2 İddiaçı 289 manat ödənməmiş borcu qalmışdır. -xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həqiqətən Cavabdeh2 Oqtay oğlu İddiaçı məxsus mağazadan xx.xx.2022-ci il tarixdə alqı-satqı müqavilə əsasında 448 manat “Samsung A-13” markalı telefon almış, xx.xx.2023-cü il tarixdə 88 manat və xx.xx.2023-cü ildə 88 manat ödədikdən sonra 272 manat ödənişi bu günə qədər qalmışdır. Bundan başqa 22 fevral 2023-cü il tarixdə Cavabdeh2 yenə də 480 manata “Samsung A- 13” markalı telefon satın almış, 80 manat ödəniş etmiş və 400 manat ödənməmiş borcu qalmışdır. Cavabdeh2 Oqtay oğlunun İddiaçı 272 manat və 400 manat olmaqla cəmi 672 manat ödənməmiş borcu qalmışdır. -xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həqiqətən Cavabdeh1 Cavabdeh2 Oqtay oğlunun zaminliyi ilə İddiaçı məxsus mağazasından alqı-satqı aktı əsasında xx.xx.2023-cü il tarixdə 780 manata “A-33” markalı telefon almış, xx.xx.2023-cü il tarixdə 100 manat borcdan ödəmişdir. həqiqətən Cavabdeh1 İddiaçı 680 manat ödənməmiş borcu qalmışdır. Pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh1 23 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyənləşdirilmiş pul məbləğinin qalan hissəsinin, yəni 680 manat məbləğində pulun ödənilməsi təklifindən qəbul edildiyi gündən 03 (üç) gün ərzində cavab verilməsini və məbləğin tam ödənilməsini xahiş etmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh3 24 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyənləşdirilmiş pul məbləğinin qalan hissəsinin, yəni 289 manat məbləğində pulun ödənilməsi təklifindən qəbul edildiyi gündən 03 (üç) gün ərzində cavab verilməsini və məbləğin tam ödənilməsini xahiş etmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh2 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyənləşdirilmiş pul məbləğinin qalan hissəsinin, yəni 272 manat məbləğində pulun, 22 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən borc məbləğinin qalan hissəsinin, yəni 400 manat məbləğində pulun ödənilməsi, yuxarıda qeyd olunan zamin olduğunuz alqı-satqı müqavilələrinə əsasən müəyyənləşdirilmiş pul məbləğinin qalan hissəsinin, yəni Cavabdeh3 Oktay qızı ilə mənim aramda bağlanmış 24 yanvar 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 289 manat, Cavabdeh1 ilə mənim aramda bağlanmış 23 fevral 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 680 manat məbləğində pulun ödənilməsi təklifindən qəbul edildiyi gündən 03 (üç) gün ərzində cavab verilməsini və məbləğin tam ödənilməsini xahiş etmişdir. Poçt göndərişlərinin izlənməsindən görünür ki, İsgəndərov Rafiqə və Cavabdeh2 pretenziya məktubları çatdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsindən görünür ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi öhdəlik müəyyən istisnalar olmaqla yalnız tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icrani gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayri qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli alqı-satqı sazişi əsasında 448 manat “Samsung A-13” markalı telefon almış, xx.xx.2023-cü il tarixdə 88 manat və xx.xx.2023-cü ildə 88 manat ödədikdən sonra 264 manat ödənişi bu günə qədər qalmışdır. Bundan başqa 22 fevral 2023-cü il tarixdə Cavabdeh2 yenə də 480 manata “Samsung A-13” markalı telefon satın almış, 80 manat ödəniş etmiş və 400 manat ödənməmiş borcu qalmışdır. Cavabdeh2 Oqtay oğlunun İddiaçı 264 manat və 400 manat olmaqla cəmi 664 manat ödənməmiş borcu qalmışdır. İddiaçı ilə Cavabdeh3 qardaşı Cavabdeh2 Oqtay oğlunun zaminliyi ilə xx.xx.2023-cü il tarixdə alqı-satqı sazişi əsasında 369 manat dəyərində “Samsung A-045” markalı telefon almış, xx.xx.2023-cü il tarixdə borcdan 80 manat ödəmişdir. Cavabdeh3 İddiaçı 289 manat ödənməmiş borcu qalmışdır. Cavabdeh3 İddiaçı 289 manat ödənməmiş borcu olduğunu etiraf etmişdir. İddiaçı ilə Cavabdeh1 qardaşı Cavabdeh2 Oqtay oğlunun zaminliyi ilə xx.xx.2023-cü il tarixdə 780 manata “A-33” markalı telefon almış, xx.xx.2023cü il tarixdə 100 manat borcdan ödəmişdir. Cavabdeh1 İddiaçı 680 manat ödənməmiş borcu qalmışdır. Cavabdeh1 İddiaçı 680 manat ödənməmiş borcu olduğunu etiraf etmişdir. İddiaçı həmçinin ödənilmiş 36.40 (otuz altı manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi cavabdehlərin etirafları və iş materiallarında olan digər sənədlər ilə tam olaraq sübuta yetir, odur ki, iddiaçı vermiş olduğu pulun cavabdehlərdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Satıcı İddiaçı ilə alıcı Cavabdeh3 Oktay qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı sazişinin surətindən görünür ki, zamin qismində Cavabdeh2 oğu alıcının alqı-satqı sazişi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı sazişinin surətindən görünür ki, zamin qismində Cavabdeh2 oğu alıcının alqı-satqı sazişi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki Məcəllənin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli alqı-satqı sazişi və xx.xx.2023-cü il tarixli alqı-satqı sazişinə əsasən qanunvericiliyin tələblərinə görə zamin alıcı ilə birlikdə öhdəliyin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Buna görə də İddiaçı, Cavabdeh2 zaminliyinə görə pul tələbinin olması əsaslıdır. Mülki Məcəllənin; 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyetklər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olnanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil. Varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədəuyğun olmadıqda verdiyini geri tələb edə bilər. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 36.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36.40 manat məbləğində dövlət rüsumu iddia tələbi tam təmin edildiyindən cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən hallarını və sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş məbləğin ödənilməmiş hisssəsinin, yəni 264 manat məbləğində pulun və 22 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş məbləğin ödənilməmiş hissəsinin, yəni 400 manat məbləğində pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. 23 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş məbləğin ödənilməmiş hissəsinin, yəni 680 (altı yüz səksən) manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. 24 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi ürə müəyyənləşdirilmiş məbləğin ödənilməmiş hissəsinin, yəni 289 (iki yüz səksən doqquz) manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh3 Oktay qızı və Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Həmçinin ödənilmiş 36.40 (otuz altı manat qırx qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş məbləğin ödənilməmiş hisssəsinin, yəni 264 (iki yüz altmış dörd) manat məbləğində pulun və 22 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş məbləğin ödənilməmiş hissəsinin, yəni 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. 23 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş məbləğin ödənilməmiş hissəsinin, yəni 680 (altı yüz səksən) manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. 24 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi ürə müəyyənləşdirilmiş məbləğin ödənilməmiş hissəsinin, yəni 289 (iki yüz səksən doqquz) manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh3 Oktay qızı və Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Ödənilmiş 36.40 (otuz altı manat qırx qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-709/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-709/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver