Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-842/2023 15.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 10000 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə internet vasitəsi ilə sosial şəbəkədə tanış olmuşdur. 2019-cu ilin aprel ayında adət-ənənəyə uyğun olaraq toy mərasimi keçirərək faktiki nikaha daxil olmuşlar. Cavabdeh1 toy ərəfəsində cehiz alınıb Rusiya Federasiyasında yaşayacaqları vədini verərək ilk öncə özü, daha sonra isə cavabdehin xalası Sevda xanım iddiaçını aldadaraq həmin vədi versələr də heç birini həyata keçməmişlər. Evləndikdən sonra aralarında heç bir münasibət olmamasının səbəbi daha sonra iddiaçıya məlum olmuşdur. Belə ki, Cavabdeh1 əslində yalandan toy edərək həm iddiaçıdan cehiz üçün alman pulları, həm də toyda yığılan pulları mənimsəmək niyyətində olmuşdur. Faktiki nikahda olduqları müddətdə cavabdeh iddiaçıya qarşı dəfələrlə zor tətbiq etmiş, təhqiredici sözlər etdiyindən artıq iddiaçı ata evinə qayıtmaq məcburiyyətində qalmışdır. Faktiki nikaha daxil olmalarından əvvəl ilk öncə“Wester Union” vasitəsilə 222 ABŞ dolları, 352 ABŞ dolları və 469 ABŞ dolları olmaqla, cəmi 1043 ABŞ dolları yəni, 1800 manat pulu iddiaçı qaynı Cavabdeh3 kart vasitəsi ilə, 1700 manatı faktiki nikahda olduğu cavabdehə ayrıldıqdan sonra xəstəxana xərci ilə bağlı, cavabdehin xalası oğlu, yəni, digər Cavabdeh2 isə 500 manat pul vermişdir. Bu da azmış kimi, gələcəkdə ailə həyatı qurduqdan sonra Rusiya Federasiyasında yaşayacaqları və cehiz alınması üçün əlverişli olması məqsədilə 6000 manat pulu yalan vədlər verərək Cavabdeh1, onun xalası oğlu Cavabdeh2 almış və qaytarmamışlar. İddiaçını Rusiya Federasiyasına aparmamışlar. Cehizin pulunu alıb xərcləmişlər. Dəfələrlə qarşısıalınmaz pis davranışlarına dözməyərək iddiaçı polisə müraciət etsə də heç bir nəticə verməmişdir. İddiaçı cavabdehlərdən hər dəfə öz pulunu istədikdə yalandan bəhanələr edərək verməmişlər. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, Cavabdeh1 sosial şəkəbədə 4 il tanımış, tanışlıqdan sonra ona elçi gəlmiş və evlənmək qərarına gəlmişlər. Cavabdeh ona sənədləri düzələndə nikaha girib toydan sonra Rusiyaya getmək və 10000 manata Rusiyada cehiz alınma vədini vermişdir. Cavabdeh ilə toy mərasimi Şamaxinkada yerləşən “Tərlan” şadlıq sarayında olmuşdur. Cavabdehin qardaşı toy mərasimini təşkil etmişdir. Cavabdehin qardaşının bu oyundan məlumatı olmamış, gerçək toy olduğunu zənn etmişdir. Pulla bağlı cavabdehin qardaşının xəbəri olmamışdır. Planı quran Cavabdeh2, onun Lamiyə adlı arvadı və Cavabdeh1 olmuşdur. 1800 manatı o, cavabdehin qardaşının adına Rusiyaya göndərmişdir. Buna dair ödəniş qəbzi vardır ki, həmin qəbzdə dollar ilə ifadə olunmuşdur. Cavabdeh3 pulu hissəhissə ödəyəcəyi vədini vermişdir. Azadlıqda yerləşən "xxxx" ASC-nin Şuşa filialında 400 manat, 600 manat və 800 manat göndərmişdir. Buna dair mesaj səsləri vardır ki, telefonunu Cavabdeh1 sındırmışdır. Bundan savayı, o, cavabdeh tərəfindən fiziki təzyiqə məruz qalmışdır. O, pulu manatla göndərmiş, lakin dollara çevrilmişdir. O, X3 verdiyi 500 manat pul vəsaitini Bakı şəhər Baş Polis idarəsində almışdır. Onun Cavabdeh1 verdiyi pul vəsaitindən 8600 manat pul vəsaitini həmin cavabdeh X3 vermişdir. O, Cavabdeh1 polisə şikayət etmiş, lakin həmin şəxs tapılmadığından şikayətinə baxılmamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 06160217-3222 saylı məktubdan görünür ki, aparılmış araşdırma zamanı sosial şəbəkələrdə hədə-qorxu gəlmiş keçmiş həyat yoldaşı Cavabdeh1 barəsində DİN-nin məlumatlar sistemində heç bir məlumat olmadığına və indiyə kimi şəxsiyyət vəsiqəsi almadığına görə tapılıb izahatının alınması mümkün olmamışdır. Gələcəkdə Cavabdeh1 yeri müəyyən edilərsə barəsində qanuni tədbir görüləcəkdir. -Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı qarşı keçmiş əri Cavabdeh1 tərəfindən gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi üçün qəbul edilmiş qərarın icra olunması üçün bölmənin aidiyyəti əməkdaşına həvalə edilmişdir. -Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 061-16344ə saylı, xx.xx.2022-ci il tarixli 06111213-1222 saylı, xx.xx.2022-ci il tarixli 061-120648 saylı, xx.xx.2022-ci il tarixli 061-17864ə saylı məktublardan görünür ki, İddiaçı mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis X1 ünvanladığı xx.xx.2022-ci il tarixli 061-10261A saylı məktubdan görünür ki, aparılmış araşdırma zamanı mütəmadi olaraq onu və qızı İddiaçı narahat etmiş Cavabdeh1 barəsində DİN-nin məlumatlar sistemində heç bir məlumat olmadığına və indiyə kimi şəxsiyyət vəsiqəsi almadığına görə tapılıb izahatının alınması mümkün olmamış, Cavabdeh1 atası Məmmədov Tərlan Əyub oğlunun isə izahatı və iltizamı alınaraq bir daha narahat etməməsi barədə xəbərdarlıq edilmişdir. Həmçinin, Cavabdeh1 mütəmadi İddiaçı ilə münaqişə etməsi faktı üzrə münaqişəli tərəflər kimi barələrində profilaktiki yığım işi açılmışdır. Gələcəkdə Cavabdeh1 yeri müəyyən edilərsə barəsində qanuni tədbir görüləcəkdir. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş pul göndərişləri barədə ödəniş qəbzlərindən görünür ki, İddiaçı Cavabdeh3 hesabına xx.xx.2019-cu il tarixdə 222.99 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 352.14 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 469.19 ABŞ dolları pul vəsaiti göndərmişdir. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkildən görünür ki, İddiaçı Cavabdeh1 olduğunu iddia etdiyi şəxslə “Tərlan” şadlıq evində toy mərasimini etmişlər. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Ağdam rayonu Əlimədətli ərazi dairəsi Əlimədətli kəndində, Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə 5 saylı evin 33 saylı mənzilində, Cavabdeh3 isə Abşeron rayonu Masazır ərazi dairəsi Masazır kəndi Nəsimi küçəsi 6A saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1 ilə faktiki nikah münasibətlərinə daxil olmuş və nikah münasibətləri rəsmiləşəndən sonra cehiz almaq niyyəti ilə cavabdehin qardaşına, yəni, digər Cavabdeh3 hesabına Rusiya Federasiyasına pul vəsaiti göndərmişdir. Tərəflər arasında faktiki nikah münasibətləri pozulandan sonra iddiaçı cavabdehlərə verdiyini iddia etdiyi 10000 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” əsasında Cavabdeh1 şəxsiyyət vəsiqəsi olmadığından onun polis orqanına çağırılıb izahatının alınmasının mümkün olmadığı müəyyən olunmuşdur. Bununla yanaşı, tərəflər arasında olan mübahisə mülki hüquqi xarakteri daşıdığı üçün iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuş, bu səbəbdən də, iddiaçının tələb etdiyi 10000 manat pul vəsaitini məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.
326. maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar və iddiaçının izahatı əsasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh X3 verdiyi 500 manat pul vəsaitini həmin cavabdehdən Bakı şəhər Baş Polis idarəsində aldığını etiraf etmiş, onun Cavabdeh3 göndərdiyi 222.99 ABŞ dolları, 352.14 ABŞ dolları və 469.19 ABŞ dolları pul vəsaitləri isə mülki iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli ödəniş qəbzləri ilə öz təsdiqini tapmışdır. Ona görə də iddiaçı cavabdehlərə həqiqətən də 10000 manat pul vəsaitini verməsinə dair iddia tələbinin əsasını təşkil edən həmin halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh3 İddiaçı xeyrinə cəmi 1044.32 (222.99+352.14+469.19=1044.32) ABŞ dolları pul vəsaiti tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə eyni zamanda, cavabdehdən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında borc münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh3 borca görə 1044.32 (min qırx dörd ABŞ dolları otuz iki sent) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov