Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-843/2021 10.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh SOCAR-ın Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh SOCAR-ın Cavabdehnə qarşı «qanunsuz müdaxilələrə son qoyulması və tikinti işlərinin, quruculuq-abadlıq işlərinin görülməsinə, sahənin hasarlanması işlərinin aparılmasına maneə törədilməməsi» tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən Seriya RX №1411860 saylı Çıxarışla xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.15 ha torpaq sahəsində cavabdeh SOCAR Cavabdeh tərəfindən qanunsuz müdaxilələrə son qoyulması və tikinti işlərinin, quruculuq-abadlıq işlərinin görülməsinə, sahənin hasarlanması işlərinin aparılmasına maneə törədilməməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,15 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən Seriya RX №1411860 saylı Çıxarış əsasında xx.xx.2018-ci ildən onun xüsusi mülkiyyətindədir. 2018-ci ildən əvvəl də həmin torpaq sahəsindən sənədsiz istifadə etmişdir. O, həmin torpağa hasar çəkmək istəyir. Qeyd olunan torpaq sahəsi onun xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdeh təşkilat həmin torpaq sahəsində tikinti aparmağına qanunsuz olaraq mane olur. Cavabdeh təşkilatın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətləri qanunsuzdur və həmin maneələrə son qoyulmalıdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh SOCAR-ın Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, SOCAR-ın Cavabdeh olaraq neft kəmərinin mühafizə zonasına düşən ərazidə hər hansı tikinti aparılmasına icazə vermirlər. Belə ki, mühafizə zonasında yalnız istismarçının (SOCAR-ın Cavabdeh) razılığı ilə tikinti aparılmasına icazə verirlər. Çünki, bu zonada tikinti aparmaq vətəndaşların həyat və sağlamlığına təhlükə yaradır. Lakin məhkəmə tərəfindən nə qərar verilsə, onu da icra edəcəklər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, № ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, sahəsi 0.15 ha olan torpaq sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edildi ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, sahəsi 0.15 ha olan torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmış və həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla xx.xx.2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh təşkilatın İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, sahəsi 0.15 ha olan torpaq sahəsinə dair hansı bir müdaxiləsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki hallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki hallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən Seriya RX № ******* saylı xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışla xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.15 ha torpaq sahəsində cavabdeh SOCAR Cavabdeh tərəfindən qanunsuz müdaxilələrə son qoyulsun və tikinti işlərinin, quruculuq-abadlıq işlərinin görülməsinə, sahənin hasarlanması işlərinin aparılmasına maneə törədilməməsi vəzifəsi cavabdeh SOCAR Cavabdeh üzərinə qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-843/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-843/2021
10.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver