Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-781/2022 10.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı İbrahimova (Nəbiyeva) Azadə İdris qızının, Cavabdeh iştirakı ilə, İddiaçı İbrahimova (Nəbiyeva) Azadə İdris qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İbrahimova (Nəbiyeva) Azadə İdris qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 4000 manat məbləğində əsas borcun və yekun məhkəmə qətnaməsinin icra ediləcəyi tarixə kimi əsas borcun ödənilməsinin gecikdirildiyi hər günə görə illik 5 (beş) faiz miqdarında faiz borcunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İbrahimova (Nəbiyeva) Azadə İdris qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 4000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İbrahimova (Nəbiyeva) Azadə İdris qızı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onunla Cavabdeh arasında 26 dekabr 2017-cu il tarixində 4000 manat dəyərində kredit müqaviləsi bağlanaraq Abşeron Rayonu 2 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Həmin kredit müqaviləsinə əsasən cavabdeh 26 aprel 2019-cu il tarixədək hər ay 300 manat olmaqla kredit məbləğinin tam həcmdə geri ödəməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyin son icra tarixinə kimi, yəni 26.04.2019-cü il tarixədək kredit borcunu ödəməmişdir. Cavabdeh yalnız 1 ay 180 manat ödəniş etmiş, daha sonra isə onun telefonlarına cavab verməmişdir. Son icra tarixinin ötürülməsinə baxmayaraq o, cavabdehin kredit borcunu ödəyəcəyinə ümid etmiş və bununla bağlı dəfələrlə xəbərdarlıqlar etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh hələ də müxtəlif üsullarla borcunu ödəməkdən boyun qaçırmaqda davam edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və məhkəməyə ünvanladığı ərizədə bildirdi ki, iddiaçı İbrahimova (Nəbiyeva) Azadə İdris qızının ona qarşı pulun ödənilməsi tələbinə dair mülki iş məhkəmənin icraatındadır. O, iddianı qəbul edir. Həqiqətən də onun İbrahimova (Nəbiyeva) Azadə İdris qızına 4000 manat borcu vardır. Borcunu hissə-hissə ödəyəcəkdir. İş materiallarında olan Abşeron Rayonu 2 saylı notariat kontorunda bağlanmış 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İbrahimova (Nəbiyeva) Azadə İdris qızı Cavabdeh 4000 manat məbləğində pulu hər ay 300 manat ödəmək şərti ilə 26 aprel 2019-cu tarixədək borc verməyi, Cavabdeh isə 4000 manat məbləğində pulu hər ay 300 manat ödəmək şərti ilə 26 aprel 2019-cu tarixədək İbrahimova (Nəbiyeva) Azadə İdris qızına qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, Abşeron Rayonu 2 saylı notariat kontorunda bağlanmış 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən İbrahimova (Nəbiyeva) Azadə İdris qızı Cavabdeh 4000 manat məbləğində pulu hər ay 300 manat ödəmək şərti ilə 26 aprel 2019-cu tarixədək borc verməyi, Cavabdeh isə 4000 manat məbləğində pulu hər ay 300 manat ödəmək şərti ilə 26 aprel 2019-cu tarixədək İbrahimova (Nəbiyeva) Azadə İdris qızına qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini pozmuş və kredit borcunu ödəməmişdir. Həmçinin Cavabdeh məhkəmə iclasında məhkəməyə təqdim etdiyi ərizədə iddiaçı İbrahimova (Nəbiyeva) Azadə İdris qızına hazırda 4000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 4000 manat məbləğində pul Cavabdeh tutularaq, iddiaçı İbrahimova (Nəbiyeva) Azadə İdris qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 4000 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı İbrahimova (Nəbiyeva) Azadə İdris qızına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-781/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-781/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver