Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-93/2023 18.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh2, onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, iddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin icraatında olan 2(012)-5991/2021 saylı mülki iş üzrə iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 8993 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 38039.36 manat əsas, 19603.41 manat faiz olmaqla cəmi 57642.77 manat borcun və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin icraatında olan 2(012)-5963/2021 saylı mülki iş üzrə iddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2014-cü il tarixli 8993 saylı kredit müqaviləsi üzrə 38039.36 manat əsas və ona hesablanmış faiz və cərimə borcunun ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(012)-5963/2021 saylı qərardadına əsasən iddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2(012)-5963/2021 saylı mülki işin iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair 2(012)-5991/2021 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır. Daha sonra, iddiaçı "xxxx" ASC Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 38039,36 manat əsas, 21041,76 manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 dövlət rüsumımmı və bank/xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 120 ay müddətə illik 10 % dərəcəsi ilə hesablanmaqla, 39098 (otuz doqquz min doxsan səkkiz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir. xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 38039.36 (otuz səkkiz min otuz doqquz manat 36 qəpik) manat, faiz borcu üzrə 19603.41 (on doqquz min altı yüz üç manat 41 qəpik) manat, cəmi 57642.77 (əlli yeddi min altı yüz qırx iki manat 77 qəpik) manat kredit borcu mövcuddur. Hazırda isə cavabdehin iddiaçıya olan borcu 38039,36 manat əsas, 21041,76 manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, Cavabdeh2 Cavabdeh1nə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini qəbul etmir. Belə ki, hal-hazırda kredit müqaviləsi qüvvədədir, ləğv edilməmişdir. İş materiallarında Cavabdeh1 borcun qəbul edilməsinə dair ərizə olsa da bu iddianı etirafı kimi qəbul edilməməlidir. Odur ki, onun iddia tələbinin təmin edilməməsini xahiş etdi. Bundan əlavə bildirdi ki, iş üzrə alınmış ekspert rəyi ilə razıdır. İddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini onunla əsalandırmışdır ki, xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 AAAF Park Yaşayış massivi, 17-ci küçədə yerləşən C saylı binanın 52,13 kv. metrdən ibarət olan 182 saylı mənzili satın almışdır. Beynəlxalq bank ilə onun arasında 8993 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 120 aya müddətinə 10 faiz olmaqla 39098 manat məbləğində kredit verilmişdir. 2015-ci iln may ayında 5 ay hər ay 517 (beş yüz on yeddi) manat ödəyərək həmin mənzili geri qaytarmaq niyəli ilə həm AAAF İnşaat MMC-yə, həm də Azərbaycan Beynəlxalq Bankı ASC müraciət etmişdir. Onunla birgə işləyən və AAAF İnşaatdan ev götürən 4 nəfərə ödədikləri 5 ayın pulu qaytarılmış, adları reyestrdən çıxarılmış, lakin ona pul qaytarılması təklif olundusa, adı reyestrdən çıxarılmamışdır. Bunun əsasında müqaviləyə uyğun olaraq onunla AAAF İnşaat MMC arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmiş və mənzil Cəmiyyətə təhvıl vermişdir. O, bununla bağlı iddia ərizəsinə əlavə edilən sənədləri özü Beynəlxalq bankın Mingəçevir filialında işlədiyi üçün Beynəlxalq bankın göstərişi ilə onlara qaytarmışdır. AAAF inşaat MMC 04 noyabr 2017-ci il tarixli 1895/1 saylı məktubla Beynəlxalq banka müraciət edərək, mənzilin AAAF inşaat MMC-yə məxsus olduğunu və bu şöbədən onun adına kreditin hesablanmasının dayandırımasını və həmin borcu ödəmək öhdəliyinin Cəmiyyətinin üzərinə qovulmasını tələb etmişdir. Xəstə olduğu üçün, ağır dərəcədə diabet və 2017-ci ildə Beynəlxalq bankdan ixtisara düşdüyü üçün tez-tez evin reyestrdə onun adından çıxarılması ilə marağlana bilməmişdir. AAAF İnşaata müraciət edəndə bildirmişlər ki, narahat olmasın. Sonra öyrənmişdir ki, ev digər şəxsə nəğd satılmışdır, lakin həmin məbləği AAAF İnşaat Beynəlxalq banka ödəməmişdir. Avqust ayında Beynəlxalq bankdan xx.xx.2021-ci il tarixli borcla bağlı bildiriş almışdır ki, qeyd olunan müqaviləyə görə onun banka 38039,38 manat əsas borc və ona hesablanmış faiz və cərimə borcu mövcudur. Neçə ildi AAAF-İnşaat MMC onu pulu ödəyəcəyini vəd etsə də,üzərinə həmin pulu banka özü ödəyəcəyi öhdəliyi götürsə də bundan yayınmışdır və onu ağır maddi vəziyyətə qoymuşdur. Yenidən AAAF İnşaata pulun ödənməməsi ilə bağlı müraciət etmişdir. Ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. O, Beynəlxalq banka vəkil vasitəsi ilə müraciət etmişdir ki,onlara təhvıl verdiyi sənədləri (kredit, zaminlik, girov müqaviləsini, AAAF İnşaatın xx.xx.2017- ci il məktubunu, AAAF İnşaatla bağlandığım müqaviləni) ona qaytarsınlar, lakin həmin sənədlər ona qaytarılmamışdır. Beynəlxalq bank sentyabr ayında pensiya kartına sərəncam verərək pensiyanı bütövlüklə borc hesabına tutmuşdur. Cavabdeh2 onun tərəfindən verilən iddia ərizəsini müdafiə edərək təmin olunmasını, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı olan iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2014-cü ildə kredit müqaviləsi bağlandığı vaxt, Cavabdeh2 bankın əməkdaşı olmuşdur. Bank "xxxx" MMC-nin zamin olmasına razılıq vermiş, verilən kredit məbləği birbaşa MMC-nin hesabına köçürülmüşdür. Cavabdeh 5 ay müddətinə 517 manat ümumilikdə 2585 manat ödəniş etdikdən sonra evin ona verilmədiyini görmüş, Bank "xxxx" MMC-yə müqavilənin ləğv edilməsi ilə bağlı müraciət etmişdir. Ondan başqa daha 3 nəfər bu formada müraciət etmiş, onlara rəsmiləşmə prosesi getmsi ilə bağlı gözləmələri bildirilmişdir. 2015-ci ildə müqavilə ləğv olunmuş, kredit ödəməyi "xxxx" MMC öz öhdəsinə götürmüşdür. Kredit məbləğini "xxxx" MMC tərəfindən götürüldüyündən hazırda həmin məbləğin cavabdehdən tələb olunması əsassızdır. Cavabdeh bununla bağlı iddiaçıya da MMC-yə də müraciət etmişdir. Odur ki, rədd edilməsini xahiş etdi. Eyni zamanda cavabdeh tərəfindən verilən iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia ərizəsi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kredit verən "xxxx" ASC ilə kreditalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014cü il tarixli, 8993 saylı kredit müqaviləsindən görünür ki, kreditverən kreditalana 120 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə 39098 (otuz doqquz min doxsan səkkiz) manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2024cü il tarixə kimi hər ay banka 517 manat ödəməklə qaytarmalıdır. -Kreditor "xxxx" ASC, kreditalan Cavabdeh2 və zamin "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1275 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 7.3-cü bəndinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -"xxxx" ASC tərəfindən Cavabdeh2 və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 müqavilə üzrə xx.xx.2021-ci il tarixə 38039.36 (otuz səkkiz min otuz doqquz manat 36 qəpik) manat əsas borc, 19603.41 (on doqquz min altı yüz üç manat 41 qəpik) manat faiz borcu, cəmi 57642.77 (əlli yeddi min altı yüz qırx iki manat 77 qəpik) manat borcu vardır. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 müqavilə üzrə xx.xx.2023-cü il tarixə 38039,36 manat əsas, 21041,76 manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 manat borcu vardır. -xx.xx.2014-xx.xx.2017-ci illər üçün Hesabdan Çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən sonuncu kredit ödəniş xx.xx.2015-ci ildə olmuşdur. -"xxxx" MMC tərəfindən "xxxx" ASC-yə xx.xx.2017-ci il tarixdə göndərilmiş məktubdan görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 8992 saylı kredit müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 167 “AAAF Park" Yaşayış Massivi, 17-ci küçədə yerləşən C saylı binanın 52.13 kv.metrdən ibarət olan 152 saylı mənzilini satın almışdır. O, 2015-ci ilin may ayında həmin mənzili geri qaytarmaq niyyəti ilə həm "xxxx" MMC-yə, həm də "xxxx" ASC-уə müraciət etmişdir. Bunun əsasında müqaviləyə uyğun olaraq onunla bağlanmış alğı-satqı müqaviləsi ləğv edilmiş və mənzil Cəmiyyətə təhvil verilmişdir. Eyni məqsədlə Cavabdeh2 Banka müraciəti olmasma baxmayaraq, Bank ilə arasında olan kredit müqaviləsinə xitam verilməmiş və onun adına açılmış kredit xəttinə borc hesablanması davam etdirilmişdir. Həmin mənzil hazırda "xxxx" MMC-yə məxsusdur və bu səbəbdən Cavabdeh2 adına kredit hesablanması dayandırılmalı və həmir borcu ödəmək öhdəliyi Cəmiyyətin üzərinə qoyulmalıdır. Buna görə də Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 167 “AAAF Park" Yaşayış Massivi, 17-ci küçədə yerləşən C saylı binanın 182 saylı mənzilinə görə Cavabdeh2 əmlakına və ya əmək haqqına hər hansı tutma yönəltməməyi və həmin borcun ödənilməsi öhdəliyinin Cəmiyyətin üzərinə qoyulması barədə göstəriş verilməsi xahiş olunmuşdur. -- Girovqoyan Cavabdeh2 ilə girovsaxlayan "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 778/14 nömrəli Girov müqaviləsindən görünür ki, 2.1. Girovsaxlayanla Girovqoyan arasında bağlanmış «12» dekabr 2014-ci il tarixli 8993 №-li Kredit Müqaviləsinə əsasən 39.098,00 (otuz doqquz min doxsan səkkiz,00) Azərbaycan manatı məbləğində 120 ay müddətinə verilmiş kreditin və qeyd olunan kreditlərə hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş hüquqların girovla yüklü edilməsi barədə razılığa gəlmişlər. 3.3. Girovla yüklü edilmiş hüquq ABB/481 N-lı “06” dekabr 2014-ci il tarixli müqavilənin predrneti olan Xırdalan şəhəri, H.Əlıvev prospekti, "AAAF-PARK" yaşayış massivındəkı 17 saylı küçəsində, C saylı 9 mərtəbəli yaşayış binasında 52,13 kv.metr olan. 1 otağdan ibarət 182 saylı mənzil 39.098,00 (otuz doqquz min doxsan səkkiz,00) Azərbaycan manatı məbləğində qiymətləndirilir. 4.1. Girovla təmin edilmiş öhdəliyin mahiyyəti Girovsaxlayanla Girovqoyan arasında Bakı şəhərində bağlanmış «12» dekabr 2014-ci il tarixli 8993 №-li Kredit Müqaviləsinə əsasən 39.098,00 (otuz doqquz min doxsan sokkiz,00) Azərbaycan manatı məbləğində 120 ay müddətinə verilən kreditrin və qeyd olunan kreditə hesablanmış faizlərin qaytarılmasından ibarətdir. - "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı Cavabdeh2 ilə həqiqətən də xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmaqla Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzili satılmışdır. Sonra tərəflərin qarşılıqlı razılığı ilə müqavilə ləğv olunmuş və Cavabdeh2 kreditor "xxxx" ASC ilə münasibətlərin tənzimlənməsi tövsiyyə edilmişdir. Bundan sonra Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzil xx.xx.2016-cı il tarixli RM-0025 saylı “Mənzilin alqı-satqı müqaviləsinə əsasən X1. xx.xx.2021-ci il tarixli M-6708 saylı Mənzilin alqı-satqı müqaviləsi ilə mənzil X3 adına rəsmiləşdirilmişdir. Hal-hazırda Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzil X3 adındadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3929 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ’’Borcalan” X2 tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2021-ci il tarixə əsas borc üzrə 38039.36 manat, faiz borcu üzrə 23267,41 manat. Aparılmış tədqiqatın dəyəri 145 (yüz qırx beş) manat təşkil edir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu X2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3929 nömrəli rəyinə əsasən, cavabdehin müqavilə üzrə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 38039.36 manat, faiz borcu üzrə 23267,41 manat. Aparılmış tədqiqatın dəyəri 145 (yüz qırx beş) manat hesablanmışdır. Buradan da müəyyən olunu ki, ekspert rəyində faiz borcu iddia ərizəsində qeyd olunandan artıq hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. iddia tələbində faiz borcu 21041,76 manat qeyd olunduğundan cavabdehdən tutulmalı olan faiz borcu həmin məbləğdə müəyyən olunmalıdır. Məhkəmə iddia tələbi ilə ekspert rəyini paralel şəkildə qiymətləndirib belə hesab edir ki, iddia tələbində qeyd olunan faiz məbləği hər iki tərəfin maddi, əmlak vəziyyətinə uyğundur, odur ki, iddia tələbində qeyd olunan borc məbləğinin tutulmasını daha məqsədəmüvafiq hesab edir. İddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, mhəkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən görünür ki, iddiaçı Cavabdeh2 ilə həqiqətən də xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmaqla Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzili satılmışdır. Sonra tərəflərin qarşılıqlı razılığı ilə müqavilə ləğv olunmuş və Cavabdeh2 kreditor "xxxx" ASC ilə münasibətlərin tənzimlənməsi tövsiyyə edilmişdir. Bundan sonra Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzil xx.xx.2016-cı il tarixli RM-0025 saylı “Mənzilin alqı-satqı müqaviləsinə əsasən X1. xx.xx.2021-ci il tarixli M-6708 saylı Mənzilin alqı-satqı müqaviləsi ilə mənzil X3 adına rəsmiləşdirilmişdir. Hal-hazırda Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzil X3 adındadır. Odur ki, kredit müqaviləsi üzrə ödənilməyən əsas borc məbləği "xxxx" MMC-yə aid edilməli, ondan bankın xeyrinə tutulmalıdır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh2 iddiaçı bankdan kredit borcu götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən, həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən, məhkəmə hesab edir ki, zamin "xxxx" MMC bank qarşısında digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq Cavabdeh2 21041.76 manat faiz borcu və dövlət rüsumuna görə 30 manat və 0.40 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli 8993 saylı kredit müqaviləsi üzrə 38039.36 manat əsas borcun "xxxx" ASC-nə ödənilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır. Hər iki iddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyərinə görə müəyyən edilmiş 145 manat pul vəsaitinin 72.5 manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, 72.5 manat hissəsi isə Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 21041.76 manat faiz borcu və dövlət rüsumuna görə 30 manat və 0.40 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə xeyrinə tutulsun. İddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli 8993 saylı kredit müqaviləsi üzrə 38039.36 manat əsas borcun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 145 manat pul vəsaitinin 72.5 manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 72.5 manat hissəsi isə Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-93/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-93/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver