Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2465/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şamil oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh (Maksim oğluna) qarşı “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh (Maksim oğlu) (bundan sonra – cavabdeh) xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 09 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X3 doğulmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və ona əlavə olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2019-cu ildə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 09 saylı nikah akt qeydiyyatının ləğv edilməsinə, xx.xx.2019cu il təvəllüdlü X1 onun himayəsində saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuş, birgə yaşayışları mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının təmsilçisi ərizədə yazılanları izahatı olaraq qəbul olunmasını və tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19-cu maddəsinə əsasən, Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrı yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan, hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, tərəflərin nikahları pozulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Göstərilən qanunvericilik normasına əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatmamasını, hazırda ana qayğısına daha çox ehtiyacının olması və digər mənafeləri, habelə cavabdehin uşağın onun himayəsinə verilməsinə dair tələb və ya ananın himayəsinə verilməsinə etiraz irəli sürməməsi nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş uşaq nikah pozulduqdan sonra iddiaçının yanında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəf onun yanında qalan uşağın saxlanılması üçün qarşı tərəfdən aliment tələb etmədiyindən, tərəflər arasında nikah pozularkən aliment tutulması məsələsi həll edilməməlidir. Bununla yanaşı məhkəmə izah etməyi zəruri hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək iddiaçı tərəf istənilən vaxt digər tərəfə qarşı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 09-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh (Maksim oğlu) arasında xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 09 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Səfərli Xədicə
Məhkəmə qərarları › İş №2(125)-2465/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2465/2025
13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver