Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-742/2022 09.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 09 fevral 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 349 manat əsas borc və dövlət büdcəsinə ödənilmiş 21 manat məbləğində pul vəsaitin cəmi 370 manat vəsaitin onun xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 03.07.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə dəyəri 1339 manat olan “SuAl” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları cavabdehə verilmişdir. Müqavilənin 2.4. bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcıya 60 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 1339 manat isə hər ay 60 manat olmaqla 23 ay müddətinə ödəməli idi. Cavabdeh müqavilənin şərtlərini pozaraq 349 manat məbləğində su təmizləmə sisteminin pulunu ödəməkdən imtina etmişdir. Satıcı tərəfindən alıcı ilə mübahisənin məhkəməyə qədər qaydada nizama salınmasına riayət edilərək borcluya müvafiq borcunu ödəməsi üçün dəfələrlə xəbərdarlıq olunsa da borclu öhdəliklərini icra etməmişdir. Sonuncu dəfə cavabdeh 30 aprel 2019-cu ildə ödəniş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan 03.07.2017-ci il tarixli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı ilkin ödəniş 60 manat ödəməklə hər ay 60 manat ödəməklə 23 ay ərzində hər ayın 25-də ödənilməklə “İnline” firmasının “Sual” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları almışdır. Mülki işin materiallarında olan 03.07.2017-ci il tarixli Təhvil-Təslim Aktından müəyyən edilir ki, “İnline” firmasının “Sual” modelli su təmizləmə sistemi, onun ayrılmaz tərkib hissələri, zəmanət talonu, istismar təlimatı aksessuarlarla birlikdə alıcı Cavabdeh təhvil verilmişdir. Mülki işin materiallarında olan Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, ona 349 manat məbləğində borcun 3 (üç) təqvim günü müddətində ödənilməsi tam ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq göndərilmişdir. Mülki iş materiallarına əlavə olunan qəbzlərin surətlərindən görünür ki, Cavabdeh tərəfindən cəmi9 990 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 03.07.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, iddia əsaslı olmaqla təmin edilməli və Cavabdeh borc üzrə 349 manat və dövlət rüsumu üçün 21 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 349 manat və dövlət rüsumu üçün 21 manat məbləğində pu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-742/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-742/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver