Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-731/2021 27.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********89480 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ Kodu **********51347 olan Samsung Galaxy A10 markalı telefon üçün 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HP markalı notebook üçün 1920 (min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 528 (beş yüz iyirmi səkkiz) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84387 olan X6 8 markalı telefon, GOODRAM markalı microSD üçün 292 (iki yüz doxsan iki) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HP markalı notebook üçün 1680 (min altı yüz səksən) manat ödənilməmiş hissə, 219 (iki yüz on doqquz) manat dəbbə miqdarında borc, ümumilikdə 5062 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5092 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********89480 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ Kodu **********51347 olan Samsung Galaxy A10 markalı telefon, HP markalı notebook, İMEİ kodu **********84387 olan X6 8 markalı telefon, GOODRAM markalı microSD, HP markalı notebook almış və nəticədə 5062 (beş min altmış iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 783 (yeddi yüz səksən üç) manat (9 ay x 87 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********89480 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ Kodu **********51347 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 339 (üç yüz otuz doqquz) manat olmaqla ondan, 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1920 (min doqquz yüz iyirmi) manat (12 ay x 160 manat + 0 manat ilkin ödəniş) olan HP markalı notebook üçün ümumilikdə, 2448 (iki min dörd yüz qırx səkkiz) manat olmaqla ondan, 1920 (min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 528 (beş yüz iyirmi səkkiz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 560 (beş yüz altmış) manat (10 ay x 56 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********84387 olan X6 8 markalı telefon, GOODRAM markalı microSD üçün ümumilikdə, 376 (üç yüz yetmiş altı) manat olmaqla ondan, 292 (iki yüz doxsan iki) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2196 (iki min yüz doxsan altı) manat (18 ay x 122 manat + 0 manat ilkin ödəniş) HP markalı notebook üçün ümumilikdə, 1899 (min səkkiz yüz doxsan doqquz) manat olmaqla ondan 1680 (min altı yüz səksən) manat ödənilməmiş hissə, 219 (iki yüz on doqquz) manat dəbbə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1306 manat təşkil edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X5 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, cərimə məbləğinin çox hesablandığını bildirərək azldılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00865181 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 9 aya 87 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ Kodu **********89480 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ Kodu **********51347 olan Samsung Galaxy A10 markalı telefon almışdır. -xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00865181 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********89480 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ Kodu **********51347 olan Samsung Galaxy A10 markalı telefonu “xxxx” MMC-dən tam qüsursuz halda təhvil almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00964798 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 12 aya 160 manat aylıq icarə haqqı ödəmək şərti ilə HP markalı notebook almışdır. -xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00964798 nömrəli müqaviləyə əsasən HP markalı notebook “xxxx” MMC-dən tam qüsursuz halda təhvil almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00979032 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 10 aya 56 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ kodu **********84387 olan X6 8 markalı telefon, GOODRAM markalı microSD almışdır. -xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00979032 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********84387 olan X6 8 markalı telefon, GOODRAM markalı microSD “xxxx” MMC-dən tam qüsursuz halda təhvil almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00996361 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 18 aya 122 manat aylıq icarə haqqı ödəmək şərti ilə HP markalı notebook almışdır. -xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 00996361 nömrəli müqaviləyə əsasən HP markalı notebook “xxxx” MMC-dən tam qüsursuz halda təhvil almışdır. -xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, nəticədə onun aldığı İMEİ Kodu **********89480 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ Kodu **********51347 olan Samsung Galaxy A10 markalı telefon üçün 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat dəbbə, HP markalı notebook üçün 1920 (min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 528 (beş yüz iyirmi səkkiz) manat dəbbə, İMEİ kodu **********84387 olan X6 8 markalı telefon, GOODRAM markalı microSD üçün 292 (iki yüz doxsan iki) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HP markalı notebook üçün 1680 (min altı yüz səksən) manat ödənilməmiş hissə, 219 (iki yüz on doqquz) manat dəbbə miqdarında borc olmaqla, iddiaçıya olan borcu ümumilikdə 5062 (beş min altmış iki) manat təşkil etmişdir. -xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, “xxxx” MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu qısa bir zamanda ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. -DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Abzarov X3 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 17, mənzil 22 ünvanında qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində ümumilikdə 5062 (beş min altmış iki) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə işin araşdırılan hallarından və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı “xxxx” MMC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə İMEİ Kodu **********89480 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ Kodu **********51347 olan Samsung Galaxy A10 markalı telefon, HP markalı notebook, İMEİ kodu **********84387 olan X6 8 markalı telefon, GOODRAM markalı microSD, HP markalı notebook almış, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir və nəticədə cavabdehin iddiaçıya ümumilikdə 5062 (beş min altmış iki) manat borcu yaranmışdır. İddia tələbindən görünür ki, cavabdehə aldığı əşyaların pulunu vaxtında qaytarmadığına görə dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (dəbbə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 23 .08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********89480 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ Kodu **********51347 olan Samsung Galaxy A10 markalı telefon üçün 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə üzrə hesablanmış 78 (yetmiş səkkiz) manat məbləğində dəbbə pulunun azaldılaraq 5 (beş) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HP markalı notebook üçün 1920 (min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə üzrə hesablanmış 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində dəbbə pulunun azaldılaraq 10 (on) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84387 olan X6 8 markalı telefon, GOODRAM markalı microSD üçün 292 (iki yüz doxsan iki) manat ödənilməmiş hissə üzrə hesablanmış 84 (səksən dörd) manat dəbbə pulunun azaldılaraq 5 (beş) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HP markalı notebook üçün 1680 (min altı yüz səksən) manat ödənilməmiş hissə üzrə hesablanmış 219 (iki yüz on doqquz) manat pulunun azaldılaraq 10 (on) manat saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMnin); 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İMEİ Kodu **********89480 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ Kodu **********51347 olan Samsung Galaxy A10 markalı telefon üçün 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 266 (iki yüz altmış altı) manat, HP markalı notebook üçün 1920 (min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1930 (min doqquz yüz otuz) manat, İMEİ kodu **********84387 olan X6 8 markalı telefon, GOODRAM markalı microSD üçün 292 (iki yüz doxsan iki) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 297 (iki yüz doxsan yeddi) manat, HP markalı notebook üçün 1680 (min altı yüz səksən) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1690 (min altı yüz doxsan) manat, ümumilikdə 4183 (dörd min yüz səksən üç) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli 00865181 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********89480 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ Kodu **********51347 olan Samsung Galaxy A10 markalı telefon üçün 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 266 (iki yüz altmış altı) manat, xx.xx.2019-cu il tarixli 00964798 nömrəli müqaviləyə əsasən HP markalı notebook üçün 1920 (min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1930 (min doqquz yüz otuz) manat, xx.xx.2019-cu il tarixli 00979032 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********84387 olan X6 8 markalı telefon, GOODRAM markalı microSD üçün 292 (iki yüz doxsan iki) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 297 (iki yüz doxsan yeddi) manat, xx.xx.2019-cu il tarixli 00996361 nömrəli müqaviləyə əsasən HP markalı notebook üçün 1680 (min altı yüz səksən) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1690 (min altı yüz doxsan) manat, ümumilikdə 4183 (dörd min yüz səksən üç) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-731/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-731/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver