Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-854/2021 17.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Baş Dövlət X3rşı “əmlakın qanunsuz olaraq müsadirə edildiyinə görə maddi-mənəvi, fiziki zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Baş Dövlət X3rşı “əmlakın qanunsuz olaraq müsadirə edildiyinə görə maddi-mənəvi, fiziki zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 14400 manat məbləğində zərərin ona ödənilməsi və qanunsuz olaraq müsadirə olunmuş nəqliyyat vasitəsinin geri qaytarılmasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə edərək DİN-liyi BDYPİ-nin əməkdaşları qanuna zidd hərəkət edərək ona pul tələbi qoyaraq təqib etmiş və mülkünü müsadirə edərək mülkiyyətdən istifadə hüququmu pozmuşdur, maddi, mənəvi, fiziki zərər vurmuşdur.xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmlakdan istifadə edə bilmədiyimə görə hər günün hər saatına 10 manat pul ödənişi tələb edir 177 gün x 24 saat x 10 saat = 42.480. manat. Bundan əlavə avtomobilə yeni akkumlyator batereykası alıb 70 manat məbləğində yol polisi şıxov ərazisindən qaradağ rayonunda yerləşən duracağa aparması üçün yanacaq xərci 10 manat. Karantin vaxtı olduğuna görə geri qayıtması üçün taksi xidmətindən istifadə etmişdir (5 manat məbləğində pul xərci də ona dəymiş zərərin üzərinə əlavə olunmalıdır) Nəqliyyat vasitəsi hərəkət etmədikdə qızmar günəş altında təkərlər yararsız hala düşür. Bu zərər də 400 manat,kosmetik zərərə görə 1000 manat və məhkəmə xərcləri o cümlədən dayanacaq ödənişləri də bura əlavə olunmalı,əmlakı özünə qaytarılmalı, onun xeyrimə 10.000 manat məbləğində mənəvi ziyanın əvəzi kimi pul tutulması barədə və məhkəməyə ödədiyim 30,40 AZN dövlət rüsumunun qaytarılması haqqında qanuna əsasən 9.1.12. inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər. MPM -nin!14.2. Bu Məcəllənin 114.1.1-ci maddəsi ilə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiasçı iddiasını müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Eyni zamanda işin ərazi aidiyyətı ilə göndərilməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabdehin hüquqi ünvanı Binəqədi rayonu ərazisinə düşdüyündən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Baş Dövlət X4 internet portalından çıxarış məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Baş Dövlət X4 hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan- Binəqədi şossesi 4 ünvanıdır. Azərbaycan Respublikası MPM-nin; 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2.-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Beləliklə, Baş Dövlət X4 internet portalından çıxarış məlumatlarından müəyyən oldu ki, cavabdehin hüquqi ünvanı Abşeron rayon ərazisi deyildir. Cavabdeh Baş Dövlət X4 hüquqi ünvanı Binəqədi rayon ərazisi olduğundan qanunun qeyd edilən tələbləri nəzərə alınaraq mülki iş aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Baş Dövlət X3rşı “əmlakın qanunsuz olaraq müsadirə edildiyinə görə maddi-mənəvi, fiziki zərərin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-854/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-854/2021
17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver