Məhkəmə qərarları › İş №2(012)-78/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-78/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-78/2022 29.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 295.73 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 284.54 ABŞ dolları faiz, 637.93 ABŞ dolları cərimə, 12.07.2020-ci il tarixinə olan gecikdirilmiş vaxt üçün hesablanmış 45.36 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 1263.56 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(012)-3778/2020 saylı qərardadı ilə mülki iş üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi”nə dair iş üzrə icraat dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin 16.02.2022-ci il tarixli 2(012)-78/2022 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi”nə dair mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında bank tərəfindən sorğu göndərilmədiyini bildirmişdir. Cavabdeh ailə üzvlərinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin hüquqi varisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.7. maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh 21.02.2017-ci il tarixdə vəfat etmiş və cavabdehin hüquqi varisinin müəyyən olunmaması X1 çıxarılmış məlumatdan da öz əksini tapmışdır. Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(012)-3778/2020 saylı qərardadı ilə cavabdehin hüquqi varisi müəyyən edilənədək mülki iş üzrə icraata dayandırılmış, həmin tarixdən hazırki müddətədək tələbkar tərəfindən aidiyyəti qurumlara müraciət edilməmiş, müraciət edildiyi təqdirdə isə sorğunun surəti məhkəmə iclasında təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinə əsasən mübahisə edilən hüquq münasibəti cavabdehin hüquq varisliyinə yol vermir. Bu səbəbdən də, mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi”nə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar