Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-95/2023 22.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh-vərəsə X6 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh-vərəsə X7 qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 30 may 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh-vərəsə X3 İddiaçı ASC-nin xeyrinə 30 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2199,67 manat əsas borc, 396,65 manat faiz borcu olmaqla, cəmi 2596,32 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh 30 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 28 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli əlavə sazişə əsasən, kreditin müddəti xx.xx.2021ci il tarixədək uzadılmışdır. Lakin Cavabdeh xx.xx.2021-ci tarixə vəfat etmişdir. Hazırda cavabdehin qanun üzrə vərəsəsinin X8 olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh-vərəsə X8 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh-vərəsənin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 30 may 2019-cu il tarixli, 24-MY-1-0-260-19 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borcalan X5 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən cna Cavabdeh illik 28 faizlə 24 ay müddətinə 5000 manat kredit verilmişdir. İş materiallarında olan 30 may 2019-cu il tarixli, 24-MY-1-0-260-19 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, 30 may 2019-cu il tarixli, 24-MY-1- 0-260-19 saylı kredit müqaviləsinə üzrə kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. İş materiallarında olan 30 may 2019-cu il tarixli, 24-MY-1-0-260-19 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, 30 may 2019-cu il tarixli, 24-MY-1- 0-260-19 saylı kredit müqaviləsinə üzrə kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 30 may 2019-cu il tarixli, 24-MY-1-0-260-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 2199,67 manat əsas borc, 396,65 manat faiz borcu olmaqla, cəmi 2596,32 manat kredit borcu vardır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumat vərəqəsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh əmlakı barəsində Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2020-ci il tarixdə 2V-328 reyestr nömrəli vərəsəlik işinin açıldığı, xx.xx.2020-ci il tarixdə həmin notariat ofisində Cavabdeh qanun üzrə vərəsəsi X7 qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verildiyi müəyyən olunmuşdur. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib,iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, xx.xx.2021-ci ildə vəfat etmiş Cavabdeh vərəsəsi X8 tanınmışdır. Məhkəmə qeyd olunan faktiki hallara istinad edərək və Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, mərhum Cavabdeh ilə İddiaçı ASC arasında 30 may 2019-cu il tarixli, 24-MY-1-0-260-19 saylı kredit müqaviləsi üzrə X6 vərəsə olaraq İddiaçı ASC qarşısında həmin kredit müqaviləsi üzrə öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu X2 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Lakin, iş materiallarından görünür ki, 30 may 2019-cu il tarixli, 24-MY-1-0-260-19 saylı kredit müqaviləsi 2 il müddətinə bağlanmış, daha sonra kredit müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, müqavilənin müddəti bitmiş, bu hal müddəti bitmiş müqavilənin yenidən məhkəmə qaydasında ləğv edilməsi zərurətini aradan qaldırığından,məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh-vərəsə X3 30 may 2019-cu il tarixli, 24-MY-1-0-260-19 saylı kredit müqaviləsi üzrə 2199,67 manat əsas borc, 396,65 manat faiz borcu olmaqla, cəmi 2596,32 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-95/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-95/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver