Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-799/2021 16.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması” tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkməsinin 2(012)-15/2017 saylı, xx xxxxx 2017ci il il tarixli qətnaməsi ilə xx xxxxxx 2014-cü il təvəllüdlü X6 və xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə xx xxxx 2011-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Abşeron Rayon Məhkməsinin 2(012)-15/2017 saylı, xx xxxxx 2017-ci il il tarixli qətnaməsi ilə onun iddiasının təmin edilməsi,onunla Cavabdeh arasında Neftçala rayon Qeydiyyat şöbəsində bağlanmış xx xxxx 2011 -ci il tarixli, 119 saylı nikah qeydi ləğv edilməsi, xx xxxx 2012-ci il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X4 onun yanında qalmaları müəyyən edilməsi və Cavabdeh xx xxxx 2012-ci il tarixdə anadan olmuş X2 və xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X1 üçün onun xeyrinə hər ay hər bir uşağa görə sabit pul məbləğində 117 (yüz on yeddi) manat olmaqla, cəmi hər ay 234 (iki yüz otuz dörd) manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehlə aralarında olan birgə nikahdan dünyaya gəlmiş övladları məktəblidirlər. 2017-ci ildən bəri onların gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olmuşdur. 2017-ci ildən bəri alimentin mabləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği övladlarının tələbatlarını ödəmir. Məktəb xərcləri, həmçinin gündəlik məişət xərclərinin ödənilməsi üçün onun maddi imkanı kifayət etmir. Bu səbəbdən o, alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddiaçı ilə sonuncu dəfə 2020-ci ilin sentyabr ayının 15-də görüşmüşdür. Belə ki, 2020-ci ilin sentyabr ayının 27-də ikinci Qarabağ müharibəsi başlandığı üçün hərbi həkim kimi müharibəyə çağırılmış və 2 aydır ki, Bakıya qayıtmışdır. O, hal-hazırda hərbi həkim kimi fəaliyyət göstərir və 720 manat əmək haqqı alır, iddiaçı özü də həkimdir və 800 manatdan çox əmək haqqı alır. Eyni zamanda, Bayramova Günay ilə aralarındakı nikah pozulduqdan sonra birgə nikah dövründə yaşadıqları evi iddiaçıya verib evdən çıxmışdır. O, alimenti vaxtı-vaxtında ödəyir və alimentin artırılmasına etiraz edir. Eyni zamanda, kirayədə qalır və 200 manat kirayə haqqı verir. Ona görə də göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AA000284 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2012-ci ildə anadan olmuşdur. İş materiallarında olan AA0002985 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2014-cü ildə anadan olmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkməsinin 2(012)-15/2017 saylı, xx xxxxx 2017-ci il il tarixli, 2(060)-2622/2013 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Neftçala rayon Qeydiyyat şöbəsində bağlanmış xx xxxx 2011 -ci il tarixli, 119 saylı nikah qeydi ləğv edilməsi, xx xxxx 2012-ci il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X4 anası İddiaçı yanında qalmaları müəyyən edilməsi və Cavabdeh xx xxxx 2012-ci il tarixdə anadan olmuş X2 və xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X1 üçün İddiaçıçın xeyrinə hər ay hər bir uşağa görə sabit pul məbləğində 117 (yüz on yeddi) manat olmaqla, cəmi hər ay 234 (iki yüz otuz dörd) manat məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirli N nömrəli Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 40 №-li arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət edir və əmək haqqı 700,69 manat təşkil edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarından çıxış edərək hesab edir ki, cavabdehin maddi durumunda hər hansı bir dəyişiklik olmadığı üçün iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirli N nömrəli Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 40 №-li arayışından göründüyü kimi Cavabdeh həqiqətən də xx.xx.2018-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət edir və əmək haqqı 700,69 manat təşkil edir və həmin əmək haqqı alimentin müəyyən edilmiş miqdarının artırılması üçün yetərli deyildir və cavabdehin digər gəlir və qazancı barədə məhkəmədə hər hansı bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV AZƏRBAYCAN RESPUBLİKASİ SUMQAYİT ŞƏHƏR MƏHKƏMƏSİ AZ5001, Sumqayıt şəhəri, 9-cu m/rayon, bina 64 Tel: (018)644-84-28 İş № 2(060) - 4475/2014 «08» iyul 2014-cü il İddiaçı Ünvan: Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 11A, mənzil 33 Surəti: Cavabdeh Ünvan: Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Kimyaçılar qəsəbəsi, həyət evi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4475/2014 saylı iş üzrə xx xxxx 2014-cü il tarixli qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti – “01” vərəqdə HAKİM ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-799/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-799/2021
16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver