Məhkəmə qərarları › İş №2(012)-9/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-9/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-9/2022 12.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, maraqlarına toxunan şəxs X5 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 12 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh X11 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 9997,28 ABŞ dolları məbləğində əsas, 7136,67 ABŞ dolları faiz və 8017.82 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə cəmi 25151,77 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumu üçün 30 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X15 arasında bağlanmış 29.09.2014-cü il tarixli, PK-14/195-1 saylı Plastik kart kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 29000 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda cavabdehin banka 9997,28 ABŞ dolları məbləğində əsas, 7136,67 ABŞ dolları faiz və 8017.82 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə cəmi 25151,77 ABŞ dolları məbləğində borcu qalmaqdadır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cəmi 22,378.23 (iyirmi iki min üç yüz yetmiş səkkiz dollar, 23 sent) ABŞ dolları- bundan 9,997.28 (doqquz min doqquz yüz doxsan yeddi dollar, 28 sent) ABŞ dolları əsas, 1,794.26 (bir min yeddi yüz doxsan dörd dollar, 26 sent) ABŞ dolları faiz, 7,997.12 (yeddi min doqquz yüz doxsan yeddi dollar, 12 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2,589.57 (iki min beş yüz səksən doqquz dollar, 57 sent) ABŞ dolları faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən X6 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X15 21.10.2019-cu il tarixdə vəfat etdiyi üçün Abşeron rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(012)-9/2021 saylı qərardadı ilə onun hüquqi varisləri müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmış, cavabdehin qanuni varisləri X12 və X7 müəyyən edildiyindən mülki iş üzrə icraat təzələnmişdir. Bundan sonra iddiaçı ərizə verərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X11 qarşı «borcun tutulması» tələbinə dair 2(012)-9/2022 saylı mülki iş üzrə cavabdeh X8 onun hüquq varisi ünvan 1 ünvanında qeydiyyatda olan X7 ilə əvəz olunması, kredit üzrə borcun 21.02.2020-ci il tarixli 2V-25 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 266.78 manat (iki yüz altmış altı. 78 qəpik) payına mütənasib surətdə X1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə da iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh X7 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlarına toxunan şəxs X12 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddia ərizəsi əsassızdır. Belə ki, o mərhum atası X6 miras əmlakı qəbul etməmişdir. Bundan başqa qeyd edilən mübahisə üzrə iddia müddəti də keçmişdir. Odur ki, göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh X9 qarşı “pul tələbinə dair” iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlarına toxunan şəxs X5 vəkili-nümayəndəsi Vəkil iddia tələbinə verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan 29.04.2014-cü il tarixli PK-14/195-1 nömrəli Plastik kart Kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC X11 xüsusi kart hesabı üzrə illik 24 % dərəcəsi ilə 12 ay (29 sentyabr 2015-cui il) müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit xəttinin açılmasını öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 26.12.2017-ci il tarixli maliyyə arayışdan müəyyən edilir ki, İddiaçı ASC ilə cavabdeh X15 arasında bağlanmış 29.04.2014-cü il tarixli PK- 14/195-1 nömrəli Plastik kart Kredit müqaviləsinə əsasən, cavabdehin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 21 dekabr 2017-ci il tarixinə 9997,28 ABŞ dolları əsas, 7136,67 ABŞ dolları faiz, 8017,82 ABŞ dolları cərimə məbləğində borcu yaranmışdır. Mülki iş materiallarında olan xəbərdarlıqdan görünür ki, kreditin və ona hesablanmış faizlərin qısa müddətdə ödənilməsi tələb olunmuş, əks təqdirdə mhəkəməyə müraciət olunacağı bildirilmişdir. Mülki iş materiallarına əlavə olunan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 21.10.2019-cu il tarixdə Abşeron rayonu, Mediabad qəsəbəsində ölmüşdür. Mülki iş materiallarına əlavə olunan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X15 ilə X13 06.10.1982-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 26.02.1988-ci ildə X16 və xx.xx.1984-cü ildə X14 doğulmuşdur. Mülki iş materiallarında olan Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 21.10.2019-cu il tarixdə ölmüş X8 vərəsəsi X3r. Şəhadətnamə verilən miras əmlak "xxxx"xxxx"xxxx" MMC-nin 19.02.2020-ci il tarixli, 02-21 saylı məktubuna əsasən 268.78 (iki yüz altmış səkkiz manat 78 qəpik) puldan ibarətdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron 2 saylı Notariat Ofisi 01.02.2022-ci il tarixli məktubundan görünür ki, 23 aprel 1958-ci ildə anadan olmuş və 21 oktyabr 2019-cu il tarixdə vəfat etmiş mərhum X8 adından 21 fevral 2020-ci il tarixdə Abşeron rayon 2 saylı notariat ofisində mərhumun arvadı X4 adına “3 saylı Bakı Avtonəqliyyat Müəssisəsi" MMC-nin 19 fevral 2020-ci il tarixli, 02-21 saylı məktubuna əsasən 266.78 (iki yüz altmış altı manat 78 qəpik) əmanət pula 2V-21 reyestrlə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə açılmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 15.03.2022-ci il tarixli məktubdan görünür ki, X10 mülkiyyətində olmuş Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən JN 0002 nömrəli dövlət aktında qeyd olunan 0.5435 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 12 saylı evi digər şəxslərin adlarına özgəninkiləşdirilmişdir, yəni sözügedən daşınmaz əmlaklar Q.Ə.Dünyamalıyevin mülkiyyətində deyil. Mülki iş materiallarına əlavə olunan 10.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X10 02.12.2020-ci il tarixinə 9,997.28 (doqquz min doqquz yüz doxsan yeddi dollar, 28 sent) ABŞ dolları əsas, 1,794.26 (bir min yeddi yüz doxsan dörd dollar, 26 sent) ABŞ dolları faiz, 7,997.12 (yeddi min doqquz yüz doxsan yeddi dollar, 12 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2,589.57 (iki min beş yüz səksən doqquz dollar, 57 sent) ABŞ dolları faiz olmaqla, ümumilikdə 22,378.23 (iyirmi iki min üç yüz yetmiş səkkiz dollar, 23 sent) ABŞ dolları borcu vardır. Mülki iş materiallarında olan 29.09.2014-01.08.2018-ci illər üçün hesabdan çıxarışdan görünür ki, X17 tərəfindən sonuncu ödəniş 30 aprel 2015-ci il tarixdə olmuşdur, iddiaçı isə hazırkı iddia ilə məhkəməyə 09.02.2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmənin 30 iyul 2018-ci il tarixli 2(012)-1498/2018 №-li qərardadı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Qeyd olunan ekspertiza üzrə alınmış 05.07.2019-cu il tarixli 4500 №-li ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, PK-14/195-1 saylı 29.09.2014-cü il tarixli plastik kart kredit müqaviləsinin şərtlərini nəzərə alaraq X10 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 29.09.2015-ci il tarixinə əsas borc üzrə -- 9618,39 ABŞ dolları, faiz borcu üzrə -- 1532,53 ABŞ dolları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X10 bank qarşısında 29.09.2015-ci il tarixinə əsas borc üzrə -- 9618,39 ABŞ dolları, faiz borcu üzrə -- 1532,53 ABŞ dolları və 8017,82 ABŞ dolları borcu vardır.Borclu 21 oktyabr 2019-cu il tarixdə ölmüşdür, onun ölümündən sonra arvadı Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə üzrə vərəsəsi olaraq arvadı X7 miras əmlak "xxxx"xxxx"xxxx" MMC-nin 19.02.2020-ci il tarixli, 02-21 saylı məktubuna əsasən 266.78 (iki yüz altmış altı manat 78 qəpik) pulu qəbul etmişdir, başqa miras əmlak müəyyən edilməmişdir.İddiaçı isə iddia tələbini dəqiqləşdirərək kredit borcunun 266.78 (iki yüz altmış altı manat 78 qəpik) manat paya münasib təmin edilməsini xahiş etmişdir. O halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli X1 266.78 (iki yüz altmış altı manat 78 qəpik) manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. İddia müddətinin tətbiqi barədə vəsatətə münasibətdə məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan 29.09.2014-01.08.2018-ci illər üçün hesabdan çıxarışdan görünür ki, X17 tərəfindən sonuncu ödəniş 30 aprel 2015-ci il tarixdə olmuşdur, iddiaçı isə hazırkı iddia ilə məhkəməyə 09.02.2018-ci il tarixdə , yəni qanunla bu kateqoriyadan olan işlər üçün nəzərdə tutulan 3 illik iddia müddətində müraciət etmişdir.Ona görə də, vəsatət əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X1 266.78 (iki yüz altmış altı manat 78 qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar