Məhkəmə qərarları › İş №2(012)-764/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-764/2022

23.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-764/2022 23.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair mülki işə 23 may 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh Ağazadə (Ağayev) Rəşad Çingiz oğlu arasında 08 oktyabr 2003-cü il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində 277 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, Yetkinlik yaşına çatmayan birgə nikahdan doğulan, yəni 05 sentyabr 2008-ci il təvəllüdlü X3 iddiaçının himayəsində qalması, 05 sentyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Ağazadə (Ağayev) Rəşad Çingizoğlunun bütün növ gəlirlərindən sabit pul məbləğində ayda 200 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 08 oktyabr 2003-cü il tarixdə birgə nikaha daxil olmuş və nikahları Abşeron rayon Qeydiyyat Şöbəsində 277 nömrə ilə rəsmiləşdirilmişdir.. Birgə nikahlarından 05 yanvar 1999-cu il tarixdə X4 və 05 sentyabr 2008-ci il tarixdə X6 anadan olmuşdur. Nikahlarının pozulmasının əsas onların ailə kimi birlikdə yaşamaqlarının mümkün olmamasıdır. İddiaçı uşağının yaşını, ona bağlılığını, onun ana nəvazişinə ehtiyacı olduğunu və eləcə də cavabdehin və qohumlarının yanında qalması uşağının mənəviyyatına, psixologiyasına mənfi təsir göstərə biləcəyini nəzərə alaraq uşağının onun himayəsinə və tərbiyəsinə verilməsini xahiş etmişdir. Odur ki, hazırda iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh Ağazadə (Ağayev) Rəşad Çingiz oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir . Mülki işin materiallarında olan Abşeron rayon VVADQ Şöbəsi tərəfindən 08.10.2003cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X5 ilə X1 nikahı 08.10.2003-cü il tarixdə 277 nömrə ilə Abşeron rayon VVADQ Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. X2 nikahdan sonra Ağayeva soyadını qəbul etmişdir. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X7 ilə İddiaçı birgə nikahından 05.09.2008-ci il tarixdə X6 anadan olmuşdur.. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, İddiaçı Ağazadə(Ağayev) Rəşad Çingizoğlu ilə əvvəllər münasibəti normal olsa da, sonradan onların bir ailə kimi birlikdə olmaları və yaşayışları mümkün olmamışdır. Hal-hazırda onların münasibətləri tamamilə pozulmuşdur. Ailənin bərpası mümkün deyildir.Tərəflər hər ikisi nikahın ləğvinə razıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır. Məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildiyindən nikah pozulmalı, iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-ayanrvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə tərəflərin izahatlarını, işin müəyyən edilən hallarını, , uşağın azyaşlı olmaqla daha çox ana nəvazişinə və qayğısına ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 05 sentyabr 2008-ci il təvəllüdlü X3 anası ilə yaşaması nəzərə alnaraq onun İddiaçı himayəsinə verilməsi uşağın normal həyatının təmin edilməsi baxımından məqsədəuyğundur. Məhkəmə işin materiallarını tədqiq edərək iddia tələbinin aliment tələbinə dair hissəsində də qismən əsaslı olması və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiya”sının 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. İddiaçı aliment kimi 200 manat sabit pul məbləği tələb etsə də, cavabdehin ödəməyə imkanının olub-olmamasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, o, buna dair hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı təyin edilərkən, 2022-ci il üçün uşaqların yaşayış minimumunun 193 manat məbləğində nəzərdə tutulması əsas götürülməli və alimentin miqdarı 193 manat məbləğində müəyyən edilməlidir. . Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 02.12.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə də qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,İddiaçı ilə Ağazadə(Ağayaev) Rəşad Çingiz oğlu arasında 08.10.2003-cü il tarixdə 277 nömrə ilə Abşeron rayon VVADQ Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı 277 saylı nikah qeydi ləğv edilməli, birgə nikahdan anadan olmuş 05 sentyabr 2008-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən edilməli, 05 sentyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün üçün cavabdeh Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalı,alimentin tutulmasnın əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi – 02.12.2021-ci il tarixdən hesablanmalı, Cavabdeh 50 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Ağazadə(Ağayev) Rəşad Çingiz oğlu arasında 08.10.2003-cü il tarixdə 277 nömrə ilə Abşeron rayon VVADQ Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı 277 saylı nikah qeydi ləğv edilsin. birgə nikahdan anadan olmuş 05 sentyabr 2008-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən edilsin. 05 sentyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün üçün cavabdeh Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi – 02.12.2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 50 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar