Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-896/2021 29.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştiraki ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin təmin edilərək Cavabdeh aralarında bağlanmış kredit müqaviləsinə əsasən 8000 (səkkiz min) manat məbləğində borcun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, onunla borclu Cavabdeh arasında bağlanmış 24 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya 8000 (səkkiz min) manat məbləğində faizsiz olaraq verilmişdir. Aralarında bağlanmış kredit müqaviləsinin 2-ci maddəsinə görə borc alan krediti 24 sentyabr 2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci maddəsində qeyd olunur ki, borc alan müqavilə üzrə müəyyən edilmiş müddətə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Lakin müqavilənin müddətinin bitməsindən xeyli zaman keçməsinə baxmayaraq borclu Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək qəbul etdiyini bildirdi. Qeyd etdi ki, iddiaçı ilə iş yoldaşı olmuşdur. İddiaçıdan iş görmək üçün 8000 manat pul almışdır. O da 8000 manat pul vəsaitini tanışı Şahid vermiş, Şahid onu aldatmışdır. Onlar korrupsiya ilə bağlı şikayət vermişdir. Orada araşdırma getmişdir. Onun və Şahid barəsində ittiham aktı tərtib edimişdir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılmaqdadır. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi və cavabdehi dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 24 iyun 2019-cu il tarixdə bağlanaraq Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-1395 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, borc verən borc alana 8000 (səkkiz min) manat məbləğində pul borc verir, borc alan krediti 24 sentyabr 2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. -DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 26.08.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Əliyev X2 rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi, ev 22, mənzil 55 ünvanında qeydiyyatdadır. -Məhkəmənin sorğusuna əsasən ünvan 2ən alınmış notariat işində olan 24 iyun 2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Kredit müqaviləsinə əsasən 8000 manat məbləğində pul vəsaitini notarius X1 hesabına köçürülmüşdür. -Həmin notariat işində olan Cavabdeh tərəfindən Notariat ofisində yazılmış ərizənin surətindən görünür ki, o, 8000 (səkkiz min) manat məbləğində pul borc aldığını və həmin borcu müqavilədə göstərilən müddətdə qaytarmalı olduğunu, öhdəliyi yerinə yetirmədiyi halda borcu müəyyən edən sənəddə notariusun apardığı icra qeydi üzrə pul məbləğinin tutulması və əmlakın tələb edib alınması haqqında bu müqaviləni imzalamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 24 iyun 2019-cu il tarixdə bağlanaraq Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-1395 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”nə əsasən borc verən borc alana 8000 manat məbləğində pul borc vermiş, borc alan krediti 24 sentyabr 2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmiş, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Pul vəsaiti Bakı şəhəri 14 saylı notariat ofisinin "xxxx" ASC-dəki depozit hesaba köçürülmüş və Cavabdeh həmin pul məbləğini qəbul etmişdir. Müqavilənin şərtinə əsasən cavabdeh borc aldığı pulu 24 sentyabr 2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini ona ödəməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin kredit müqaviləsi əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilənlərlə müəyyən edildi ki, tərəflər arasında olan 24 iyun 2019-cu il tarixli kredit (borc) müqaviləsi (əqd) yazılı (notarial) qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan İddiaçı və Cavabdeh özləri tərəfindən imzalanmış, müqavilə Bakı şəhəri Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilə bağlanarkən tərəflərin fotoşəkilləri çəkilərək müqaviləyə yerləşdirilmiş, borc alan Cavabdeh kredit müqaviləsini imzaladıqdan sonra imzasının qarşısında soyadını yazmışdır və eyni zamanda borcalan Cavabdeh 8000 manat məbləği Bank köçürülməsi vasitəsilə qəbul etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etdiyini bildirmiş, lakin yazılı şəkildə məhkəməyə təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Bununla da, məhkəmə iclasında müəyyən olundu ki, 24 iyun 2019-cu il tarixli kredit müqaviləsi əsasında Cavabdeh İddiaçı 8000 manat məbləğində borc pul almış, tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin qanunla müəyyən edilmiş qaydada və müddətdə həmin kredit müqaviləsini mübahisələndirməmişdir, kredit müqaviləsi qüvvədədir, habelə məhkəmə iclasında Cavabdeh izahatında iddianı etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 26.10.2020-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə Məhkəmə, işdə tədqiq olunmuş sübutlara qiymət verərək, qanunun tələblərini rəhbər tutaraq və eyni zamanda cavabdehin iddianı etirafını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 24 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8000 manat borc pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 24 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8000 (səkkiz min) manat borc pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-896/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-896/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver