Məhkəmə qərarları › İş №2(125)-2683/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2683/2025

04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2683/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh X1 qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, Telman Bayramov ilə İrina Verdiyeva 08 dekabr 2014-cü il tarixdə Gürcüstan Respublikasında rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notariat qaydasında təsdiq olunmuş surətlərindən müəyyən edilir ki, X4 Bayramovanın birgə nikahından 12 iyun 2020-ci il tarixdə doğulmuş Əli Bayramov adlı yetkinlik yaşına çatmayan bir uşaqları vardır. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış 08 dekabr 2014-cü il tarixdə Gürcüstan Respublikasında bağlanmış **********5 nömrəli aktla qeyd edilmiş nikahın pozulmasına, birgə nikahlarından xx.xx.2020-ci il tarixdə doğulmuş X3 adlı uşağın onun himayəsində saxlanılması, 11 iyun 2020-ci il tarixdə doğulmuş X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün sabit pul məbləğində 246 manat alimentin alınıb ona ödənilməsi və məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumu cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı 08 dekabr 2014-cü il tarixdə Gürcüstan Respublikasında rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından 10 dekabr 2021-ci il tarixdə doğulmuş X3 adlı bir övladları var. Evləndikdən sonra xeyli bir müddət bir yerdə yaşasalar da, aralarında olan narazılıqlar ailələrinin dağılmasına,baş verən mübahisələr onların münasibətlərinin pozulmasına və artıq faktiki olaraq ayrı yaşamaqlarına gətirib çıxarıbdır. Cavabdehlə barışmağları mümkün deyildir.Cavabdehlə bağlılığına rəsmi qaydada son vermək istəyir.Mübahisənin məhkəmədən kənar həlli üçün Mediyasiya Şurasına müraciət edilmiş və müvafiq arayışlar alınmışdır. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, nikahın pozulması tələbi hissədə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə rəsmi qaydada cavabdeh Telman Bayramova məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iclas zamanı cavabdeh Telman Bayramovla telefon əlaqəsi saxlanılmış, o nikahın pozulmasına razı olduğunu və alimenti ödəyəcəyini bildirmişdir. Məhkəmənin iş üzrə mövqeyi, müəyyən edilən faktiki hallar və tətbiq edilən hüquq; Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış rəsmi nikah pozulmalı, tərəflərin birgə nikahından doğulan, yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin boşanmasından sonra analarının yanında qalmaları müəyyən edilməli və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınıb, İddiaçı verilməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, baxılan işdə İddiaçı Azərbaycan Respublikası vətəndaşı, cavabdeh Telman Bayramov isə Gürcüstan vətəndaşıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 443.0.9-cu maddəsinə əsaslanmaqla hazırki işə baxmışdır. Belə ki, məhkəmə araşdırmaları nəticəsində işin faktiki halları kimi müəyyən olunur ki, tərəflər 08 dekabr 2014-cü il tarixdə Gürcüstan Respublikasında rəsmi nikah bağlamışlar. Onların birgə nikahından yetkinlik yaşına çatmayan Əli adlı bir uşaqları vardır. Hazırda onların arasında olan ailə münasibətləri faktiki pozulmuşdur. Azərbaycan Respublikasında ailə münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Hazırki işdə ailənin qorunub saxlanması mümkünsüz olduğundan məhkəmə belə qərara gəlir ki, tərəflər arasında bağlanmış rəsmi nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Tərəflərin birgə nikahından anadan olmuş, yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin boşanmasından sonra valideynlərdən hansının yanında qalması məsələsi ilə əlaqədar məhkəmə onu qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda analarının yanında yaşayırlar və cavabdeh ata uşaqların analarının yanında qalmasına etiraz etməmişdir. İş materiallarından uşaqların analarının yanında qalmalarına maneə olan hallar müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra uşaqlar analarının yanında qalmalıdırlar. Məhkəmə alimentlə bağlı məsələyə münasibət bildirərək hesab edir ki, irəli sürülən iddianın aliment tələbi hissəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmalarını bir vəzifə kimi onların valideynlərinin üzərinə qoymuşdur. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndinə qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərarın 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarına əlavə edilmiş, “8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində, uşaqlar üçün yaşayış minimumunun 2025ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. Adi riyazi hesablamadan müəyyən edilir ki, 246 manat məbləği 400 manat məbləğinin, 0,61.5, yəni, yuvarlaqlaşdırılmış 0,62 mislini təşkil edir. Beləlikə, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manat məbləğində müəyyən edilməsini, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini, cavabdehin bir uşağa görə 2025-ci il üçün hər ay 246 manat aliment təyin olunmasına razılığını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulmalı olan aylıq alimentin məbləğinin hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq sayılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən ilkin mediasiya sessiyasına çəkdiyi xərcin və ödədiyi dövlət rüsumunun əvəzini tələb etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 443.0.9, 216-220, 357 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Gürcüstan vətəndaşı Telman Bayramovla Azərbaycan Respublikası vətəndaşı İddiaçı (Şükür qızı) arasında 08 dekabr 2014-cü il tarixdə Gürcüstan Respublikasında bağlanmış, **********5 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulsun. Telman Bayramovla İddiaçı birgə nikahından 12 iyun 2020-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərində doğulmuş Əli Bayramov (Telman oğlu) adında yetkinlik yaşına çatmayan bir uşağın valideynlərinin boşanmasından sonra anası İddiaçı yanında qalması müəyyən edilsin. Telman Bayramovla İddiaçı birgə nikahından 12 iyun 2020-ci il tarixdə doğulmuş Əli Bayramov (Telman oğlu) adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 aprel 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay Azərbaycan Respublikası üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment Telman Bayramovdan alınaraq, İddiaçı verilsin. Qətnamə alimentlə bağlı olan hissədə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar