Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-791/2024 04.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı vurulmuş 15.000 (on beş min) manat məbləğdə maddi zərərin və 2000 (iki min) manat mənəvi zərərin, ümumilikdə 17.000 (on yeddi min) manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı vasitəsilə təmin etdirəcəyi barədə yalan vədlər verərək 3-cü şəxslərdən cəmi 15.000 manat pul alıb ələ keçirərək zərərçəkmiş ona ümumilikdə 15.000 (on beş min) manat maddi ziyan vurmuşdur. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1 (010)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən olunur ki, Cavabdeh, təkrarən özgənin əmlakını aldatma və etibaran sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı X3 vasitəsilə təmin etdirəcəyi barədə yalan vədlər verərək Bahar İbadova vasitəsi ilə 23 may 2015-ci il tarixdə 7.000 manat, 24 iyul 2015-ci il tarixdə 3.000 manat, 07 avqust 2015-ci il tarixdə 2.000 manat və 22 sentyabr 2015-ci il tarixdə 3.000 manat olmaqla cəmi 15.000 manat pulu sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilində alıb ələ keçirərək, zərərçəkmiş İddiaçı ümumilikdə 15.000 (on beş min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki Cavabdeh ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilmiş və ondan 15.000 manat məbləğində pul aldığını etiraf etmişdir. Suraxanı rayon Məhkəməsinin qeyd edilən qərarı ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4- cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona, qəti olaraq, 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi hökm edilmiş, lakin Cavabdeh tərəfindən iş üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş 15.000 (on beş min) manat məbləğdə maddi zərər kompensasiya edilməmişdir. Həmin məbləğin uzun müddətdir ki, ödənilməməsi səbəbindən və məhkəməyə çəkilən əlavə xərclərə görə İddiaçı 2000 (iki min) manat mənəvi zərər dəymişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini qəbul etmədiyini, pulun bir qisminin istintaq vaxtı vaxtı qaytarıldığını, onun bu işdə vasitəçi olduğunu bildirmiş və məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-6158/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 05 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum - Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasına keçirilməsi, Məhkum - Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması müddəti 1 (bir) ay həddində müəyyən edilməsi, məhkum Cavabdeh Bakı saylı X1 Rayon Məhkəməsinə gətirilməsi və 29 yanvar 2023-ci il tarixdə, saat 12:15-də keçiriləcək məhkəmə iclasında iştirakı təmin edilməsi, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 05 saylı Cəzaçəkmə Müəssisəsinə həvalə edilməsi qərara alınsa da, qərar icra edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1 (010)- 9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Cavabdeh məhkəməyədək icraat zamanı 27 iyul 2020-ci il tarixdən 29 iyul 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Cavabdeh təyin edilən 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və Cavabdeh çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilməsi, cəzanın çəkilməsi Cavabdeh ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən ediməsi, Cavabdeh məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanması və cəzaçəkmə müddətinin başlanğıcı 23 mart 2022-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılması, X2 Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 17.000 manat, mənəvi zərərin əvəzi qismində 5.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiası qismən təmin edilməsi, Cavabdeh X2 vurulmuş maddi ziyanın əvəzi qismində 7.000 (yeddi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat, cəmi 7.010 (yeddi min on) manat məbləğində pul vəsaiti tutulması, X2 mülki iddiası qalan hissədə rədd edilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Belə ki, işdə olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1 (010)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh, təkrarən özgənin əmlakını aldatma və etibarən sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə İddiaçı Primet oğluna Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı X3 vasitəsilə təmin etdirəcəyi barədə yalan vədlər verərək Bahar İbadova vasitəsi ilə 23 may 2015-ci il tarixdə 7.000 manat, 24 iyul 2015-ci il tarixdə 3.000 manat, 07 avqust 2015-ci il tarixdə 2.000 manat və 22 sentyabr 2015-ci il tarixdə 3.000 manat olmaqla cəmi 15.000 manat pulu sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilində alıb ələ keçirərək, zərərçəkmiş İddiaçı Primet oğluna ümumilikdə 15.000 (on beş min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh öz ifadəsində İddiaçı 15.000 manat məbləğində pul aldığını qəbul etmişdir. Göründüyü kimi, cavabdehin təqsirli hərəkəti nəticəsində İddiaçı 15000 manat maddi ziyan dəymişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1 (010)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən də göründüyü kimi cavabdeh iddiaçıdan 15000 manat məbləğində pul aldığını etiraf etdiyindən, məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir. Bundan başqa, işdən görünür ki, İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 2000 manat pul tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı ilə məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Qərarın 10-cu bəndində plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, baş vermiş hadisə nəticəsində maddi ziyanın uzun müddət ödənilməməsi səbəbindən və bunun nəticəsində iddiaçının mənəvi narahatlıq keçirməsi, həmçinin məhkəməyə çəkilən əlavə xərclərə görə iddiaçıya mənəvi zərər dəymişdir. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarlarına görə mənəvi zərər müəyyən edilərkən hər bir işin konkret halı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Bu baxımdan, məhkəmə iddiaçıya münasibətdə işin hallarını, o cümlədən cavabdehin hazırki hərəkətsizliyini, bunun nəticəsində iddiaçının mənəvi iztirab keçirməsini nəzərə alaraq ağlabatan və ədalətli zərərin məbləğini 1000 manat müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş maddi zərərin əvəzi kimi 15000 manat, mənəvi zərərin əvəzi kimi 1000 manat olmaqla, cəmi 16000 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 15000 manat, mənəvi zərərin əvəzi kimi 1000 manat olmaqla, cəmi 16000 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-791/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-791/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver