Məhkəmə qərarları › İş №e-2(079)-73/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-73/2025

18.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-73/2025 18.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkil-nümayəndəsi iddia ərizəsi ilə 04 dekabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında Babək rayonu, Nehrəm kənd İƏDÜN-də 29 oktyabr 2008-ci il tarixdə, 79 nömrəli nikah aktının pozulması, 28 oktyabr 2013-cü il təvəllüdlü X5 iddiaçının yanında qalmasını və 28 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkil-nümayəndəsi iddianı əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh ilə Babək rayonu, Nehrəm kənd İƏD üzrə nümayəndəliyində 29 oktyabr 2008-ci il tarixdə, 79 nömrəli qeydlə qeydiyyatdan keçməklə nikahı rəsmiləşdirib ailə qurmuşdular. Birgə nikahdan birgə yaşadıqları müddətdə övladları 28 oktyabr 2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Ailə qurduqları ilk vaxtlardan cavabdeh X8 iddiaçıya qarşı münasibəti yaxşı olmuş, lakin sonradan ailədə söz söhbətlər yaranmış getdikcə münasibətlər pozulmuşdur. İddiçı İddiaçı cavabdeh ilə 7 il olar ki, ayrı yaşayırlar. İddiaçı Bakı şəhərində valideynlərinin yanında yaşayır. Ailə faktiki olaraq dağılmışdır. Nikah formal xarakter daşıyır. İddiaçı nəticə etibarı ilə qərara gəlib ki, nikahları məhkəmə qaydasında pozulsun. Birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü övladları X7 iddiaçının yanında saxlanılmasını və Cavabdeh yaşayış minimumu üçün hər ay sabit 235 (iki yüz otuz beş) manat məbləğində aliment ödənilməsini istəyir. Mübahisənin həli ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Bakı şəhəri, 14 saylı Mediasiya Təşkilatına müraciət olunmuş. Lakin cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. Bu barədə Mediasiya arayışı iddia ərizəsinə əlavə edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkil-nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiklərini, iddiaçının Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq hazırda səhhəti ilə əlaqədar Türkiyə Respublikasında yaşadığını və orada müalicə aldığını, buna görə də uşaqların hazırda cavabdehlə birlikdə Bakı şəhərində yaşadığını, iddiaçının uşaqları ilə mütəmadi əlaqə saxladığını, uşaqların özü ilə qalmasını istədiyini, iddiaçının bir neçə aydır uşaqları görmədiyini, aralarında olan mübahisələrə görə iddiaçının psixi sarsıntı keçirdiyini, Cavabdeh isə cəzadan şərti olaraq azad edildiyi üçün Naxçıvana gələ bilməyəcəyini bildirmişdir. Barışıq üçün verilmiş vaxtdan sonra iddiaçının vəkil-nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında tərəflər arasında barışıq olmadığını, bu müddət ərzində alimentin vaxtında ödənildiyini, uşağın anasının yanında qaldığını və Bakı şəhərində məktəbə getdiyini, tərəflərin hər ikisinin Bakı şəhərində yaşadığını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını iddiaçının izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında nikah bağlanması, tərəflərin yetkinlik yaşına çatmayan 1 (bir) ümumi uşağının olması, ər-arvadın məhkəməyə yetkinlik yaşına çatmayan uşağın kiminlə qaldığını, uşağın saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim etməmələri, yetkinlik yaşına çatmayan uşağın hazırda faktiki olaraq anasının yanında yaşamaqda davam etdiyi işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması iş materiallarına əlavə olunmuş aşağıdakı sübutlarla təsdiq olunur: - Babək Rayon Nehrəm kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 29 oktyabr 2008ci il tarixli, AZ-İ seriyalı, 418438 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 79 nömrə ilə qeyd edilməsi və nikah bağlanılması zamanı iddiaçının özünə cavabdehin, yəni “Murad” soyadını seçməsi; - Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİİ seriyalı, 209802 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 28 oktyabr 2013-cü il təvəllüdlü X7 adlı övladlarının olması; - iddia tələbindən tərəflərin ayrı yaşaması və onların birgə nikahından olan X4 iddiaçının yanında qalması; - Bakı şəhəri, 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli, MŞB/14/2024-00464 nömrəli arayışdan Cavabdeh 26 avqust 2024-cü il saat 11:00-a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməməsi müəyyən olunur. Məhkəmə iddia tələbinin nikaha xitam verilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, ailə hüquq nəzəriyyəsində müəyyən hüquqi faktların yaranması ilə əlaqədar ər-arvadın qanunla nəzərdə tutulmuş qaydada bağlanmış nikahdan əmələ gələn münasibətlərinə xitam verilməsi başa düşülür. Belə olan halda, nikaha xitam verilməsi ər (arvadın) qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikləri istisna olmaqla, onların gələcək zaman üçün hüquq və vəzifələrinə xitam verən hüquqi faktdır. Nikahın məhkəmə qaydasında pozulmasını tənzimləyən Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsi nikaha xitam verilməsinin qaydalarını müəyyən edərkən nikahın könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, həmçinin nikahın pozulmasının azadlığı, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması prinsipləri, habelə uşaqların hüquqlarının müdafiəsi baxımından çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarında müəyyən etmişdir ki, nikahın könüllülüyü, nikaha daxil olan şəxslərin iradə ifadəsinin sərbəstliyi, ailənin möhkəmləndirilməsi zəruriyyəti, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və onların bu hüquqlarının məhkəmədə müdafiəsi imkanları, ər-arvadın hüquq bərabərliyi, ailə daxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinin müdafiəsi və s. prinsiplər nikahın bütün mərhələlərini (nikaha daxil olma, ailə münasibətlərini və nikaha xitam verilməsini) əhatə edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsini və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 nömrəli qərarının 6-cı bəndini rəhbər tutan məhkəmə tərəflər arasında nikahın pozulmasına razılığın müəyyən edilmədiyini nəzərə alaraq tərəflərə barışmaq üçün üç aylıq müddət müəyyən etməklə işin baxılmasını təxirə salmışdır. Tərəflərə ailənin bərpasına şərait yaratmaq məqsədilə verilmiş müddətdən sonra tərəflər arasında barışıq əldə olunmadığı müəyyən olunmuşdur. İddiaçı nümayəndəsi vasitəsilə nikahın pozulmasında təkidini davam etdirmiş, cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. AM-in 20.2-ci maddəsinə əsasən məhkəmənin ər-arvadın barışması üçün müəyyən etdiyi müddətdən sonra barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə belə qənaətə gəlir ki, AM-in 20.1-ci maddəsi nəzərə alınmaqla ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildiyindən, ailə qanunvericiyinin tələblərinə görə ailə münasibətlərinin qadın və kişinin könüllülük prinsipi əsasında yarandığından və davam etməli olduğundan və hazırda iş üzrə tərəflər arasında nikah münasibətlərinin davam etdirilməsi ilə bağlı könüllü razılıq mövcud olmadığından məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia nikahın pozulmasına dair hissədə təmin edilməli, iş üzrə tərəflər arasındakı nikah pozulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 nömrəli qərarının (bundan sonra – “Plenum qərarı”) 13-cü bəndində qeyd olunur ki, qətnamənin bu hissəsində həmçinin nikahın pozulmasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında dövlət qeydiyyatı üçün zəruri olan məlumatlar da göstərilməlidir (pozulan nikahın nə vaxt, hansı orqanda qeydə alınması, akt qeydinin nömrəsi). Məhkəmə nikahın pozulması dövlət qeydiyyatına alınarkən ödənməli olan dövlət rüsumu məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsində nəzərdə tutulan dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə keçirilməli və cavabdeh bundan azad edilməlidir. Məhkəmə nikahın pozulması nəticəsinə gəldiyindən qeyd edir ki, AM-in 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin məcəllənin 22.2 və 22.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. AM-in 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə ər-arvad arasında yetkinlik yaşına çatmayan uşağın kiminlə qaldığını müəyyən edən sazişin təqdim edilməməsini, valideynlər arasında uşağın ananın yanında saxlanılması, uşağın yaşayış yeri ilə bağlı mübahisənin olmamasını nəzərə alaraq 28 oktyabr 2013-cü il təvəllüdlü X4 anası – İddiaçı yanında qalmasını yetkinlik yaşına çatmayan uşağın üstün mənafeyinə xidmət etdiyindən məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin alimentə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 55 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini əsas götürərək alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Sözügedən halların araşdırılması zamanı məhkəmə tərəfindən “AZEMİS”dən iddiaçının sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan onun X2 işəgötürən olmaqla xadimə işləməsi və 200 (iki yüz) manat əmək haqqı alması müəyyən olunmuşdur. Cavabdeh “AZEMİS”dən sorğulanmış gəlir və vergi məlumatları üzrə çıxarışdan əmək müqaviləsi, pensiya və ya sosial müavinət gəlirinin olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan hazırda aliment tələb olunan uşaqlardan başqa yetkinlik yaşına çatmayan uşağının olmadığı müəyyən olunur. Tələb olunan aliment miqdarına münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilməsini, tərəflərin gəlir vəziyyətini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu, eyni zamanda ər-arvadın uşağın saxlanılmasında bərabər vəzifələrə malik olmasını, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğin nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat alimentin tutulması məqsədəmüvafiqdir. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayanın ananın (iddiaçının) yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşağın saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşağın anasına ödənilməlidir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan tutulmalıdır. İddiaçı iddia ərizəsi isə Babək Rayon Məhkəməsinə 04 dekabr 2024-cü il tarixdə daxil olmuşdur. Bundan əlavə olaraq məhkəmə onu da bildirir ki, mülki işə baxılması zamanı cavabdehin uşaqların saxlanılmasında iştirak etməməsi müəyyən olunduğundan, məhkəmə xx.xx.2025-ci il tarixli qərardadla xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 28 oktyabr 2013cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.43 misli həddində sabit pul məbləğində müvəqqəti aliment tutularaq hazırki iş üzrə məhkəmə qətnaməsi qəbul edilənədək və ya tərəflər arasında olan mübahisə öz hüquqi həllini tapanadək uşağın anası İddiaçı ödənilməsini qərara almış və qərardad dərhal icraya yönəldilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmçinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən rayon (şəhər) məhkəmələrinə göndərilmiş məktubda qeyd olunmuşdur ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Məhkəmə belə hesab edir ki, Babək Rayon Məhkəməsinin uşaqların saxlanılması üçün müvəqqəti alimentin tutulması haqqında xx.xx.2025-ci il tarixli, 2(079)-73/2025 nömrəli qərardadı ilə müəyyən edilən müvəqqəti alimentin tutulması hazırki mülki iş üzrə qətnamə qəbul edildiyindən ləğv edilməli və həmin qərardadla qətnamənin çıxdığı günədək, yəni 18 aprel 2025-ci ilədək cavabdeh tərəfindən ödənilmiş aliment məbləği nəzərə alınıb, 28 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.46 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsinə baxmayaraq ailə münasibətlərinin qadın və kişinin könüllülük prinsipi əsasında yarandığı və davam etməli olduğu, nikahın pozulması ilə bağlı tələbin isə iddiaçının istəyinə əsasən və onun iradəsinə uyğun olaraq qarşı tərəfə irəli sürülməsi, tələbin təmin edilməsinin cavabdehin iradəsindən asılı olmayaraq məhz iddiaçının iradəsinin nəticəsi olması nəzərə alınmaqla məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında 29 oktyabr 2008-ci il tarixdə Babək Rayon Nehrəm kənd İcra Nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 79 nömrə ilə qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahından olan 28 oktyabr 2013-cü il təvəllüdlü X7 anası İddiaçı yanında qalmalı, Babək Rayon Məhkəməsinin uşağın saxlanılması üçün müvəqqəti alimentin tutulması haqqında xx.xx.2025-ci il tarixli, 2(079)-73/2025 nömrəli qərardadı ilə müəyyən edilən müvəqqəti alimentin tutulması hazırki mülki iş üzrə qətnamə qəbul edildiyindən ləğv edilməli və həmin qərardadla qətnamənin çıxdığı günədək, yəni 18 aprel 2025-ci ilədək cavabdeh tərəfindən ödənilmiş aliment məbləği nəzərə alınıb, alimentin tutulmasının əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablanmaqla 28 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.46 misli həddində sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı ödənilməli, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, iddia qalmış hissədə rədd edilməli, nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı 20 (iyirmi) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli və cavabdeh bundan azad edilməli, iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış nikaha xitam verilməsi nəticəsinə gəldiyindən yekunda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq tərəflərə izah edir ki, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsinə dair məsələləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll etməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 29 oktyabr 2008-ci il tarixdə Babək Rayon Nehrəm kənd İcra Nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 79 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından olan 28 oktyabr 2013-cü il təvəllüdlü X7 anası İddiaçı yanında qalsın. Babək Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulması haqqında xx.xx.2025-ci il tarixli, 2(079)-73/2025 nömrəli qərardadı ilə müəyyən edilən müvəqqəti alimentin tutulması hazırki mülki iş üzrə qətnamə qəbul edildiyindən ləğv edilsin və həmin qərardadla qətnamənin çıxdığı günədək, yəni 18 aprel 2025-ci ilədək cavabdeh tərəfindən ödənilmiş aliment məbləği nəzərə alınıb, alimentin tutulmasının əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablanmaqla 28 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.46 misli həddində sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. İddia alimentə dair hissədə dərhal icra edilsin. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı 20 (iyirmi) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin və cavabdeh bundan azad edilsin. İddia qaldırılan zaman iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar