Məhkəmə qərarları › İş №2(012)-926/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-926/2021

18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-926/2021 18.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı pul tələbinə dаir iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada qabaqcadan əlbir olan qrup şəkildə törədilən cinayət nəticəsində ona vurulan 65965.74 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 18.05.2021-ci il tarixli saat 15:10-a təyin olunmuş iclasına tərəflər qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da cavabdehin nümayəndəsi və vəkili X6 məhkəmə iclasına gəlmiş, iddiаçı İddiaçı, cavabdehlər X3 və Cavabdeh3 isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X6 məhkəmə iclasında ərizə təqdim edərək, iddiаçı İddiaçı, cavabdehlər X1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etmədiyini, bu səbəbdən də iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili X6 isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı birinci çağırışa gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı pul tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar