Məhkəmə qərarları › İş №2(012)-753/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-753/2023

11.04.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-753/2023 11.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X1(Alieva Ainur) qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" QSC və Mamedova Asmar müqavilənin ləğvi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 aprel 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X1(Alieva Ainur) qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" QSC və Mamedova Asmar müqavilənin ləğvi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli «kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə» müqavilənin ləğv edilməsi, İddiaçı tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF- PARK» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli «kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə» müqavilənin ləğv edilməsi, həmçinin cavabdeh "xxxx" MMC ilə X2 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-PARK» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-PARK» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-PARK» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzil cavabdeh tərəfindən hər bir kv.m.-nin qiyməti 700 manatdan hesablanmaqla ümumi dəyəri 63.070 manata iddiaçıya satılmışdır. Bağlanmış müqavilə əsasında mənzilin dəyərinin bir hissəsi iddiaçı tərəfindən ödənilmiş və ödənilməmiş məbləği isə kredit olaraq hər ay Azərbaycan Beynəlxalq Bankına ödənilmişdir. İddiaçı mənzilə görə kredit borcunu bir müddət ödəsə də, daha sonra bu borcu ödəyə bilməmişdir. Bu səbəbdən də, onunla cavabdeh "xxxx" MMC arasında «kredit borcunun ötürülməsi və qəbul edilməsi» barədə 18 dekabr 2019-cu il tarixdə müqavilə bağlanaraq iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə "xxxx" ASC arasında imzalanmış "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair» 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən tələb hüququ "xxxx" QSC-yə xx.xx.2017-ci il tarixdə S- DİPK 247 nömrəli akt üzrə ötürülmüş, xx.xx.2019-cu il tarixə "xxxx" QSC-yə olan 25 dekabr 2013-cü il tarixli 7827 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 29,301 manat məbləğində borcunu "xxxx" MMC-yə ötürmüşdür. Bu müqaviləyə əsasən "xxxx" MMC banka olan 29.301 manat borcunu 10 gün müddətində ödəməli, iddiaçı da mənzildən imtina etməli idi. İddiaçı mənzildən imtina ərizəsi versə də, "xxxx" MMC onun adından banka olan 29.301 manat borcu ödəməmişdir. İddiaçı borcun ödənilməməsini isə bir müddət bundan öncə bilmişdir. Belə ki, iddiaçı kredit kartının alınması üçün banka müraciət etmiş və bu zaman ona bildirilmişdir ki, adına ödənilməmiş problemli kredit borcu var. Bundan sonra, Azərbaycan Kredit Bürosundan çıxarış etmiş və ona məlum olmuşdur ki, 18 dekabr 2019-cu il tarixli müqavilə əsasında "xxxx" MMC-yə ötürmüş olduğu 29.301 manat kredit borcu ödənilməmiş - "xxxx" MMC müqavilə öhdəliklərini icra etməmişdir. Həmçinin, 29.301 manat kredit borcu adında problemli kredit olaraq qaldığından hazırda hər hansı bir bank və ya kredit təşkilatı ona kredit ayırmır. Bu səbəbdən də, "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəlikləri icra edilmədiyindən onunla "xxxx" MMC arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli «kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilə ləğv edilməli, həmçinin cavabdeh "xxxx" MMC ilə X2 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-PARK» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M- 5077 nömrəli alqı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-PARK» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmənin əvvəlki iclasında "xxxx" MMC-nin nümayəndəsi X4 iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı (borcu ötürən) ilə "xxxx" MMC (borcu qəbul edən) arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli Kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilədən müəyyən edilir ki:

1. “Borcu ötürən”, onunla "xxxx" ASC arasında bağlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 s №-li Sərəncamının icrası ilə bağlı “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra "xxxx" QSC) ilə "xxxx" ASC arasında imzalanmış "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair” 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən tələb hüququ "xxxx" QSC-yə xx.xx.2017-ci il tarixdə S-DİPK 247 nömrəli Akt üzrə ötürülmüş, xx.xx.2019-cu il tarixə "xxxx" QSC-yə olan 25 dekabr 2013-cü il tarixli 7827 nömrəli Kredit müqaviləsinə əsasən əsas borc 29.301,00 (iyirmi doqquz min üç yüz bir, 00 qəpik) manat məbləğində borcunu “Borcu qəbul edən”ə ötürür və “Borcu qəbul edən” qeyd edilən 29.301,00 (iyirmi doqquz min üç yüz bir, 00 qəpik) manat məbləğində borcu qəbul edir.

2. Bu Müqavilə üzrə borcun ötürülməsindən irəli gələrək borcla bağlı bütün öhdəliklərə (həmin öhdəliyin təminatı olan Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospekti, “AAAF Park” yaşayış massivindəki B kompleksində, 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqdan ibarət 16 saylı mənzilə dair 25 dekabr 2013-cü il tarixli 400/13 nömrəli Girov müqaviləsi üzrə öhdəliklər) xitam verir və “Borcu qəbul edən” həmin öhdəliklər üzrə "xxxx" QSC-nə borcun qaytarılmasını öhdəsinə götürür.

3. “Borcu qəbul edən”, “Borcu ötürən”in hazırki Müqavilə əsasında ötürülən 29.301,00 (iyirmi doqquz min üç yüz bir, 00 qəpik) manat məbləğinin Mərkəzləşdirilmiş Kredit Reyestrindən kredit məlumatlarının dəyişdirilməsi üçün 10 gün müddətində zəruri tədbirləri həyata keçirir.

4. “Borcu ötürən” isə 25 dekabr 2013-cü il tarixli 400/13 nömrəli Girov müqaviləsi üzrə Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospekti, “AAAF Park” yaşayış massivindəki B kompleksində, 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqdan ibarət 16 saylı mənzilin “Borcu qəbul edən”ə qaytarılması üçün İddiaçı və həyat yoldaşı Mamedova (Məmmədova) Asmar (Əsmər) Roman qızının notarial qaydada razılıq ərizəsini Cəmiyyətə təqdim edilməklə geri qaytarmağı öhdəsinə götürür.

5. “Borcu qəbul edən”, Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospekti, “AAAF Park” yaşayış massivindəki B kompleksində, 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqdan ibarət 16 saylı mənzilin Cəmiyyətə geri qaytarılması ilə bağlı bütün xərcləri öz üzərinə götürür. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqavilədən görünür ki, "xxxx" MMC Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki B kompleksində inşa edilən (inşa edilmiş), 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqdan ibarət 16 saylı mənzili İddiaçı satmağı, İddiaçı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. (Mənzilin dəyəri 63070 manat, 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür) İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, tam ödənilmiş kreditlərin cəmi məbləği 86140 manat, aylıq ödəniş məbləği 958.06 manat, kreditlər üzrə qalıq məbləğ 29301 manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli Pretenziyadan və qəbzdən görünür ki, "xxxx" MMC 18 dekabr 2019-cu il tarixində "KREDİT BORCUNUN ÖTÜRÜLMƏSİ VƏ QƏBUL EDİLMƏSİ BARƏDƏ" aralarında bağladığı müqavilənin bəndlərini hələ də yerinə yetirməmişdir. Bəndlərdə qeyd edildiyi kimi müqavilədən irəli gələn tələblərə əməl etməyi, on gün müddətində zəruri tədbirləri həyata keçirməyi tələb etmişdir. Əks təqdirdə hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarına əlavə olunan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında 11 fevral 2018-ci ildə rəsmi nikah bağlanmışdır. İş materiallarına əlavə olunan X3 tərəfindən "xxxx" MMC-yə ünvanlanan ərizədən görünür ki, "xxxx" MMC-nin Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki B kompleksində inşa edilən (inşa edilmiş), 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.m.olan 2 otaqdan ibarət 16 saylı mənzilə dair İddiaçı adına olan müqavilədən və pay hüququndan imtina etməsinə və müqavilənin digər şəxsin adına keçirilməsinə etiraz etməmişdir. Gələcəkdə "xxxx" MMC-yə qarşı hər hansı maddi iradı və tələbi olmayacaqdır. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli məxaric orderinin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-dən 43070 manat məxaric edilmişdir. İş materiallarına əlavə olunan "xxxx" ASC-dən "xxxx" QSC BOKT-a ötürülmüş İddiaçı kredit borcunun xx.xx.2023-cü il tarixə olan vəziyyəti barədə məlumatdan görünür ki, xx.xx.2013-cü il tarixli 7827 nömrəli müqaviləyə əsasən 60 ay müddətinə 12 % dərəcəsi ilə verilmiş 43070 manat kredit məbləği üzrə əsas borc 29301,44 manat, faiz borcu 2764,10 manat, cəmi 32065,54 manat təşkil edir. İş materiallarına əlavə olunan "xxxx" MMC ilə Cavabdeh2(X2) arasında bağlanmış xx.xx.2019-cu il tarixli M-5077 nömrəli Mənzilin alqı-satqı müqaviləsi ("xxxx" MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) müqavilənin surətindən görünür ki, "xxxx" MMC Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin B kompleksində inşa edilən (inşa edilmiş), bina 2, mərtəbə 3, ümumi sahəsi ( balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, bakonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 90.1 kv.m. ibarət, 2 otaqlı 16 saylı mənzili Cavabdeh2 təhvil verməyi, Cavabdeh2 isə bunun qarşılığında "xxxx" MMC-yə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. (Mənzilin dəyəri 40545 manat) İş materiallarına əlavə olunan İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə "xxxx" MMCyə ünvanlanan ərizədən görünür ki, xx.xx.2019 -cu il tarixində "xxxx" MMC-nin hüquqşünası Rəşad bəylə görüşüb ona açıqladığı problemin həlli ilə bağlı adına rəsmiləşdirilmiş, "xxxx" QSC-nin balansına keçmiş, ipoteka kreditli mənzilini "xxxx" MMCyə geri qaytarılması və işin məhkəmə səviyyəsinə çıxmaması üçün aşağıdakı şərtlər daxilində bu problemin onlara çatdırılması məqsədi ilə danışıqlar aparılmışdır. Şərtlər dedikdə aşağıdakılar nəzərdə tutulmuşdur:

1. "xxxx" MMC tərəfindən mənim adına rəsmiləşdirilmiş bu məsələ ilə bağlı bank borcu MMC tərəfindən tamamən ödənilir ( 29301 azn).

2. Gecikmələr səbəbi ilə adı kredit verən təşkilatların "xxxx"sına düşmüşdür. MMC tərəfindən adının bu siyahıdan təmizlənməsi təmin edilir.

3. 5000 min manat məbləğində ona birdəfəlik ödəniş edilir.

4. Mənzil "xxxx" MMC-nin balansına qaytarılır. Qeyd etmişdir ki, mənzilin müqavilə dəyəri 63070 manatdır. Sənədlərin surəti əməkdaşları, hüquqşünas, Rəşad bəyə təhvil verilmiş və problem daha ətraflı onunla müzakirə olunmuşdur. Xahiş etmişdir ki, müraciətə rəsmi qaydada cavab verilməsinə və bu məsələnin həllinə göstəriş verilsin. Həmçinin, bu problemlə əlaqədar banklardan kredit çəkə bilmədiyi üçün və valideyinlərinin yaşlı və xəstə olduğunu və həyat yoldaşının vəziyyətini nəzərə alaraq 3-cü bənddə nəzərdə tutulan ödənişin dərhal ödənilməsinə göstəriş verməyi xahiş etmişdir. İş materiallarına əlavə olunan İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə "xxxx" MMCyə ünvanlanan ərizədən görünür ki, 0, 2013-2019-cü illərdə,adı çəkilən şirkətdə işlədiyi vaxt şirkət rəhbərlərinin razılığı və istəyi ilə “B” komp, bina 2, 16 saylı mənzil şirkətin balansında pul olmadığı üçün onun adına sənədləşdirildi və bankdan təxminən qırx min manat pul ayrılıb şirkətin hesabına köçürüldüyü ona bildirildi. Ruslan adlı keçmiş sakin mənzili onun adına keçirtdikdən sonra ödənişi ona geri qaytarılaraq razı salındığı ona bildirildi. Onun adına açılmş kredit borcu şirkət rəsmiləri tərəfindən 3-6 ay ərzində bağlanmalı idi, lakin xx.xx.2019-cu il tarixində yoldaşının səhhəti ilə əlaqədar pul lazım olduğu üçün banka müraciət etmiş, bimişdir ki, adında ödənilməmiş təxminən 29000 (iyirmi doqquz min) manat borc var. Yoldaşının əməliyyatı üçün beş min manat borca girəsi olmuşdur. Rəhbərlik dedikdə Tofiq Heydərovu, Pərvin Əliyevi, Ruslan Xanverdiyevi və baş mühasib Elxan müəllimləri nəzərdə tutur. Dəymiş ziyan olaraq beş min manatın birdəfəlik ödənilməsini və MKR-dən onun adında olan kredit öhdəliyini cəmiyyətin adına keçirilməsini xahiş etmişdir. Belə olan halda və adı kredit verən təşkilatların, “Qara siyahısı”-dan çıxarldığı halda mənzili şirkətə geri qaytarmağı öhdəsinə götürür. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 24 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-PARK» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzil cavabdeh tərəfindən hər bir kv.m.-nin qiyməti 700 manatdan hesablanmaqla ümumi dəyəri 63.070 manata iddiaçıya satılmışdır. Bağlanmış müqavilə əsasında mənzilin dəyərinin bir hissəsi iddiaçı tərəfindən ödənilmiş və ödənilməmiş məbləği isə kredit olaraq hər ay Azərbaycan Beynəlxalq Bankına ödənilmişdir. İddiaçı mənzilə görə kredit borcunu bir müddət ödəsə də daha sonra bu borcu ödəyə bilməmişdir. Bu səbəbdən də İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında «kredit borcunun ötürülməsi və qəbul edilməsi» barədə 18 dekabr 2019-cu il tarixdə müqavilə bağlanaraq iddiaçı 29,301 manat əsas borc məbləğini cavabdeh "xxxx" MMC-yə ötürmüşdür. Bu müqaviləyə əsasən "xxxx" MMC banka olan 29.301 manat borcunu 10 gün müddətində ödəməli, iddiaçı da mənzildən imtina etməli idi. İddiaçı mənzildən imtina ərizəsi versə də "xxxx" MMC onun adından banka olan 29.301 manat borcu ödəməmişdir. Bundan başqa, həmin mənzil ilə bağlı cavabdeh "xxxx" MMC ilə Cavabdeh2(X2) arasında xx.xx.2019-cu il tarixli M-5077 nömrəli Mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Odur ki, iddiaçı hazırda cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış müqavilənin ləğv edilməsi, həmçinin cavabdeh "xxxx" MMC ilə X2 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, onun tərəfindən mənzilə görə kreditin qalıq məbləği ödənilməklə mənzilin boşaldılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası KM-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Plenum Qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşin müəyyən edilən halllarına hüquqi qiymət verəərək məhkəmə qeyd edir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında «kredit borcunun ötürülməsi və qəbul edilməsi» barədə 18 dekabr 2019-cu il tarixdə müqavilənin iddiaçıya aid bütün şərtləri icra edilmiş, cavabdeh "xxxx" MMC-isə üzərinə düşən öhdəliyi ötən müddət ərzində icra etməmiş,iddiaçı bununla bağlı xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə ünvanlanan ərizəsində bildirsə də, yenə də ötən müddət ərzində cavabdeh öhdəliyini icra etməmiş, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur.iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.Göründüyü kimi iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslı olmaqla təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında «kredit borcunun ötürülməsi və qəbul edilməsi» barədə 18 dekabr 2019-cu il tarixdə müqavilə ləğv edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh "xxxx" MMC ilə X2 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən «AAAF-PARK» yaşayış massivində B kompleksində inşa edilən 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv.m. olan 2 otaqlı 16 saylı mənzilə dair 25 dekabr 2019-cu il tarixli, M-5077 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki,müqavilənin ləğv edilməsi MM-nin 421-ci maddəsinin məzmunundan göründüyü kimi müqavilə tərəflərin iradə ifadəsi ilə mümkündür.İddiaçı isə qeyd edilən müqavilənin tərəfi olmadığından həmin müqavilənin ləğvi üçün iddia qaldırmaqda subyektiv hüququ yoxdur.Odur ki, bu hissədə və eyni zamanda bundan asılı olaraq iddia tələbinin gigər qalan hissəsində də iddia əsassızdır və təmin edilməməlidir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli Kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilə cavabdeh tərəfin öhdəliyi icra etməməsi səbəbindən ləğv edilməli, digər hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 100 manat məbləğindəki dövlət rüsumunun 50 manat hissəsi cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli Kredit borcunun ötürülməsi və qəbul edilməsi barədə müqavilə ləğv edilsin. Cavabdeh "xxxx" MMC-dən 50 manat dövlət rüsumuna görə pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar