Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-891/2021 25.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 iyun 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35215 manat məbləğində pulun, o məbləğə hesablanmış əldən çıxmış fayda hesab edilməli olan 17595 manat məbləğində vəsaitin və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində, dövlət rüsumu məbləği olan 30 manat məbləğində vəsaitin, ümumilikdə 62840 manat məbləğində vəsaitin alınaraq ona ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehdən 43049 manat məbləğində pulun, o məbləğə hesablanmış əldən çıxmış fayda hesab edilməli olan 25829 manat məbləğində vəsaitin və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində, dövlət rüsumu məbləği olan 30 manat məbləğində vəsaitin, ümumilikdə 78908 manat məbləğində vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 2010-2012-ci illərdə iddiaçı «xxxx» inşaat MMC-də satış şöbə müdiri vəzifəsində işləyərkən X2 vasitəsilə tanımışdır. Onlar 2015-ci ilin 15 və 16 iyununda Nərimanov rayonunda olan «Qədirxum» kafesində görüşmüş və görüş zamanı İsmayıl bildirmişdir ki, Bakı şəhərinə Ukrayna istehsallı bir neçə vaqon armatur gətirir və özünün pula ehtiyacı vardır, buna görə ona məxsus 2008-ci il buraxılışlı «BMV 530 İ» markalı **- VJ-*** dövlət qediyyat nişanlı avtomobili bazar qiymətindən artıq qiymətə cavabdehə verməsini bildirmişdir ki, 1 ay müddətində Bakı şəhərinə armatur gətirib yaxşı xeyri olavağını və həmin avtomobili özünün satmaq yolu ilə pulu çevrib armatura yönəldəcəyini və ona həmin avtomobilin müqabilində 35000 ABŞ dolları verəcəyini bildirmişdir. 2015-ci ilin may ayında onun tanışı Azər Xəlilovun ona olan borcu müqabilində tanışı Şahin adlı şəxsin arvadının (X1) adına olan «BMV 530 İ» markalı **-VJ-*** dövlət qediyyat nişanlı avtomobili adına baş etibarnamə ilə verməyi təklif etmiş və həmin avtomobili 28000 ABŞ dolları borc müqabilində götürmüşdür. O, avtomobilin sahibi olmuş və daha sonra sahibliyində olan avtomobili satmaq qərarına gəlmişdir. 18 iyun 2015-ci il tarixdə Nərimanov rayonu Azadlıq prospektində olan 51 saylı dövlət notariat kxxxxorunda həmin avtomobilə dair adına olan baş etibarnamədən İsmayılın adına baş etibarnamə vermişdir. Cavabdeh etibarnamənin bitməsinin son müddəti olaraq 20.07.2015-ci il tarixi göstərmişdir. Lakin həmin vaxt çatdıqda yenə İsmayılı tapa bilməmişdir. Sonra İsmayılın ona olan borcundan 15000 manat pul verilmişdir. Uzun zaman cavabdeh dəfələrlə yalan vədlər verərək pulu verəcəyini, ona möhlət verilməsini bildirsə də bu günədək pulu ona ödəməmişdir. Bundan sonra o, 2018-ci il tarixdə ərizə ilə Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək aldanıldığını və cavabdehin əməlində dələduzluq cinayətinin tərkibinin olması ehtimalı ilə bağlı müraciət etmişdir. Araşdırma 2020-ci ilin yanvarında yekunlaşmış və onun həmin iş üzrə zərərçəkmiş kimi tanınsa da yekunda bu epizoda mülki mübahisə kimi yanaşılaraq bu hissədə cinayət işi qaldırılması rədd edilmişdir. Qeyd olunan qərarda cavabdeh onun qeyd etdiyi xüsusatları təsdiqləmiş və işin mülki mübahisə olmasını təkid etmişdir. Bununla da cavabdeh mənə məxsus avtomobili təhvil alaraq əvəzini ödəməmiş və bununla da ona xeyli miqdarda zərər vurmuşdur. Belə hesab edir ki, məhkəmə iddia ərizəmdə qeyd etdiyi xüsusatlara qiymət verəcək və cavabdehdən ona olan borc pulun ödənilməsinə dair qətnamə qəbul edəcəkdir. iddia ərizəsində cavabdehin 15000 manat məbləğində vəsaitin qaytarılması qeyd edilsə də, bu məbləğin qaytarıldığı günkü məzənnə düzgün tətbiq edilmədiyindən ABŞ dolları ilə məbləğin ekvivalenti düzgün hesablanmadığından yanlış qeyd edilmişdir. Bu səbəbdən də tələb olunan vəsaitin dəyişdirilməsinə zərurət yaranmışdır. Belə ki, 15000 manat məbləğində vəsait 2016-cı ilin aprelində digər şəxs tərəfindən qaytarıldığına görə, o dövrün məzənnəsinin 1.55 dəyərində olduğunu nəzərə alsaq bu məbləğ dollarla 9677 ABŞ dolları edir. Belə ki, cavabdehin ona ödəməli olduğu 35000 ABŞ dolları (59 000-əlli doqquz min manat) məbləğində puldan cəmi 15 000 manat hissəsi qaytarılmış və 25323 ABŞ dolları hissəsi bu günədək qaytarılmamışdır. Bu günə olan məzənnəyə əsasən bu 43049 manat vəsait edir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmədə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə 8-10 ildir ki, tanışdır. O tikinti və maşın alqı-satqısı biznesi ilə məşğul olmuşdur. Həmin vaxtı iddiaçının BMW markalı maşını olmuş, 2016-cı il tarixdə iddiaçı ilə aralarındakı şifahi sövdələşməyə əsasən, o avtomobili 22 000 manata almalı idi. Belə ki, 2016-cı il tarixdə dolların məzənnəsi 0.78 təşkil etmişdir. Bu səbəbdən də avtomobilin dəyərini manat ilə razılaşdıq, lakin onda pul olmadığı üçün razılaşdıqları pul vəsaitini bir neçə aya ödəməli idi. Buna əsasən, Anar maşını idarə etmək üçün ona etibarnamə vermiş və pul tam ödənildikdən sonra maşın adına keçirilməli idi. İddiaçı ilə razılaşdığımız vaxt keçdikdən sonra pulu ödəməyə maddi vəsaiti çatmamış, bu səbəbdən də Avro Qrxxxx MMC-də adına ümumi sahəsi olan 102 kv metr mənzili sataraq iddiaçıya olan borcunu ödəmək qərarına gəlmişdir. Onun İddiaçı başqa şəxslərə də borcum olmuşdur. Belə ki, o mənzili sataraq mənzilin alqı-satqısından əldə etdiyim pul ilə bütün borclarımı bağlamaq fikrində olmuşdur. İddiaçı ilə Avro Qrxxxxın sədri Xanlar adlı şəxsin qəbul otağında razılaşmış və bu razılaşmaya əsasən o mənzilin pulundan iddiaçıya 35 000 manat pulu verməsini öhdəsinə götürmüşdür. Borcum 22 000 manat təşkil etməsinə baxmayaraq, borcu qaytarmaqda yubandığıma görə iddiaçıya 35 000 manat pul qaytarmağı boynuna götürmüşdür. Lakin mənzil maya dəyərindən aşağı satılmış və iddiaçıya həmin puldan 15000 min manat pul çatmışdır. Lakin sözügedən mənzilin kimə və hansı qiymətə çatması barədə məlumatı yoxdur. İddiaçıya az məbləğ çatdığı üçün o Anara torpaq sahəsi verməyi təklif etmişdir. İddiaçı ilə aralarında maşın alqı-satqı və ya borc barədə heç bir rəsmi yazılı müqavilə yoxdur. Mənzilin daha aşağı qiymətə satılması onun problemi deyildir. O iddiaçıya borcunu satılan mənzildən əldə edilən pul vəsaiti ilə ödəmiş və onun İddiaçı borcu yoxdur. 2018-ci il tarixdən həbsdədir və maddi imkanı yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin 11 yanvar 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən Cavabdeh izahatından görünür ki, onunla İddiaçı arasında 35000 manat dəyərində “BMW” markalı avtomobilə görə alğı-satqı münasibəti olmuş və İddiaçı həmin avtomobili ona verməyi, o isə həmin avtomobilin dəyərini İddiaçı ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri, dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki,məhkmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki,tərəflər arasında qeyri-rəsmi iş birliyi nəticəsində öhdəlik münasibətləri yaranmış və həmin öhdəlik nəticəsində Cavabdeh İddiaçı 35 000 manat ödəmək öhdəliyi yaranmış,göstərilən bu xüsusatlar məhkəmədə cavabdehin izahatı ilə yanaşı, iş materiallarında olan Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin 11 yanvar 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən Cavabdeh ilkin izahatında da təstiqini tapmışdır.Həmçinin məhkəmədə işin mübahisələndirilməyən hallarından müəyyən edilmişdir ki, 35000(otuz beş min) manat puldan 15000 (on beş min) manat iddiaçıya qaytarılmışdır.İddiaçı isə tərəflər arasında ilikn razılığın ABŞ dolları ilə olduğunu bildirsədə, özünun və nümayəndəsinin izahatından başqa digər bir sübut təqdim edə bilmədiyindən məhkəmə həmin izahatlara tənqidi yanaşmışdır. Ona görə də məhkəmə yuxarıda qeyd edildiyi kimi müəyyən edilmiş faktiki hallara və aşağıda qeyd ediləcək qanunvericilik normalarına istinad edərək hesab edir ki, 20000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan əlavə İddiaçı iddia tələbində əsas borcdan 43049 manat məbləğə hesablanmış əldən çıxmış fayda hesab edilməli olan 25829 manat məbləğində vəsaitin və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbini irəli sürmüş, lakin bununla bağlı əsaslı sübutlar təqdim edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 7,60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 20000( iyirmi min) manat və ödənilmiş dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olan 7,60 manat alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-891/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-891/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver