Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-7280/2021 21.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyul 2015-ci il tarixində cavabdehlə aralarında bağlanan müqavilə əsasında Cavabdeh 5 il müddətinə verdiyi 6000 manat kredit məbləğini geri ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilən sənədləri araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir Belə ki, iddia ərizəsinə əlavə edilmiş; - 26.07.2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı xeyrinə Abşero, Hökməli qəsəbəsi, Xəqani küçəsi, ev 4 ünvanında qeydiyyatda olan Cavabdeh vaxtında ödənilməmiş 6000 (altı min) manat tutulması təklif edilmişdir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 19.08.2021-ci il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, yuxarıda qeyd olunan icra sənədi üzrə borclu xx.xx.1983-cü il təvəllüdlü Abşeron rayonu, Hökməli qəsəbəsi, Xəqani küçəsi, ev 4-də qeydiyyatda olan Cavabdehbarəsində axtarış elan edilmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi artıq icra qeydi ilə iddia olunan pul məbləğinin təmin edilməsi üçün borclu barəsində axtarış elan edilmiş və bu barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraatında icra işi vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. Həmin qanunun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: Həmin qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənləri, qanunun qeyd edilən normalarını əsas tutaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməli və iddiaçıya icra qeydinin icrası qaydasında hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi, iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. İddiaçı icra qeydinin icrası ilə bağlı hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-7280/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-7280/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver