Məhkəmə qərarları › İş №2(012)-788/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-788/2022

01.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-788/2022 01.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 01 fevral 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayon məhkəməsinin 01 mart 2019-cu tarixli, 2(012)-916/2019 saylı qətnaməsinə əsasən 09 dekabr 2005-ci il tarixdə anadan olmuş X5 və 03 dekabr 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi qət edilən alimentin məbləğinin artırılaraq 2021-ci il üçün yaşayış minimumuna uyğun olaraq hər uşağa hər ay 175 manat sabit pul məbləğində təyin edilməsi, eyni zamanda 23.04.2011-ci il tarixli nikah müqaviləsinin 8-ci maddəsinə uyğun olaraq oğlum Hacı Hüseynovun aylıq 250 manat əlavə təhsil xərclərinin cavabdeh tərəfindən qarşılanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Buna görə də alimentin məbləği hər uşaq üçün 193 manat olaraq hesablanmasını və hər ay, hər uşağa 193 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 07 may 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan onların 03.12.2011-ci ildə Cavid adlı övladları dünyaya gəlmişdir. İddiaçının əvvəlki nikahından 09.12.2005-ci ildə doğulmuş Hacı adlı uşağım üzərində Cavabdeh atalığı müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 01 mart 2019-cu tarixli, 2(012)-916/2019 saylı qətnaməsilə nikahları pozulmuş, 09 dekabr 2005-ci il tarixdə anadan olmuş X5 və 03 dekabr 2011-ci il tarixdə anadan olmuş X4 iddiaçının himayəsində qalmaları və onların saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh alimentdən əlavə uşaqların təhsil, təlim-tərbiyəsində iştirak etmir, əlavə xərclərini qarşılamaq üçün heç bir maddi köməklik göstərmir. Bununla da cavabdehin övladlarına qarşı olan öhdəliyi yarımçıq qalır, övladlarının müalicəsi, digər ehtiyaclarının qarşılanması üçün bundan başqa heç bir öhdəlik yerinə yetirmir. Halbuki cavabdehlə aralarında bağlanmış 23 aprel 2011-ci il tarixli nikah müqaviləsinin 7-ci maddəsində birbaşa qeyd olunur: “Ər nikahları pozulduğu halda birgə nikahdan doğulmuş uşaqlarını, onlar yetkinlik yaşına çatana qədər maddi baxımdan təmin etməklə bağlı üzərinə öhdəlik götürür.” Həmin Müqavilənin 8-ci maddəsində göstərilir: “Cavabdeh nikah pozulacağı təqdirdə onunla birgə nikahda olan İddiaçı birinci nikahdan olan oğlu Hacı Qumruyevin normal həyat səviyyəsini, yüksək keyfiyyətli təhsil almasını təmin etməyi öhdəsinə götürür”. Böyük oğlu X10 artıq onuncu sinif şagirdidir. və Müqavilədə nəzərdə tutulduğu qaydada onun yüksək keyfiyyətli təhsil alması üçün onu repetitor yanına hazırlığa qoymalıyam. Bunun üçün isə əlavə vəsaitə ehtiyac vardır. Ən ucuz qiymətlərlə bir uşağın ali təhsil müəssisələrinə hazırlığı aylıq 250 (iki yüz əlli) manat təşkil edir ki, cavabdeh də Müqavilə üzrə bu öhdəliyi öz üzərinə götürmüşdür. Eyni zamanda, 2019-cu ilin ərzaq, geyim və s. qiymətləri ilə bu ilin qiymətləri, tələbatları və s. böyük ölçüdə fərqlənir. Buna görə də, alimentin məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə verilən etirazı müdafiə edərək bildirmişdir ki, iddiaçı tələbini 2019-cu ildən bəri geyim, ərzaq və mallarda qiymətlərin artması ilə əlaqələndirmişdir.Qeyd edir ki, alimentin artırılması tələbinə baxılarkən cavabdeh tərəfindən bu məbləğin ödənilməsi üçün zəruri vəsaitə malik olubolmaması, cavabdehin gəliri də araşdırılmalıdır. Cavabdeh 1958-ci il təvəllüdlüdür və ikinci qrup əlildir. Onun 2021-ci ildə keçirdiyi qəza nəticəsində sağ əlinin 2-3-4-cü daraq sümüklərinin qapalı yerdəyişmə sınığı diaqnozu qoyulmuş və işləmə qabiliyyətini və eşitmə qabiliyyətini tamamilə itirmiş, sağ əlinin işləməsini tamamilə itirmiş 63 yaşında olan bir şəxsdən hər uşağın saxlanması üçün 175 manat, ümumilikdə 350 manat aliment tələb edilməsi onun üçün bir sıra arzuolunmaz nəticələrə səbəb ola bilər. Cavabdehin səhhəti, əlilliyi, işləmə qabiliyyətini itirməsinə görə iddia tələbi rədd edilməlidir. İddiaçının digər bir tələbi isə tərəflər arasında bağlanan 23 aprel 2011-ci il tarixli Nikah müqaviləsinə əsaslanmışdır. Həmin müqavilənin 8-ci maddəsində qeyd edilir ki, Cavabdeh İddiaçı birinci nikahdan olan övladı Hacı Qumruyevin normal həyat səviyyəsi, keyfiyyətli təhsil almasını təmin etmək öhdəliyini öz üzərinə götürür. Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirir, lazımınca alimenti ödəyir, iddiaçının iddia ərizəsində Hüseynov Hacının 10-cu sinifdə oxuması və repetitor yanına getməsi Nikah haqqında tərəflər arasında bağlanmış müqaviləyə əsaslanması tamamilə absurd və əsassız bir əsaslanmadır. Hacı Hüseynov dövlət məktəbində pulsuz təhsil alır. Respublikamızda repetitor yanında təhsil alma forması deyilən bir forma mövcud deyil, iddiaçının Hacı Hüseynovun repetitor yanında keyfiyyətli təhsil, dövlət məktəblərində isə keyfiyyətsiz təhsil olmasını sübut edəcək hər hansı sübut əlavə etməmişdir. Odur ki, iddiaçının bu iddia tələbi də əsassızdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan X3 iştirak edilməməsi barədə 26.11.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən rəsmi olaraq məlumatlandırılmışdır. İddiaçı X3 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. İş materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 04.10.2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 04.10.2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 24.02.2012-ci il tarixdə verilmiş Övladlığa götürmə haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 09.12.2005-ci ildə Balakən rayonunda anadan olmuş X1 Adil Əliş oğlu tərəfindən övladlığa götürülmüş və ona X2 və ata adı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notariat qayda təsdiq olunmuş surətlərindən görünür ki, X10 09 dekabr 2005-ci il tarixdə Balakən rayonunda, X9 03 dekabr 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarında olan 10.11.2021-ci il tarixli məlumatdan görünür ki, fiziki şəxs Cavabdeh 19.01.2008-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi orqanında uçota alınmışdır. Hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(012)-916/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsində bağlanan 10 may 2007-ci il tarixli, 274 saylı nikah qeydi ləğv edilmiş, 03 dekabr 2011-ci il təvəllüdlü X9 və 09 dekabr 2005-ci il təvəllüdlü X10 analarının himayəsində saxlanılmaları, həmin uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ödənilmək şərti ilə, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentə görə pul 15 yanvar 2019-cu il tarixdən başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi, qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 23.04.2011-ci il tarixdə bağlanmış nikah müqaviləsinin surətindən görünür ki, onlar müqaviləni aşağıdakı məzmunda bağlamışlar:

1. Biz 07 may 2010-cu ildə nikaha daxil olmuş və həmin müqavilə Ər nikahları pozulduğu halda birgə nikahdan doğulmuş uşaqlarını, onlar yetkinlik yaşına çatana qədər maddi baxımdan təmin etməklə bağlı üzərinə öhdəlik götürür.

2. Cavabdeh nikah pozulacağı təqdirdə onunla birgə nikahda olan İddiaçı birinci nikahdan olan oğlu Hacı Qumruyevin normal həyat səviyyəsini, yüksək keyfiyyətli təhsil almasını təmin etməyi öhdəsinə götürür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(012)-916/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsində bağlanan 10 may 2007-ci il tarixli, 274 saylı nikah qeydi ləğv edilmiş, 03 dekabr 2011-ci il təvəllüdlü X9 və 09 dekabr 2005-ci il təvəllüdlü X10 analarının himayəsində saxlanılmaları, həmin uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ödənilmək şərti ilə, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentə görə pul 15 yanvar 2019-cu il tarixdən başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi, qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Cavabdehlə aralarında bağlanmış 23 aprel 2011-ci il tarixli nikah müqaviləsi bağlanmasına baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərinə əməl etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 manat məbləğində müəyyən edilmişdir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 3 ilə yaxın müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(012)-916/2019 saylı qətnaməsi ilə 03 dekabr 2011-ci il təvəllüdlü X4 və 09 dekabr 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 15 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment artırılaraq 07 dekabr 2021-ci il tarixdən 17 yanvar 2022-ci il tarixədək hər ay, hər uşaq üçün 175 manat, 17 yanvar 2022-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iddia tələbinin 23.04.2011-ci il tarixli nikah müqaviləsinin 8-ci maddəsinə uyğun olaraq oğlu Hacı Hüseynovun aylıq 250 manat əlavə təhsil xərclərinin cavabdeh tərəfindən qarşılanması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı bu hissədə iddia tələbini oğlu Hacı Hüseynovun əlavə təhsil xərci ilə əsaslandırmış, lakin bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 58.4 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(012)-916/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 09 dekabr 2005-ci il təvəllüdlü X5 və 03 dekabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 07 dekabr 2021-ci il tarixdən 17 yanvar 2022-ci il tarixədək hər ay, hər uşaq üçün 175 manat, 17 yanvar 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 58.4 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar