Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-811/2023 15.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X10 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçının cavabdeh "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən vurulmuş alqı-satqı müqaviləsi bağlanarkən faktiki olaraq ona göstərilən atdıqları mənzili deyil, aldadıb dəyərindən daha ucuz mənzili satmaları nəticəsində 13200 (on üç min iki yüz ) manat (44000-in 30 %-i), 35 nömrəli mənzili faktiki olaraq ona təhvil verməmələri nəticəsində 31 nömrəli mənzilin təmiri üçün çəkilmiş 7650 (yeddi min altı yüz əlli) manat, mənzilin təhvil verilməsini gecikdirdikləri üçün kirayə pulu olan 13600 (on üç min altı yüz əlli) manat (hər ya 200 manat olmaqla 2017, 2018, 2019, 2020, 2021-ci illər üçün və 2022-ci ilin avqust ayına dək olan aylar üçün), qaz sayağacı üçün aldıqları 750 (yeddi yüz əlli) manat, ekspertiza xərci 300 (üç yüz) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu 198 manat - cəmi 35698 (otuz beş min altı yüz doxsan səkkiz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X11 məhkəmədə izahatında bildirdi ki, 19 dekabr 2015-ci il tarixdə "xxxx" MMC ilə atası arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m. ibarət 2 otaqlı 35 nömrəli mənzilin satılmasına dair LM-0573 saylı müqavilə bağlanmışdır. 40 ildən çox olan mənzil təmiri təcrübəsi, usta fəaliyyətini əsas götürərək sözü gedən müqavilə bağlanarkən iddiaçı "xxxx" MMC-in cavabdeh şəxslərindən xahiş etmişdir ki, satılacaq evin yerini göstərsinlər. "xxxx" MMC-in cavabdeh şəxsləri isə iddiaçıya satılacaq mənzilin yerini göstərmişlər. Onların göstərdiklərinə görə həmin mənzil “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən 7 nömrəli binanın 5-ci mərtəbəsində, binanın həyətində bina ilə üzbəüz durduqda 5-ci mərtəbənin sol hissəsində, həmçinin binanın həyətə baxan yox, yola baxan hissəsində yerləşirdi ki, mənzilin yeri onu tam qane edirdi. Belə ki, həmin mənzilin qarşısında yalnız 5 mərtəbəli binalar vardır, yəni qarşısı tam açıq idi, mənzilin içərisi heç bir tərəfdən görünmürdü, günəş işığı isə mənzilə kifayət qədər düşürdü. Buna görə atası həmin mənzilin alqı-satqısına dair müqaviləni imzalamışdır. Müqavilə bağlanarkən qarşı tərəf 2016-cı ilin sonunda binanın tikintisinin yekunlaşacağını və mənzilin təhvil veriləcəyini bildirmişdir. Lakin həmin binanın və mənzilin tikintisi cavabdeh tərəfindən gecikdirilmiş və mənzil iddiaçıya yalnız 2021-ci ili avqust ayının 26-da yalnız kağız üzərində təhvil verilmiş, qanunsuz olaraq 950 manat sayağac pulu aldıqdan sonra təmir üçün mənzil 2022-ci ilin iyul ayının 6-da faktiki olaraq təhvil verilmişdir. Göstərilən müddət ərzində iddiaçı dəfələrlə məhz cavabdeh tərəfindən ona göstərilən mənzilə gedərək görülən işlərlə tanış olmuş, tikintiyə cavabdeh olan şəxslərlə görüşərək tikilməkdə olan binanın 35-ci mənzilini aldığını onlara bildirmiş, onlar da onunla birlikdə yenidən ona əvvəlcədən göstərilmiş mənzilə daxil olaraq, həmin mənzili 35 nömrəli mənzil kimi təqdim etmişlər Cavabdeh tərəfin işçiləri ilə görüşməkdə məqsədi mənzilin arakəsmə divarlarını atasının istəyinə uyğun hörülməsi olmuş, belə ki, atası mənzilin sxemində müəyyən dəyişilik etmək istəmişdir. Alqı-satqı zamanı əvvəlcədən göstərilmiş mənzil cavabdeh tərəfin işçiləri tərəfindən dəfələrlə 35 nömrəli mənzil kimi təqdim edilmişdir. 2022-ci ilin iyun ayının 6-da isə mənzili faktiki olaraq cavabdehdən təhvil alınarkən, məsul işçi mənzilin açarını anası Zeynab Atakişiyevaya təqdim edərək mənzilin yerini bilib-bilmədiyini soruşmuş, anası isə mənzili onlara dəfələrlə göstərildiyini məsul işçiyə bildirib açarı ondan təhvil alaraq məhz həmin açarla əvvəlcədən onara göstərilən mənzilə gəlib qapısını açaraq evə daxil olmuşdur. Evə daxil olduqdan sonra isə alqı-satqı müqaviləsində olan 35 nömrəli mənzil üçün sayğac pulunu ödədiyi elektrik şəbəkəsi də yenə "xxxx" MMC-in cavabdeh şəxsi tərəfindən daxil olduqları mənzilə birləşdirilmişdir. Həmin şəxs də onlardan elektrik şəbəkəsi üçün sayğac pulunu ödədikləri barədə arayış aldıqlarını soruşduqda, "xxxx" MMC tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli arayışı təqdim etmişlər. Həmin arayışda sayğacın 35 nömrəli mənzil üçün nəzərdə tutulması,35 nömrəli mənzilə sayğacın elektrik şəbəkəsinə birləşdirilməsi göstərilmişdir. Həmin arayışda "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivində yerləşən 28 saylı küçədə inşa edilmiş 7 saylı yaşayış binasının 35 saylı mənzilinə quraşdırılan sayağacların (qaz, su, işıq) ödənişini, yəni, 950 manatın tam şəkildə ödənildiyi göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdə isə 35 nömrəli mənzilin elektrik enerjisi üçün 50 manat ödənildiyi göstərilmişdir. Mənzil elektrik şəbəkəsinə qoşulduqdan sonra mənzildə təmir-tikinti işləri aparmağa başlanılmışdır ki, 2022-ci ilin avqust ayının 4-ə qədər olan müddət ərzində cavabdeh tərəfin işçiləri dəfələrlə mənzilə gələrək mənzildəki arakəsmələrin yerlərinin dəyişdirildiyi üçün əsassız olaraq iradlarını bildirmiş, mənzilin kimə məxsus olmasını soruşduqda, atasına məxsus olduğunu, 35 nömrəli mənzil olduğunu,atasının ad və soyadı, həmçinin iradlarının əsassız olduğu, heç bir qanunsuz söküntü və tikinti işləri aparılmadığı "xxxx" MMC-in əməkdaşlarına bildirilmişdir.Atası 04 avqust 2022-ci ildə mənzildə olarkən cavabdehin işçisi 5-ci mərtəbədə olan mənzilləri nömrələmiş, atasının aldığı mənzili 35 deyil, 31 nömrəsi ilə qeyd etmişdir.Atası həmin şəxsə aldığı mənzilin 35 nömrəli mənzil olduğunu, məhz həmin mənzilin ona 35 nömrəli mənzil kimi dəfələrlə göstərildiyini və satıldığını, hansısa yalnışlığa yol verdiklərini bildirmiş, lakin uzun sürən araşdırmadan sonra atasının daxil olduğu və təmir etdiyi mənzilin həqiqətən 35 nömrəli deyil, 31 nömrəli mənzil, 35 nömrəli mənzil isə binanın sol tərəfində deyil, sağ tərəfində, 31 nömrəli mənzillə üzbəüz yerləşməsi, eyni sxemli, eyni ölçülü, lakin əks proyektli olması, 31 nömrəli mənzilin isə X1 məlum olmuşdur.Həmin mənzilin Gülarə Şahbazovaya satılmasına baxmayaraq mənzil sahibinə təhvil verilməmiş və hal-hazırda da cavabdehin balansındadır. Bina sakinləri ilə söhbət edərkən onların da bəzilərinə evlərin cavabdeh tərəfindən səhv verildiyini bildirmişlər. Həmin mənzillər arasında yeganə fərq 35 nömrəli mənzilin qarşısında 15 metr aralıda hündürmərtəbəli binanın yerləşməsi idi. Cavabdehin işçilərindən nə üçün atasına başqa ev göstərib, başqa ev satdıqlarını, nə üçün 35 nömrəli mənzilin deyil, məhz satarkən göstərdikləri, yəni 31 nömrəli evin açarını verdiklərini, ən pis halda isə nə üçün 35 nömrəli ev üçün nəzərdə tutulmuş sayağac pulunu ödədiyi halda 35 nömrəli evin sayağacını 31 nömrəli evə qoşduqlarını, mübahisələri olduğu halda nə üçün həmin evin başqa şəxsə məxsus olduğunu bildirmədiklərini soruşduqda onlar suallarına heç bir cavab verə bilməmişlər.Cavabdeh tərəfindən aldadılaraq atasına satılmış mənzilə daxil olarkən qarşısında 15 metr aralıda hündıırmərtəbəli binanın olduğu görünür ki, həmin bina o qədər yaxınlıqda yerləşir ki, sanki əlini uzatsan həmin binadakı şəxslə görüşə bilərsən. Bundan əlavə 31 nömrəli və 35 nömrəli mənzilin saat 17- də eyni vaxtda fotoşəkilləri tərəfindən çəkilmişdir ki, 31 nömrəli mənzildə hava işıqlı olduğu halda, 35 nömrəli mənzildə sanki havanın artıq qaraldığı təsüratı yaranır. Daha bir böyük problem isə 35 nömrəli mənzilə gün işığının ümumiyyətlə düşməməsi, evin daima soyuq, rütubətli olmasıdır ki, bütün bunlar insan sağlamlığı, psixoloji drumu üçün birbaşa təhlükədir. Əgər həmin mənzil alqısatqı zamanı ataına göstərilsəydi,atası həmin mənzili almaqdan imtina edəcəkdi. Atası alqı -satqı müqaviləsinə əsasən 35 nömrəli mənzilin alınması üçün "xxxx" MMC-yə ümumilikdə 44,337 manat məbləğində pul ödəmişdir. 31 nömrəli mənzildə aparılan təmir və tikinti işləri üçün 8-9 min manat arası pul xərclənmişdir ki, bununla bağlı ekspertizadan alınmış qiymətləndirmə rəyində, 31 nömrəli mənzildə edilmiş təmir-tikinti xərcinin 7650 manat olması göstərilmişdir.Atası 31 nömrəli mənzilə xərclədiyi təmir pulunu cavabdehdən dəfələrlə istəsə də, onlar ümumiyyətlə pul ödəməyəcəklərini bildirmişlər. Əksinə olaraq 31 nömrəli evin sahibi ilə də, öz aralarında razılığa gəlməyə qanunsuz olaraq mane olmuşlar.Atası usta işi ilə əlaqədar 2015-ci ildən Bakı şəhərində kirayə yaşamış, atası mənzil satışı şirkətləri ilə maraqlanıb büdcəsinə daha uyğun olan mənzili "xxxx" MMC-də tapmışdır ki, 2015-ci ildə sözü gedən alqı-satqı müqaviləsi bağlanarkən həmin binanın tikintisini 2016-cı ildə yekunlaşacaq və 2016-cı ilin sonunda mənzil təhvil veriləcəkdir. Ona görə də atası planlaşdırmışdır ki, 1 il kirayə yaşadıqdan sonra evinə rahat köçə biləcək və bir daha kirayə pulu ödəməyəcəkdir.Ona görə də, kirayə müqaviləsi 1 illik bağlanmışdır. Həmin kirayə müqaviləsi xx.xx.2015-ci ildə X15 ilə X13 arasında bağlanmışdır. 2019-cu ildə isə atası beyin infaktı keçirdiyi üçün müalicəsi ilə əlaqədar olaraq Bakı şəhərində yaşamağı məcburiyyəı qarşısında davam etdirmiş, 2019-cu ildən etibarən atası İ qrup əlildir.Lakin 2016-cı ilin sonlarından başlayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək binanın tikintisini gecikdirməyə başlamış, hər dəfəsində isə onlara mənzilləri 5-6 aydan sonra təhvil verəcəklərinə inandırmışlar. Mənzili alınrkən artıq binanın 4-5 mərtəbəsi tikilmiş, normal halda bir binanın tikintisi istənilən şirkət tərəfindən 1 il ərzində yekunlaşdırılaraq sahiblərinə təhvil verilmişdir. 2017-ci ildə atası yazılı ərizə ilə cavabdehə müraciət edərək mənzilin təhvil verilməsini gecikdirdikləri üçün etirazını bildirmiş,həmçinin həmin binanın sakinləri də etiraz əlaməti olaraq Xırdalan şəhərində yolları bağlamış, yürüşlər, kiçik nümayişlər təşkil etmişlər ki, bununla bağlı respublika rəhbərliyi də məlumatlandırılmışdır. 2015-ci ildə etibarən atası hər ay Adilə Həsənovaya 200 manat kirayə pulu ödəmiş, kirayə pullarının qəbzlərini, həmçinin komunal ödənişlər barədə qəbzləri iş materiallarına əlavə etmişdir.Cavabdeh tərəfindən qanunsuz olaraq sayağac pulu alması ilə əlaqədar cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qaz, su və işıq sayağacı üçün tərəfindən 950 manat pulun ödənildiyi göstərilmişdir. Cavabdeh tərəf onu aldadaraq sayağac adı ilə əlavə olaraq 750 manat pul almışdır. Belə ki, “Azərqaz”ın rəsmi internet səhifəsindən əldə etdiyi məlumata görə 2021-ci ilin iyul ayından etibarən çoxmərtəbəli evlərin də qazlaşdırılması zamanı qaz sayağaclarının quraşdırıİmasına görə heç bir ödəniş alınmır. İşıq sayağacının dəyərinin 160 manat, su sayağacının dəyərinin 40 manat olmasını nəzərə alaraq cavabdeh tərəfindən əlavə olaraq 750 manat pul dələduzluq yolu ilə ondan alınmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X16 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir, tələbi əsassız hesab edir. İddiaçı Atakişiyevin iddia tələbi "xxxx" MMC tərəfindən vurulmuş alqı-satqı müqaviləsi bağlanarkən faktiki olaraq göstərərək satılmış mənzil deyil, aldadıb dəyərindən daha ucuz mənzili satmaları nəticəsində 13200 manat (44000-in 30%), 35 nömrəli mənzilin faktiki olaraq ona təhvil verməmələri nəticəsində 31 nömrəli mənzilin təmiri üçün çəkilmiş 7650 manat, mənzilin təhvil verilməsini gecikdirildiyi üçün kirayə pulu olan 13600 manat (hər ay 200 manat olmaqla 2017-2021 və 22-avqust ayı), qaz sayğacı üçün ödənilmiş 750 manat, ekspertiza xərci 300 manat, ödənilmiş 198 manat rüsum xərci olmaqla cəmi 35698 manat pulun tutulmasın”dan ibarətdir. İddiaçı Atakişiyev alqı-satqı müqaviləsi bağlanarkən faktiki olaraq göstərilən mənzili deyil, guya aldadılaraq dəyərindən daha ucuz mənzilin satılması nəticəsində 13200 manat ziyan vurulması bildirir. Həmin ziyanın aldığı mənzilin “bina ilə üzbəüz olması”, “həyətəbaxan yox”, “yola baxan hissədə yerləşməsi”, “qarşısının tam açıq olmaması”, “günəş işiğının düşməməsi”, “mənzildə yaşayışın sağlamlığa, psixoloji druma təsir etməsi”, “mənzilin isitməməsi” “mənzilin yerinin onu tam qane etməməsi” kimi hallara istinad edərək, sözügedən ziyanı tələb etməsi qeyri-müəyyəndir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli LM-0573 nömrəli mənzil alqı-satqı müqaviləsində mənzilin mərtəbəsi qeyd edilmişdir. Cəmiyyət mənzil satışı həyata keçirən zaman mənzilin yerləşmə vəziyyəti, mərtəbəsi, otaqların quruluşu barədə məlumat verir, kompleksin vizual-ümumi maketində və kataloq üzrə göstərir. İddiaçı Atakişiyev ona göstərilməməsini bildirməsi ehtimalı var. Belə olan halda, iddiaçı 35 nömrəli mənzilin təhvil aldıqda mənzilin və ya yaşayış binasının ona əlverişli olub-olmamasını bilmişdir. Buna baxmayaraq mənzili təhvil almış və faktiki olaraq sərəncam hüququndan istifadə etmişdir. İddiaçı cavabdeh Cəmiyyətlə müqavilə münasibətlərinə daxil olmaqla hüquqlarından istifadə etməkdə sərbəstdir. İddiaçı Atakişiyev bildirir ki, qeyd olunan müqavilə əsasında aldığı 35 nömrəli mənzilin əvəzinə 31 nömrəli mənzili təhvil verilməsi və həmin mənzilin təmirinə çəkilmiş xərci tələb edir. Bununla bağlı məhkəmə ekspertizası əsasında əldə edilmiş - 7650 manat məbləği maddi ziyan olaraq cəmiyyətdən tələb etməsi də əsassızdır. İddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə mənzilin ona səhv olaraq digər 31 nömrəli mənzili verməsinə dair sübutu yoxdur. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X9 isə əslində işə cavabdeh qismində cəlb olunmalıdır. İşin faktiki tərəfi ondan ibarətdir ki, alıcı Atakişiyev mənzilə özü səhv daxil olaraq təmir etmişdir. Sözügedən 31 və 35 nömrəli mənzillər qonşu deyildir. Həmin mənzillərin səhv salınması mümkün deyildir. İddiaçı mənzilə işıq düşməməsi və mənzilin əlverişli olmaması səbəbindən mənzilin səhv təhvil verilməsi fikri ilə yanaşaraq mənzildən imtina etməyə və ya əlavə dəyər əldə etməyə çalışır.İddiaçının mənzildən narazı qalması halı mübahisəsiz haldır, iddia tələbində açıq-aşkar bildirir. Məhkəmə tikinti-texniki eksperti Xəyyam İskəndərov mənzilə baxış keçirən zaman iddiaçının nümayəndəsi ilə fərdi qaydada söhbət edərkən belə anlamış ki, iddiaçı 31 saylı mənzili almağı üçüncü şəxs Şahbazovaya təklif etmiş və istəyi barədə bildirmişdir. İş üzrə xx.xx.2023-cü il tarixli Qərardadın təsviri hissəsindən görünür ki, üçüncü şəxs X9 “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan, 1 otaqlı, 31 nömrəli mənzili almışdır. Həmin mənzildə X11 tərəfindən santexnik, elektrik işləri görülmüş, kafelləri vurulmuş, otaqların sayında dəyişiklik aparılmış, təqribən 7000-8000 manat xərc çəkilmişdir. Odur ki, o, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə etiraz etmədiyini” bildirmişdir. İddia tələbində iddiaçı Atakişiyev ilə üçüncü şəxs Şahbazova birgə maraqlıdırlar. İddiaçı Atakişiyev aldığı 35 nömrəli mənzili deyil, üçüncü şəxs Şahbazovanın aldığı 31 nömrəli mənzili təmir edir və təmir xərclərini isə istifadə edən və ya istifadə edəcək X3 deyil, mənzili aldığı və əlverişsiz hesab etdiyi Cəmiyyətdən tələb edir. Çünki rəsmi və faktiki olaraq təmir xərci çəkilmiş 31 saylı mənzil Cəmiyyətə deyil, üçüncü şəxs X5 məxsusdur. Həmin təmir işlərindən də üçüncü şəxs Şahbazova faydalanacaq, ona görə də, Cəmiyyət məsuliyyət daşımır. İnşa edilmiş çoxmənzilli yaşayış binasında təmirsiz (“под маяк”) olan mənzillərin giriş qapılarının açarları standart olduğuna görə eynilik təşkil edir və bir açarla digər qapının açılması mümkündür. Mənzil təhvil verildikdən sonra, təmir edən alıcı qapının açarını dəyişir. Ona görə də 35 və 31 nömrəli mənzillərin giriş qapının açarının eynilik təşkil etməsi, iddia tələbinin əsaslarından biri ola bilməz. Sübut qismində təqdim edilmiş “xx.xx.2015-ci il tarixli Kirayə müqaviləsi” isə formal bir müqavilədir. Həmin kirayə müqaviləsi notarial qaydada deyil, “Alqı-satqı ofisində” bağlanmışdır. Həmin kirayə müqaviləsinin həqiqəti əks etdirib-etdirilməməsini müəyyən etmək məqsədilə həm rəsmi, həmdə şifahi (onlayn) qaydada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. DVX isə şifahi olaraq (“195 Xidməti”) həmin müqavilənin qeydə alınmadığını bildirmişdir. Kirayə pulunun göndərilmsinin sübutu olaraq təqdim edilmiş pul köçürməsinə dair sənədlərdə (tərcümə edilməmiş qaydada) kirayə pulunun olması göstərilməmişdir. Həmin pul məbləğinin digər münasibətlərə dair ödənişlərin olması istisna deyildir. Hətda sənədin birində pul köçürməsinin təyinatı “maddi yardım” kimi qeyd edilmişdir ki, bu sənədlər də iddia tələbinin sübutu kimi çıxış edə bilməz. Bundan başqa, iddiaçı Atakişiyevin mənzilin səhv salınmasına görə etdiyi 7650 manat təmir xərcinin X3 deyil cavabdeh MMC-dən tələb etməsi tamamilə əsasız olduğundan iddia tələbi həmin hissədə Şahbazovaya yönəldilməlidir. Bununla bağlı X9 işə cavabdeh qismində cəlb edilməlidir. İddiaçı Atakişiyev iddia tələbinin hüquqi əsası olaraq Azərbaycan Respublikası Mülki Məcəllənin 442 və 443-cü maddələrinə istinad etmişdir. Halbuki tərəflər arasında müqavilə münasibətləri üzrə satıcı MMC öhdəliklərini mənzili təhvil verməklə tam icra etmişdir. İddiaçı Atakişiyev iddia ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli maliyyə arayışından göründüyü kimi mənzilin dəyərinin bir qismi güzəşt edilmişdir.İddiaçı Atakişiyev sayğaclarla əlaqədar cəmiyyət 750 manat pulu dələduzluq yolu ilə aldığını yazır. Bununla da iddiaçı Atakişiyev “dələduzluq yolu” ifadəsini işlətməklə Cəmiyyətin işgüzar nüfuzunu ləkələyir. Çünki dələduzluq faktı və ya cinayət əməli hər hansı bir qaydada öz təsdiqi tapmamışdır. Hər bir əməlin təsdiqi məhkəmə aktı ilə tapır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsi hüquqlardan sui-istifadəyə yol verilmir. Hazırda isə iddiaçının MMC “dələduz” adlandırmaqla işgüzar nüfuzuna ləkələməsi hüquqdan sui-istifadə kimi qiymətləndirmək olar. Lakin heç bir şəxs hüquqlarından istifadə və ya sui-istifadə edərək təhqir etməsinə yol verilmir. Yuxarıda qeyd olunanlarara əsasən iddianın rədd olunmasını xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhəkəmə iclasında izahatında bildirdi ki, “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan, 1 otaqlı, 31 nömrəli mənzili almış, "xxxx" MMC-yə hər ay 300 manat ödəyir,lakin mənzil tam hazır olmadığından mənzildə yaşamamışdır. Həmin mənzil İddiaçı tərəfindən 7000- 8000 manat dəyərində müəyyən təmir işləri onun xəbəri olmadan görüldüyü üçün,həmin təmir xərclərinə çəkilən pula görə heç bir məsuliyyət daşıya bilməz və bundan başq qeyd edir ki, İddiaçı tərəfindən aparılan təmir xərclərini həmçinin onun ödəməyə maddi imkanı yoxdur. İş materiallarında olan 19 dekabr 2015-ci il tarixli, LM-0573 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən, "xxxx" MMC “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan, 2 otaqlı, 35 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini, yəni 57475 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli LM-05xx-xx.2023 saylı maliyyə arayışından görünür ki, İddiaçı “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan, 2 otaqlı, 35 nömrəli mənzilin ümumi 57475 manat dəyərindən 44337 manat ödəniş etmiş, qalıq borcu 13138 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan, 2 otaqlı, 35 nömrəli mənzilinə quraşdırılan sayğacların (qaz,işiq,su) ödənişini yəni 950 manatı tam şəkildə ödəyib,borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası “Müstəqil ekspertiza mərkəzi”nin xx.xx.2022-ci il tarixli 175 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan bir otaqlı 31 saylı mənzildə aparılmış təmir-tikinti işlərinə (ustanın əmək haqqı və sərf edilən materialın qiyməti) sərf olunan vəsaitin məbləği 7650 manat təşkil edir. “Müstəqil ekspertiza mərkəzi”nə iddiaçı tərəfindən 300 manat ekspertiza keçirilməsi üçün ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4999 nömrəli rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan bir otaqlı 31 saylı mənzildə aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 7178,0 manat məbləğində olduğu müəyyən olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının "xxxx" MMC ilə 19 dekabr 2015-ci il tarixli, LM-0573 saylı mənzilin alqı-satqı müqaviləsi bağlaması, mahiyyətinə görə müqavilənin mənzilin tikintisi məqsədilə bağlandığından, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 57475 manat olması, işin mübahisə edilməyən hallarıdır. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, 2 otaqlı, 31 nömrəli mənzil, 35 nömrəli mənzil kimi cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya göstərilmiş və iddiaçı 31 nömrəli mənzilin 35 nömrəli mənzil olduğuna məhz "xxxx" MMC-n əməkdaşlarıın hərəkətləri nəticəsində əmin olaraq həmin mənzildə təmin işləri aparmışdır.Göstərilən bu xüsusat məhkəmə iclasında iddaçının nümayəndəsinin izahatı ilə yanaşı mübahisəli mənzilə sayğacların (qaz,işiq,su) idiaçının adına quraşdırılması, iddiaçı tərəfindən sayğaclara görə ödənişlərin aparılması, həmçinin işin faktiki halları ilə sübuta yetirilir və bu xüsusatla bağlı cavabdeh təşkilatın nümayəndəsinin etirazı hər hansı bir mötəbər sübuta istinad olunmadığı, həmçinin məntiqə sığmadığı və inandırıcı olmadığı üçün məhkəmə həmin etiraza tənqidi yanaşmımşdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə,işin faktiki hallarından göründüyü kimi iddiaçı cavabdehə münasibətdə vicdanlı hərəkət etsədə,cavabdeh vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməməklə, məhz cavabdeh "xxxx" MMCin hərəkətləri nətcəsində iddiaçıya Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan 31 saylı mənzilin təmir xərcləri üçün 7178,0 manat məbləğində maddi ziyan dəymişdir. Təmir xərcləri üçün çəkilən 7178,0 manat xərc, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2- 10/4999 nömrəli rəyi ilə təstiqini tapdığından məhkəmə işin faktiki hallarına və maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, təmir xərci olaraq 7178,0 manat məbləğində pul vəsaiti cavabdeh AAAF İnşaat» MMC-dən alınaraq İddiaçı verilməlidir. Bundan başqa məhkəmədə tədqiq edilmiş işin faktiki halları ilə cavabdeh AAAF İnşaat» MMC, İddiaçı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivində yerləşən 28 saylı küçəsində inşa edilən 07 saylı yaşayış binasının 35 saylı mənzilinə quraşdırılan qaz sayğacına görə 750 manat ödətdirməklə İddiaçı ziyan vurması müəyyən edildiyindən,məhkəmə hesab edir ki, iddiaçı vurulmuş həmin ziyanın ödənilməsini tələb etməkdə də haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin 13600 (on üç min altı yüz əlli) manat (hər ya 200 manat olmaqla 2017, 2018, 2019, 2020, 2021-ci illər üçün və 2022-ci ilin avqust ayına dək olan aylar üçün) cavabdeh təşkilatdan tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, bununla bağlı məhkəmədə mötəbər sübutlar müəyyən edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. Bundan başqa İddiaçı iddia tələbində ekspertiza xərci 300 manatın cavabdehdən tutulmasını xahiş etsə də, həmin ekspertiza müstəqil ekspertiza mərkəzi tərəfindən məhkəmədən kənar keçirildiyindən,məhkəm məsrəflərinə aid olmadığı üçün, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 44 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4999 nömrəli rəyinə əsasən 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X6, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab-AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən təmir xərci olaraq 7178,0 manat,qaz sayağacı üçün ödənilmiş 750 manat və 44 manat dövlət rüsumu, ümumilikdə 7972 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 10/3345 saylı eskpert rəyinə əsasən 50 manat, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4999 nömrəli rəyinə əsasən 100 manat cavabdeh "xxxx" MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X6, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab-AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-811/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-811/2023
15.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver