Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-722/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pulun tutulması, tələbin girov predmetinə yönəldiməsi, girov predmetinin açıq hərracda satılması» tələbinə dair mülki işə 03 may 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 01.02.2019-cu il tarixli nzaz12010 saylı kredit müqaviləsi üzrə kreditə 11929,43 Manat əsas, faiz borcuna görə 1242,39 Manat, cərimə borcuna görə 0 Manat, borcun cəmi məbləği 13171,82 Manat pul və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun tutulması; Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, 2 onluq-çəkisi -17 qr, əyarı - 880; Qolbaq (qırıq)-çəkisi-5,8 qr, əyarı -880; Qolbaq çəkisi - 27,9 qr, əyarı - 750; 2 üzük (ağlı) 1 qaş yox -çəkisi-17,6 qr, əyarı-750; Kulon -çəkisi - 8,6 qr, əyarı - 750; Sep kolye (ağlı) -çəkisi - 31,3 qr, əyarı - 750;Sep silsilə - çəkisi - 25,5 qr, əyarı - 750; 4 sep - çəkisi - 41,6 qr, əyarı - 583; 2 qolbaq (1-i qırıq) -çəkisi - 13,5 qr, əyarı - 583; 13 üzük - çəkisi - 47,7 qr, əyarı - 583;Komplekt -çəkisi - 7 qr, əyarı - 583; Sırğa - çəkisi - 3,5 qr, əyarı - 583; 4 kulon -çəkisi - 8,8 qr, əyarı - 583; (cəmi: 255,8 qr), bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 01.02.2019-cu il tarixli nzazl 2010 saylı kredit müqaviləsi üzrə 11929,43 Manat əsas, faiz borcuna görə 1242,39 Manat, cərimə borcuna görə 0 Manat, borcun cəmi məbləği 13171,82 Manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 01.02.2019-cu il tarixli nzaz12010 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 01.02.2019-cu il tarixli nzaz12010 saylı kredit müqaviləsi üzrə kreditə 11929,43 manat əsas, faiz borcuna görə 2488,13 manat, cərimə borcuna görə 346,8 manat, borcun cəmi məbləği 14764,36 manat pul və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun tutulması; Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, 2 onluq-çəkisi -17 qr, əyarı - 880; Qolbaq (qırıq)-çəkisi-5,8 qr, əyarı -880; Qolbaq çəkisi - 27,9 qr, əyarı - 750; 2 üzük (ağlı) 1 qaş yox -çəkisi-17,6 qr, əyarı-750; Kulon -çəkisi - 8,6 qr, əyarı - 750; Sep kolye (ağlı) - çəkisi - 31,3 qr, əyarı - 750;Sep silsilə - çəkisi - 25,5 qr, əyarı - 750; 4 sep - çəkisi - 41,6 qr, əyarı - 583; 2 qolbaq (1-i qırıq) -çəkisi - 13,5 qr, əyarı - 583; 13 üzük -çəkisi - 47,7 qr, əyarı - 583;Komplekt -çəkisi - 7 qr, əyarı - 583; Sırğa - çəkisi - 3,5 qr, əyarı - 583; 4 kulon çəkisi - 8,8 qr, əyarı - 583; (cəmi: 255,8 qr), bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 01.02.2019-cu il tarixli nzaz12010 saylı kredit müqaviləsi üzrə 11929,43 manat əsas, faiz borcuna görə 2488,13 manat, cərimə borcuna görə 346,8 manat, olmaqla, cəmi 14764,36 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 01.02.2019-cu il tarixli nzaz12010 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxmaqla iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında 01.02.2019-cu il tarixli nzaz12010 saylı kredit müqaviləsinə əsasən, illik 18,9 % dərəcəsi olmaqla 36 ay müddətinə 17000 manat məbləğində kredit cavabdehə verilmişdir. 01.02.2019-cu il tarixli, nzaz12010 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu(cərimə,penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə ona dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 01.02.2019-cu il tarixli, nzaz12010 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 01.02.2019-cu il tarixli, nzaz12010 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 01.02.2019-cu il tarixi təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin Nizami filialına saxlanca verilmişdir. Həmin əşyalar bunlardır: 2 onluq-çəkisi -17 qr, əyarı - 880; Qolbaq (qırıq)-çəkisi-5,8 qr, əyarı -880; Qolbaq çəkisi - 27,9 qr, əyarı - 750; 2 üzük (ağlı) 1 qaş yox -çəkisi-17,6 qr, əyarı-750; Kulon -çəkisi - 8,6 qr, əyarı - 750; Sep kolye (ağlı) - çəkisi - 31,3 qr, əyarı - 750;Sep silsilə - çəkisi - 25,5 qr, əyarı - 750; 4 sep - çəkisi - 41,6 qr, əyarı - 583; 2 qolbaq (1-i qırıq) -çəkisi - 13,5 qr, əyarı - 583; 13 üzük -çəkisi - 47,7 qr, əyarı - 583;Komplekt -çəkisi - 7 qr, əyarı - 583; Sırğa - çəkisi - 3,5 qr, əyarı - 583; 4 kulon -çəkisi - 8,8 qr, əyarı - 583; (cəmi: 255,8 qr). Tərəflər arasında bağlanmış 01.02.2019-cu il tarixli nzaz12010 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan girova ödəniş yönəldilə bilər. Eyni zamanda həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə) “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, 01.02.2019-cu il tarixdə biznes üçün kredit götürmüşdür. Onun Bakı şəhəri, Nərimanov rayonunda “Life Center”-də qadın paltarları satılan mağazası vardır. Banka 255,8 qr qızıl girov qoymuşdur. Bank tərəfindən qızıllar 15000 manat məbləğində qiymətləndirilmişdir. O, ayda 625 manat məbləğində kredit ödəmişdir. Lakin pandemiyayla əlaqədar olaraq 1 ildən çoxdur ki, mağaza işləmir. Odur ki, onun ödəniş etməyə imkanı yoxdur. İş materiallarında olan nzaz12010 saylı, 01.02.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh illik 18,9 % dərəcəsi olmaqla 36 ay müddətinə 17000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan nzaz12010 saylı, 01.02.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, girovsaxlayan (İddiaçı ASC) girovqoyana (Cavabdeh) mikrokredit (ticarət və xidmət) məqsədilə 17000 məbləğində 36 ay müddətinə illik 18,9 % ödənilməsi şərti ilə təminatlı borc verir, kredit alan (Cavabdeh) isə aldığı borcu ödəniş gününə 622,29 manat məbləğində qaytarmağı və bu müqavilə ilə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 17.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 01.02.2019-cu il tarixli, nzaz12010 saylı müqaviləyə əsasən, 17.09.2020-ci il tarixinə Cavabdeh 11929,43 manat əsas borc, 1242,39 manat faiz borcu, 0 manat dəbbə pulu olmaqla ümumilikdə 13171,82 manat borcu vardır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında nzaz12010 saylı, 01.02.2019-cu il tarixli kredit müqaviləsi, həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi girov müqaviləsi imzalanmışdır bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 01.02.2019-cu il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Bundan başqa iddiaçı təşkilat tərəfindən məhkəməyə təqdim olunan 17.09.2020-ci il tarixli maliyyə arayışında cavabdehin İddiaçı ASC-yə 11929,43 manat əsas borc, 1242,39 manat faiz borcu, 0 manat dəbbə pulu olmaqla ümumilikdə 13171,82 manat borcu borcunun olduğu göstərilmiş, lakin iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin həcminin artırılmasına dair ərizəyə əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 01.02.2019-cu il tarixli nzaz12010 saylı kredit müqaviləsi üzrə kreditə 11929,43 manat əsas, faiz borcuna görə 2488,13 manat, cərimə borcuna görə 346,8 manat, borcun cəmi məbləği 14764,36 manat pulun tutulması tələb edilmişdir. Odur ki, iddiaya iddia tələbinin həcminin artırılmasına dair ərizədə göstərilmiş məbləğlər əsasında qiymət verilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmçinin iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 01.02.2019-cu il tarixli, nzaz12010 saylı müqaviləyə əsasən, 364,8 manat məbləğində cərimə borcu cavabdehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 5 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın girov predmetinə yönəldilməsi və girov predmetlərinin açıq hərracdan satılması yolu ilə borcun ödənilməsi tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutuma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə iddia tələbinin qeyd olunan girov predmetlərin hərracda satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə və ya tələbin girov predmetinə yönəldilməsi mümkün olmadıqda tələbin qalan hissəsi Cavabdeh tutularaq iddiaçı «X1» ASC-yə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə mücərrəd olduğundan və iddianın bu formada təmin edilməsi gələcəkdə qətnamənin icrasını qeyri mümkün etdiyindən həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 20 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01.02.2019-cu il tarixli, nzaz12010 saylı müqaviləsi üzrə 11929,43 manat əsas, faiz borcuna görə 2488,13 manat, cərimə borcuna görə 5 manat, olmaqla, cəmi 14422,56 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilsin, 2 onluqçəkisi -17 qr, əyarı - 880; Qolbaq (qırıq)-çəkisi-5,8 qr, əyarı -880; Qolbaq çəkisi - 27,9 qr, əyarı - 750; 2 üzük (ağlı) 1 qaş yox -çəkisi-17,6 qr, əyarı-750; Kulon -çəkisi - 8,6 qr, əyarı - 750; Sep kolye (ağlı) - çəkisi - 31,3 qr, əyarı - 750;Sep silsilə - çəkisi - 25,5 qr, əyarı - 750; 4 sep - çəkisi - 41,6 qr, əyarı - 583; 2 qolbaq (1-i qırıq) -çəkisi - 13,5 qr, əyarı - 583; 13 üzük -çəkisi - 47,7 qr, əyarı - 583;Komplekt -çəkisi - 7 qr, əyarı - 583; Sırğa - çəkisi - 3,5 qr, əyarı - 583; 4 kulon -çəkisi - 8,8 qr, əyarı - 583; (cəmi: 255,8 qr), bu əmlaklar hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 01.02.2019-cu il tarixli nzaz12010 saylı kredit müqaviləsi üzrə 11929,43 manat əsas, faiz borcuna görə 2488,13 manat, cərimə borcuna görə 5 manat, olmaqla, cəmi 14422,56 manat borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-722/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-722/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver