Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-95/2025 17.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 ASC-yə və "xxxx" ASC-yə qarşı lizinq ödənişlərinin tutulması və borcun silinməsi tələbinə dair ilkin iddiası, Cavabdeh1 ASC-nin İddiaçı qarşı pul, lizinq müqaviləsinin ləğv edilməsi və əmlakın istifadəyə qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada texniki cəhətdən saz, 2021-ci il buraxılışlı və ya ondan daha təzə buraxılış ili olan “Lada Vesta” markalı avtomobilin və ya onun dəyəri olan 24000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, 01 iyul 2023-cu il tarixdə ona lizinqə verilmiş «Lada Vesta» GFK44-X49-52 markalı 77 PR-589 qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə ilə qızı Məmmədzadə Aysu Şirqasım qızı idarə edərkən Masallı rayonun Rüdəkənar kənd sakini Əliyev Hüseyn Səlman oğlunun idarə etdiyi «Opel Astra» markalı **-KD-***-qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi bas vermişdir. Həmin hadisə hüquq-mühafizə orqanı tərəfindən araşdırılmıs və müvafiq qərar qəbul edilmişdir. Belə ki, Lənkəran ŞRPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Asəf Məmmədov tərəfindən qəbul edilmiş 13 iyul 2023-cü il tarixli qərar ilə cinayət işinin baslanması rədd edilmis və yol-nəqliyyat hadisəsi zamanı inzibati xətanı törətmis şəxs Əliyev Hüseyn Səlman oğlu barəsində Azərb. Respub. İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilıməsi qərara alınmışdır. Lənkəran rayon məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 3(049)- 1414/2023 saylı qərarı ilə Əliyev Hüseyn Səlman oğlu Azərb.Respub. İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmis və zərərçəkmis şəxs Məmmədzadə Aysu Şirqasım qızına dəymiş maddi ziyan və zərərin ödənilməsi ilə bağlı mülki-iddia qaydasında məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Beləliklə də hər iki qərarla sübuta yetirilmişdir ki, bas vermis yol-nəqliyyat hadisəsi nəticəsində ona lizinqverən "xxxx" ASC arasında bağlanmış 11 aprel 2022-ci il tarixli, 1 saylı Uzun müddətli icarə (daxili lizing) müqaviləsinə əsasən məxsus 2021-ci il buraxılışlı, Lada Vesta markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Həmin ziyanı müəyyən etmək üçün tərəfindən "xxxx" ASC-nin ixtisaslaşdırılmış avtomobil mərkəzinə müraciət edilmis və həmin mərkəzin eksperti Tağıyev Arif İzzət oğlu tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli, F/049 saylı ziyan aktına əsasən avtomobil hadisə nəticəsində tam yararsız hala düşmüş, ona görə də ona əvvəlki saz vəziyyətə gətirmək texniki cəhətdən mümkün deyildir. Daha sonra ekspert həmin avtomobilin hazırki bazar qiymətinin 24000 manat olduğunu müəyyən etmişdir. Hadisədən sonra həmin avtomobil tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir. Həmin avtomobil ”ATROĞİSZA" ASC tərəfindən tam (kasko) sığortalanmışdır. Aralarında olan sığorta müqaviləsinə görə isə sığortaçı ona dəymis ziyanı tam ödəməlidir. Eyni zamanda, qeyd edir ki, o, lizinq müqaviləsinə əsasən verilmiş ödəniş cədvəlinə uyğun bütün ödənişlərini həyata kecirmiş və hadisə baş verdiyi ana cəmi 9300 manat pul ödəmişdir. Lizinq müqaviləsinə əsasən müqavilə müddəti bitdiyi andan o, avtomobilə mülkiyyət hüququ əsasında sahib olur. Beləliklə də, hesab edir ki, cavabdehlərdən texniki cəhətdən eyni səviyyəli və eyni qiymətli avtomobilin və ya onun dəyəri olan 24000 manat pul alınıb ona verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 448.2-ci maddələrinə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı dövründə ilk iddiaçı MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 12200 (on iki min iki yuz) manatın cavabdehlərdən alınaraq ona ödənilməsini təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 11 aprel 2022-ci il tarixində Bakı şəhəri, Bakı- Sumqayıt şossesi, 16-cı km ünvanında fəaliyyət göstərən Cavabdeh1 ASC-nin vəkil edilmiş şöbə müdiri Elman Nuriyevin qəbulunda olmuş, o, ona bildirmişdir ki, müqavilə predmetinin 1.4-cü bəndində ilkin ödəniş, razılaşma ilə, maşının dəyəri 29300 manat olduğundan, 3 illik kasko sığrota da daxil olmaqla satış meneceri Qasımov Firdovsiyə 12200 manat ilkin ödəniş razılaşma yolu ilə ödəməlidir. Həmin 12200 manat məbləği şəxsən o, şahidlər Məmmədzadə Aysu, Abbasov Vaqifin hüzurunda Firdovsi Qasımova ödəmiş, qəbzi tələb etsə də bildirmişdir ki, onlarda qəbz verilmir, razılaşma yolu ilə həll olunur. Məhkəmə baxışı dövründə ilk iddiaçı iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ASC-nin uzərinə “Lada Vesta” markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobillə (ban:XTAGFK440NY629463, buraxılış ili: 2021, muhərrik P100911, rəngi: ağ, texniki pasportun verilmə tarixi: xx.xx.2022) hadisə anına eyni vəziyyətdə olan, eyni markalı və buraxılış illi avtomobilin iddiacı İddiaçı tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1 nomrəli uzun muddətli icarə (daxili lizinq) muqaviləsinin predmeti kimi lizinqə (Cavabdeh1 ASC-nin uzərinə “Lada Vesta” markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobilin lizinq şirkətinə təhvil verilmə anına olan qalıq borcla) və təhvil verilməsi ohdəliyinin qoyulması; bu tələb təmin edilmədiyi təqdirdə iddiacı İddiaçı tərəfindən ilkin odəniş kimi Cavabdeh1 ASC-yə odənilmiş 12200 (on iki min iki yuz) manatın və muqavilədə nəzərdə tutulmuş lizinq mükafatından artıq odənilmiş vəsaitin cavabdeh lizinq şirkətindən alınıb iddiacıya odənilməsi; «Lada Vesta» markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobil iddiacının təqsiri ucbatından məhv olmadığı və avtomobilin cavabdeh lizinq şirkətinə təmir edilməsi ucun verilməsinə gorə Cavabdeh1 ASC tərəfindən hazırki tarixədək hesablanmış borcun silinməsi; iddia ərizəsinin verilməsi ucun odənilmiş dovlət rusumunun Cavabdeh1 ASCdən alınaraq iddiacıya odənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, «Xəzər Lada” ASC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli AZ/MİL/22/4019/043 №-li “Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığorta şəhadətnamə”si (sığorta muqaviləsi) bağlanaraq xx.xx.2022-ci il tarixli 1 nomrəli uzun muddətli daxili lizinq muqaviləsi ilə sahiblik və istifadəmsində olan “Xəzər Vesta GFK-44-X49- 52” markalı, ** PR *** dovlət qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili 2021, muhərrik P100911, ban XTAGFK440NY629463) həmin şirkət tərəfindən sığortalanmışdır. Şəhadətnamənin İ bolməsinə əsasən sığortalı və faydalanan şəxs "xxxx" ASC-dir. Şəhadətnamənin İİ bölməsinə əsasən əsasən sığorta məbləği 29300 manat, sığorta haqqı 1728,70 manatdır. Hər bir hadisə uzrə azadolma məbləği isə 150 manat, tam məhv halında sığorta məbləğinin 10%-i həcmindədir. Sığortanın başlanğıc tarixi xx.xx.2022 (saat 00:00), sığortanın bitmə tarixi xx.xx.2025-ci il tarixidir (saat 23:59). Sığorta təminatına yol nəqliyyat hadisəsi, siqaretdən baş verdiyi hal istisna olmaqla yanğın, öz-özunə alışma, həmcinin ildırım vurması və partlayış, təbii fəlakətlər, avtonəqliyyat vasitəsinin oğurlanması, ücüncü şəxslərin hərəkətləri, avtonəqliyyat vasitəsinə daşların dəyməsi və ya uzərinə əşyaların duşməsi daxildir. Məhkəməyə təqdim etdiyi yazılı sübutlardan göründüyü kimi, X13 01 iyul 2023-cu il tarixdə saat 16:02 radələrində «Opel Astra» markalı ** KD *** dovlət qeydiyyat nomrə nişanlı avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydalarının tələbini pozaraq Lənkəran rayon Havzava kəndində yaşayan X5 idarə ediyi mubahisə predmeti olan “Xəzər Vesta GFK-44-X49-52” markalı, ** PR *** dovlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə surucu X1 olan həmin avtomobilə maddi ziyan vurmuşdur. Nəqliyyat hadisəsi torətdiyinə gorə X13 barəsində İXMnin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması ucun Lənkəran Rayon Məhkəməsinə gondərilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cu il tarixli, 3(049)-1414/2023 saylı qərarı ilə X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı torətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmə huququ 6 (altı) ay muddətə məhdudlaşdırılmışdır. İş materiallarından da gorunduyu kimi, “Lada Vesta” markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cu il tarixdə baş vermiş qəzadan sonra Xəzər-Lada” ASC-yə təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin vermiş olduğu xx.xx.2023-cu il tarixli rəydən gorunur ki, “Lada Vesta” markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi qəzadan sonra deformasiyaya uğramış və burulmuşdur. Avtomobil yarasız hala duşmuşdur. İş materiallarında olan “Xəzəq Lada» X2” Servis Mərkəzinin 08 avqust 2023-cu il tarixli F/049 nomrəli ziyan aktından gorunur ki, “Lada Vesta” markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin banının arxa hissələrinin tam yarasız hala duşməsi və eləcə də onun arxa hissəsinin texniki durumunun sıradan cıxması səbəbindən avtomobilin ilinin təzə olmasını nəzərə alaraq, əsaslı təmirə qoyulması və əvvəlki saz vəziyyətə gətirilməsi texniki cəhətdən qeyri mümkündur. Avtomobilin bu günki tarixə bazar dəyəri 24000 manatdır. Lakin iş materiallarında olan Cavabdeh1 ASC-nin xx.xx.2023-cu il tarixli L708 nomrəli məktubundan gorunur ki, “Lada Vesta” markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobilin əsaslı təmirə qoyulması və əvvəlki saz vəziyyətə gətirilməsi texniki cəhətdən qeyri-mümkun olması barədə ziyan aktı olmasına baxmayaraq, Cavabdeh1 ASC hüquqdan sui-istifadə edərək, "xxxx" ASC-yə avtomobilin təmir olunmasına etiraz etmədiyini bildirmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cu il tarixli, 3-16-16/2- 9/3466/2024 saylı rəyi xx.xx.2024-cu il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə qeyd olunmuşdur ki, “Lada Vesta GFK-44- X49-52” markalı, ** PR *** dovlət qeydiyyat nişanlı avtomobil təmir ucun yarasız vəziyyətdədir və avtomobilin hadisə baş verən tarixə bazar dəyəri 20000 manat təşkil edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü xx.xx.2024-cü il tarixli, 124 nömrəli vəkil sorğusu ünvanlayaraq, İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1 nömrəli uzun müddətli daxili lizinq müqaviləsinə əsasən İddiaçı sahiblik və istifadəsinə verilmiş “Xəzər Vesta GFK-44-X49- 52”markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə görə hansı təmir müəssisəsinə nə qədər sığorta ödənişinin ödənilməsi barədə məlumatın, sığorta ödənişi aktının, avtomobilə dəymiş zərəri təsdiq edən qüsur aktının, sığorta ödənişini təsdiq edən kassa məxaric orderinin və bank hesablarından çıxarışların ona təqdim edilməsini xahiş etmişəm. Həmin sorğuya cavab verilməyib. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü xx.xx.2024-cü il tarixli, 123 nömrəli vəkil sorğusu ünvanlayaraq, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 1 nömrəli uzun müddətli daxili lizinq müqaviləsi üzrə “Lada Vesta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün şirkətinizə ödənilmiş 12200 (on iki min iki yüz) manat məbləğində ilkin ödəniş üzrə vəsaitin qəbul edilməsinə dair kassa mədaxil qəbzi, bank hesabından çıxarışın və ya ödənişi təsdiq edən digər zəruri sənədləri, “Lada Vesta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin lizinqə verilməsi üçün şirkət tərəfindən alınmasına dair alqı-satqı müqaviləsinin və alqı-satqı müqaviləsi üzrə ödəniş sənədlərinin (kassa məxaric qəbzi, bank hesabından çıxarış və digər zəruri kassa sənədləri) ona təqdim edilməsini xahiş etmişdir. Həmin sorğuya cavab olaraq göndərilmiş 27 sentyabr 2024-cü il tarixli, 139 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı ilə uzun müdətli icarə müqaviləsi bağlanarkən və ondan sonra onun ödəniş etdiyi məbləğlərə müvafiq qəbzlər verilmişdir. Mülki Məcəlləyə görə lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği lizinq müqaviləsində göstərilməlidir. Lakin tərəflər arasındakı müqavilədə lizinq verən lizinq mükafatının məbləğini göstərməmiş, cavabdeh hüquqdan sui-istifadə etmiş, cavabdehin bu addımı atmaqda məqsədi iddiaçının hesabına əsassız varlanmaq olmuşdur. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1 nomrəli uzun muddətli daxili lizinq muqaviləsinə gorə “Lada Vesta” markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobil iddiacı tərəfindən 12200 (on iki min iki yuz) manat məbləğində ilkin odəniş odənilməklə (muqavilənin 1.4-cu bəndi), 36 ay muddətinə lizinqə goturulmuşdur. Muqaviləyə gorə icarə haqqı məbləği 22320 (iyirmi iki min üc yüz iyirmi) manat təşkil edir. Yəni müqavilənin sonunadək iddiacı odənilmiş 12200 manat ilkin odəniş məbləği nəzərə alınarsa + 22320 manat icarə haqqı = 34520 (otuz dord min beş yuz iyirmi) manat məbləğini cavabdeh lizinq şirkətinə odəməlidir. Yəni müəyyən olunur ki, əslində razılaşdırılan lizinq mukafatının məbləği 5220 (beş min iki yuz iyirmi) manat təşkil edir. Cunki “Lada Vesta GFK-44-X49-52” markalı, ** PR *** dovlət qeydiyyat nişanlı minik avtomobilinin real dəyəri 29300 (iyirmi doqquz min uc yuz) manat olmuşdur. Bu fakt "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli AZ/MİL/22/4019/043 №-li “Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığorta şəhadətnamə”sinin İİ bölməsində sığorta məbləğinin 29300 manat qeyd edilməsi ilə də öz təsdiqini tapır. Lizinq şirkətindən avtomobilin lizinqə verilməsi məqsədilə alqı-satqı müqaviləsini avtomobilin alqı-satqı dəyərini müəyyən etmək məqsədilə tələb etsə də, cavabdeh vəkil sorğusuna cavab verməkdən yayındı. Belə anlaşılır ki, lizinq verən Mülki Məcəllənin tələblərini pozaraq, lizinq mükafatının məbləğini müqaviləyə yazmamaqla iddiaçını aldatmışdır. Çünki lizinq şirkəti lizinq predmetinin 29300 manat dəyərinin 12200 manatını iddiaçıdan qabaqcadan almış, lizinq predmetini iddiaçının 12200 manat vəsaiti və özünün 17100 manatı hesabına öz adına rəsmiləşdirmişdir. Hazırki vəziyyətdə lizinq şirkəti özünün 17100 manatı hesabına 29300 manat dəyərində avtomobil əldə etmişdir. Üstəlik iddiaçıdan lizinq ödənişi kimi 9300 manat və sığorta haqqı kimi ödənilmiş 1728,70 manatı almışdır. Yəni iddiaçı müqavilə sonuna ödənilməli olan lizinq mükafatı ilə birlikdə 34520 manat ümumi lizinq ödənişinin artıq 23,228.70 manatını ödəmişdir. Beləliklə, işdəki sübutlarla təsdiq olunur ki, hadisə tarixinə 24000 manat dəyəri olan avtomobil tam yararsız hala düşmüş iddiaçı əldə edəcəyi əmlakdan məhrum olmuşdur. Sığorta müqaviləsinin şərtlərinə görə sığorta predmetinin tam məhvi halında 10 % azadolma tətbiq edilməklə sığorta ödənişi ödənilir. 24000 manatın 10 faizi 2400 manat təşkil etdiyinə görə sığorta şirkəti 21600 manat sığorta ödənişi ödəməli idi. Belə ki, "xxxx" ASC-nin avtonəqliyyat vasitələrinin kompleks sığortası qaydalarında qeyd edilmişdir ki, avtonəqliyyat vasitəsinin tam məhv olması – sığorta hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan xərclər sığorta dəyərinin 80 % - nə bərabər və ya çox olması avtonəqliyyat vasitəsinin tam məhv olması hesab edilir. Sığortalı bu sığorta Qaydalarına əsasən tam məhv olmuş sayılan avtomobil nəqliyyatı vasitəsini öz mülkiyyətində saxlamaq qərarına gələrsə, bu halda sığorta ödənişinin maksimum məbləği sığortaçının avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından imtina etməsi şərtilə, avtonəqliyyat vasitəsinin (onun qalıqlarının) sığorta hadisəsinin baş vermə anından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti çıxılmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiymətini təşkil edəcəkdir (8-ci bənd). 29300 manatın 80%-i 23,440 manat təşkil edir ki, avtomobilə hadisə anında dəyən zərər 24000 manat olub. Yəni avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün tələb olunan xərclər sığorta dəyərinin 80 %-dən çox olmuşdur. Cavabdeh lizinq şirkəti lizinqdən istifadəyə görə iddiaçıdan 15 ay üçün lizinq mükafatı ilə birlikdə ümumi lizinq ödənişi olaraq 9300 manat, ilkin ödəniş kimi 12200 manat, sığorta haqqı ödənişi kimi 1728,70 manat almışdır. Avtomobil qəzadan sonra cavabdeh lizinq şirkətinə təhvil verildiyinə, hadisə iddiaçının təqsiri ucbatından baş vermədiyinə, o cümlədən lizinq şirkəti 21600 manat sığorta ödənişindən imtina etdiyinə görə iddiaçıya zərər dəymişdir. İş materiallarında olan Cavabdeh1 ASC-nin xx.xx.2023-cu il tarixli L708 nomrəli məktubundan gorunur ki, “Lada Vesta” markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobilin əsaslı təmirə qoyulması və əvvəlki saz vəziyyətə gətirilməsi texniki cəhətdən qeyri-mumkun olması barədə ziyan aktı olmasına baxmayaraq, Cavabdeh1 ASC huquqdan sui-istifadə edərək, "xxxx" ASC-yə avtomobilin təmir olunmasına etiraz etmədiyini bildirmişdir. Halbuki, Mulki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən mülki huquqlar hüquqa uyğun həyata kecirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas uzərində həyata kecirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Yəni bir şəxsin oz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata kecirməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Hesab edir ki, Cavabdeh1 ASC-nin üzərinə “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobilin (ban:XTAGFK440NY629463, buraxılış ili: 2021, mühərrik P100911, rəngi: ağ, texniki pasportun verilmə tarixi: xx.xx.2022) tam məhv olmasına baxmayaraq, "xxxx" ASC-dən zərərin əvəzinin alınmamasına görə hadisə anına həmin avtomobillə eyni vəziyyətdə olan, eyni markalı və buraxılış illi avtomobilin İddiaçı lizinqə verilməsi, yuxarıdakı tələb təmin edilmədiyi təqdirdə İddiaçı tərəfindən ilkin ödəniş kimi Cavabdeh1 ASC-yə ödənilmiş 12200 (on iki min iki yüz) manatın həmin şirkətdən alınıb iddiaçıya ödənilməsi və “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının təqsiri ucbatından məhv olmadığı, müqavilədə lizinq müqaviləsinin ləğv edilməsi üçün nəzərdə tutulmuş halların baş vermədiyi və avtomobilin cavabdeh lizinq şirkətinə təmir edilməsi üçün verilməsinə görə Cavabdeh1 ASC tərəfindən hazırki tarixədək hesablanmış borcun silinməsi, o cümlədən ödənilmiş dövlət rüsumunun Cavabdeh1 ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə baxışı dövründə ilk iddiaçı iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobilin (ban:XTAGFK440NY629463, buraxılış ili: 2021, mühərrik P100911, rəngi: ağ, texniki pasportun verilmə tarixi: xx.xx.2022) lizinqə alınmasına görə ilkin ödəniş kimi Cavabdeh1 ASC-yə ödənilmiş 12200 (on iki min iki yüz) manatın, müqavilə bağlanıldığı tarixdən yolnəqliyyat hadisəsi baş verən tarixədək ödənilmiş cəmi 9300 (doqquz min üç yüz) manat lizinq ödənişlərinin cavabdehlər Cavabdeh1 ASC və "xxxx" ASC-dən müştərək qaydada alınıb iddiaçıya ödənilməsi, “Lada Vesta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının təqsiri ucbatından məhv olmadığı və avtomobilin cavabdeh lizinq şirkətinə təmir edilməsi üçün verilməsinə görə Cavabdeh1 ASC tərəfindən hazırki tarixədək hesablanmış borcun silinməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair növbəti ərizə əvvəlki ərizənin mətnində göstərilənlərə oxşar məzmunda əsaslandırılmış, lakin əvvəlki tələbdən cavabdeh Xəzər- Lada” ASC-nin uzərinə “Lada Vesta” markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobillə (ban:XTAGFK440NY629463, buraxılış ili: 2021, muhərrik P100911, rəngi: ağ, texniki pasportun verilmə tarixi: xx.xx.2022) hadisə anına eyni vəziyyətdə olan, eyni markalı və buraxılış illi avtomobilin iddiacı İddiaçı tərəflər arasında bağlanılmış xx.xx.2022ci il tarixli 1 nomrəli uzun muddətli icarə (daxili lizinq) muqaviləsinin predmeti kimi lizinqə (Cavabdeh1 ASC-nin uzərinə “Lada Vesta” markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobilin lizinq şirkətinə təhvil verilmə anına olan qalıq borcla) və təhvil verilməsi ohdəliyinin qoyulması, muqavilədə nəzərdə tutulmuş lizinq mukafatından artıq odənilmiş vəsaitin cavabdeh lizinq şirkətindən alınıb iddiacıya odənilməsi hissələri çıxarılmış, müqavilə bağlanıldığı tarixdən yol-nəqliyyat hadisəsi baş verən tarixədək ödənilmiş cəmi 9300 (doqquz min üç yüz) manat lizinq ödənişlərlə bağlı "xxxx" ASC-də müştərək cavabdeh kimi göstərilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Nəriman oğlu həmçinin ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh lizinq şirkəti müqavilədə qeyd olunmadığı halda iddiaçı 12200 manat ilkin ödəniş almışdır. Qeyd olunan hərəkətlərdə cinayətin əlamətləri mövcuddur. Ona görə də qətnamə qəbul edilərkən qeyd edilən məsələ ilə bağlı xüsusi qərardad çıxarılmasını müvafiq sənədlərin aidiyyəti üzrə prokurorluğa göndərilməsini də xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 4340 manat əsas, 217 manat faiz, 1302 manat cərimə borcu olmaqla, cəmi 5859 manat pulun və 79 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsinin ləğv edilməsi və "xxxx" ASC-nin mülkiyyətindəki “Lada Vesta” markalı **- PR-*** dövlət nömrə nişanlı avtomobilin İddiaçı qanunsuz istifadəsindən alınaraq Cavabdeh1 ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə Cavabdeh1 ASC-nin arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 ASC-dən “Lada Vesta” markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 36 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2022-ci ilin may ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 620 manat icarə haqqı ödəməlidir. Lizinq alan İddiaçı xahişilə avtomobilin idarə edilməsi onun qızı Aysu Məmmədzadəyə etibar edilmiş, başqa sözlə, ona etibarnamə verilmişdir. 2023-cü il iyulun 1-də Aysu Məmmədzadə avtomobili qəzaya uğratmışdır. Lizin müqaviləsinin 3.3-cü bəndinə əsasən: “ Qəza və ya digər hadisə nəticəsində lizinq predmetinin təmirinə zərurət yarandıqda lizinq alan öz vəsaiti hesabına onu təmir etdirməli və cədvəl üzrə lizinq ödənişlərini davam etdirməlidir. Müqavilənin bu müddəasına əməl edilmədikdə, lizinq predmetinin qalıq dəyəri, faizlər və cərimə lizinq alandan tələb edilərək alınır. Bu halda lizinq alanın müqavilənin 1.9-cu bəndində göstərilmiş xərclərin əvəzini geri tələb etmək hüququ yoxdur.” X18 lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmış, 2023-ci ilin iyun ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. Halbuki, "xxxx" ASC avtomobili tam təmir etdirmişdir. Təmir başa çatmaq üzrədir. İddiaçı isə məlum olmayan əsaslarla avtomobilin bərpası üçün çəkilən xərcləri onun dəyərindən çox hesablayaraq tələb edir. Cavabdehin tələbi lizinq müqaviləsinə və qanuna əsaslanmır. Bu səbəbdən, o, lizinq müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyinə görə ödənilməmiş borcu ödəməli və lizinq müqaviləsi ləğv edilərək avtomobil onun mülkiyyətçisi Cavabdeh1 ASC-yə qaytarılmalıdır. 2023-cü il yanvarın 01-i vəziyyətinə İddiaçı 4340 manat əsas borcu vardır. Bundan əlavə, lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən: “Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 faizi həcmində cərimə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 faizi həcmində faiz borcunu ödəməlidir.” 2023-cü il yanvarın 01-i vəziyyətinə borcun 4340 manatın illik 5 faizi həcmində hesablanmış 217 manat faiz borcu vardır. Bir aylıq ödənişin 1 faizi həcmində cərimə bir günü 6.20 x 210gün=1302 manat cərimə ödəməlidir. Cavabdeh1 ASC-nin iddiaya olan yazılı etirazından görünür ki İddiaçı iddia tələbləri əsassızdır, çünki, bir tərəfdən tələbləri təsdiq edəbilən sübut yoxdur, digər tərəfdən isə tələblər lizinq müqaviləsinin şərtlərinə ziddir. Halbuki, iddia tələbini sübut etmək yükü qanunla tərəflərin üzərinə qoyulmuşdur. MM-in 386.1-ci maddəsinə əsasən, yalnız müqavilə onun tərəfləri üçün öhdəlik yaradır və bu öhdəliklərin icrası onlar üçün məcburidir. İlkin iddia tələbində göstərilir ki, lizinq müqaviləsi bağlanarkən guya, İddiaçı Cavabdeh1 ASC-yə 12.000 manat ödəmişdir. Sığorta təşkilatının təqdim etdiyi məlumata əsasən İddiaçı 1728 manat 70 qəpik sığorta haqqının sığorta təşkilatına 400 manat isə avtomobilin dövlət reyestrində qeydə alınıb nömrə verilməsi üçün yol polisinə ödəmişdir. O, digər ödənişləri etməmiş və bu barədə sübut yoxdur. Lizin müqaviləsinin 3.3-cü bəndinə əsasən: “Qəza və ya digər hadisə nəticəsində lizinq predmetinin təmirinə zərurət yarandıqda lizinq alan öz vəsaiti hesabına onu təmir etdirməli və cədvəl üzrə lizinq ödənişlərini davam etdirməlidir. Müqavilənin bu müddəasına əməl edilmədikdə, lizinq predmetinin qalıq dəyəri, faizlər və cərimə lizinq alandan tələb edilərək alınır. Bu halda lizinq alanın müqavilənin 1.9-cu bəndində göstərilmiş xərclərin əvəzini geri tələb etmək hüququ yoxdur.” X18 lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmış, 2023-ci ilin iyun ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. Halbuki, "xxxx" ASC avtomobili tam təmir etdirmişdir. İddiaçı isə məlum olmayan əsaslarla avtomobili qəbul etmir. Cavabdehin tələbi lizinq müqaviləsinə və qanuna əsaslanmır. Bu səbəbdən, o, lizinq müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyinə görə ödənilməmiş borcu ödəməlidir. 2023-cü il yanvarın 01-i vəziyyətinə İddiaçı 4340 manat əsas borcu vardır. Qəza 2023-cü il iyulun 01-də törədildiyi halda, Cavabdeh1 ASC qarşılıqlı iddiada ona güzəşt edərək lizinq müqaviləsinə əsasən istismar haqqını yanvarın 01-dək tələb edir. Bu ödənişlərin edilməməsi müqavilə öhdəliklərinin icra edilməməsi deməkdir və məhkəmə onların icrasını öhdəliyi icra etməyən tərəfin üzərinə qoymalıdır. Odur ki, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edilir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş İddiaçı ilkin iddianı müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 ASCnin vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, cavabdeh İddiaçı ilə Cavabdeh1 ASC-nin arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 ASC-dən «Lada Vesta» markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 36 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2022-ci ilin may ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 620 manat icarə haqqı ödəməlidir. Lizinq alan İddiaçı xahişilə avtomobilin idarə edilməsi onun qızı Aysu Məmmədzadəyə etibar edilmiş, başqa sözlə, ona eribamamə verilmişdir. 2023-cü il iyulun 01-də Aysu Məmmədzadə avtomobili qəzaya uğratmışdır. Lizin müqaviləsinin 3.3-cü bəndinə əsasən: “ Qəza və ya digər hadisə nəticəsində lizinq predmetinin təmirinə zərurət yarandıqda lizinq alan öz vəsaiti hesabına onu təmir etdirməli və cədvəl üzrə lizinq ödənişlərini davam etdirməlidir. Müqavilənin bu müddəasına əməl edilmədikdə, lizinq predmetinin qalıq dəyəri, faizlər və cərimə lizinq alandan tələb edilərək alınır. Bu halda lizinq alanın müqavilənin 1.9-cu bəndində göstərilmiş xərclərin əvəzini geri tələb etmək hüququ yoxdur.” X18 lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmış, 2023-ci ilin iyun ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. Halbuki, "xxxx" ASC avtomobili tam təmir etdirir. Təmir başa çatmaq üzrədir. İddiaçı isə məlum olmayan əsaslarla avtomobilin bərpası üçün çəkilən xərcləri onun dəyərindən çox hesablayaraq tələb edir. Cavabdehin tələbi lizinq müqaviləsinə və qanuna əsaslanmır. Bu səbəbdən, o, lizinq müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyin görə ödənilməmiş borcu ödəməli və lizinq müqaviləsi ləğv edilərək avtomobil onun mülkiyyətçisi "xxxx" ASC-yə qaytarılmalıdır. 2023-cü il yanvarın 01-i vəziyyətinə İddiaçı 4340 manat əsas borcu vardır. mBundan əlavə, lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən: “Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 (iki) ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 (bir) faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 (beş) faizi həcmində faiz borcunu ödəməlidir.” 2023-cü il yanvarın 01-i vəziyyətinə borcun- 4340 manatın illik 5 faizi həcmində hesablanmış 217 manat faiz borcu vardır. Bir aylıq ödənişin 1 faizi həcmində cərimə bir günü 6.20x210gün=1302 manat cərimə ödəməlidir. Cavabdeh İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 4340 manat əsas, 217 manat faiz, 1302 manat cərimə, cəmi 5859 manat və 79 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh1 ASC-nin mülkiyyətindəki «Lada Vesta» markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı qanunsuz istifadəsindən alınaraq Cavabdeh1 ASC-yə qaytarılmasını xahiş etmişdir Cavabdeh1 ASC-nin nümayəndəsi - Vəkil1 əlavə olaraq məhkəməyə yazılı müraciətində göstərmişdir ki, ilkin ödənilmiş məbləğ avtomobilin qiymətindən çıxılır və lizinq alana verilmiş müqaviləyə əlavə edilən ödəniş cədvəlində əks edilir. İddiaçı ilə bağlanmış və ona verilmiş müqavilənin ödəniş cədvəlindən göründüyü kimi, avtomobilin satış qiymətini azaldan ilkin ödəniş məbləği çıxılmayıb və deməli, lizinq alan qeydiyyat üçün polisə 400 manat (polis orqanı bu məbləği özbaşınalıqla aldığı üçün qəbz vermir) və sığorta üçün ödədiyi məbləğdən əlavə müqavilə bağlanarkən ödəniş etməyib. Bundan əlavə, hər bir ödənişə, məbləğdən asılı olmayaraq, xəzinə mədaxil orderi (qəbzi) verilir ki, həmin sənəd məhz ödənişi təsdiq edən sübutlardır. Sığorta təşkilatının təqdim etdiyi məlumata əsasən İddiaçı 1728 manat 70 qəpik sığorta haqqının sığorta təşkilatına 400 manat isə avtomobilin dövlət reyestrində qeydə alınıb nömrə verilməsi üçün yol polisinə ödəmişdir. O, digər ödənişləri etməmiş və bu barədə sübut yoxdur .Cavabdeh1 ASC 1971ci ildən fəaliyyət göstərir və həmin vaxtdan nizamlanmış ciddi uçot aparılır. Minlərlə alıcılardan heç biri heç vaxt ödədiyi məbləğə görə ona qəbz verilmədiyini iddia etməyib. Göründüyü kimi, İddiaçı müqavilə üzrə öhdəliyin icrasından boyun qaçırdığına görə əsassız iddiasına hər vəhclə haqq qazandırmağa çalışır, qəsdən Cavabdeh1 ASC-nin işgüzar nüfuzuna böhtan yazıb yayır. Odur ki, onun təklif etdiyi Cavabdeh1SC-nin əmtəə satışı haqqında elanı dəlil sübut kimi qiymətləndirilə bilməz. Həmçinin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi digər ərizəsində avtomobilin sığorta təşkilatı tam təmir etdirərək, onun mülkiyyətçisi Cavabdeh1 ASC-yə artıq təhvil verilməsini, uzun müddət keçməsinə baxmayaraq lizinq alan iş üzrə iddiaçı şəxs isə müqavilənin şərtlərini pozaraq, çağırışa gəlməməsini, avtomobili qəbul etməkdən yayınmasını, qəzaya qədər icarə haqqına görə müvafiq borcu ödəməkdən boyun qaçırmasını göstərmişdir. "xxxx" Açiq Səhmdar Cəmiyyəti məhkəməyə təqdim etdiyi yazılı etirazdan görünür ki, İddiaçı Cavabdeh1 ASC və "xxxx" ASC arasında bağlanmış sığorta müqaviləsinin tərəfi deyil və o, həmin müqavilənin şərtləri üzrə faydalanan şəxs hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə (bundan sonra “Məcəllə”) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məcəllənin 884.3-ci maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Məcəllənin 899.1.2-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanıla bilər. Məcəllənin 902.1.3-cü maddəsinə əsasən sığorta şəhadətnaməsində sığorta predmeti və onun olduğu yer, yaxud sığorta olunanın adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı, doğum tarixi, fərdi identifıkasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı göstərilməlidir. Məcəllənin 902.1.9-cu maddəsinə əsasən sığorta şəhadətnaməsində sığortaçının sığorta şəhadətnaməsini, sığortalının isə müvafiq sığorta qaydaları ilə tanış olmasını təsdiq edən imzaları və (və ya) möhürləri olmalıdır. Mülki Məcəllənin 916.1.2-ci maddəsinə əsasən sığorta qaydalarında sığorta olunanların konkret kateqoriyası müəyyən edilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 2.0.11-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində avtomobilin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılmış pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi yazılı razılaşmadır. Həmin Qaydaların 2.0.3-cü bəndinə əsasən sığortalı - sığorta haqqı ödəyərək avtomobili sığorta etdirən sığorta müqaviləsinin tərəfidir. Həmin Qaydaların 2.0.6-cı maddəsinə əsasən faydalanan şəxs müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Həmin Qaydaların 2.0.8ci maddəsinə əsasən sığorta riski sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalıdır. Həmin Qaydaların 2.0.9-cu maddəsinə əsasən sığorta hadisəsi - sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Qaydaların 2.0.7-ci maddəsinə əsasən sürücü - sığortalanmış avtomobili idarə etməsi halında baş verən sığorta hadisələrinə sığorta təminatı verilən fiziki şəxs, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən fiziki şəxsdir. Qaydaların 5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Cavabdeh1 ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli. AZ/MİL/22/4019/043 saylı avtomobil nəqliyyatı vasitələrinin kompleks sığortası müqaviləsinin şərtlərindən müəyyən olunur ki, müqavilə üzrə faydalanan şəxs yalnız sığortalı müəyyən edilmişdir və yalnız faydalanan şəxsin avtomobili idarə etməsi ilə əlaqədar baş vermiş hadisə həm müqavilə şərtləri, həm də istinad edilən qanunvericilik normalarının və Qaydaların tələbləri baxımından sığorta hadisəsi hesab edilir. Hazırkı müqavilə üzrə isə faydalanan şəxs, sığortalı və sürücü iddiaçı olmadığından "xxxx" ASC tərəfindən İddiaçı avtomobili idarə etməsinin riskinə görə dəyən zərər sığortalanmamışdır və hadisə sığorta hadisəsi hesab edilmir. Odur ki, qeyd edilən halları nəzərə alaraq, iddianın "xxxx" ASC-yə münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 izahatında yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın "xxxx" ASC-yə münasibətdə rədd edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin Azsığorta ASC-yə olan hissədə tam əsassız olmasını və bağlanılmış sığorta müqaviləsinə əsasən "xxxx" ASC-nin öhdəliyin tam yerinə yetirməsini göstərmişdir. Mülki iş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Belə olan halda, məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə uzun müddətdir ki, ailəvi dostdur. Belə ki, İddiaçı maşın almağa gedərkən onu da dəvət etmişdir. İddiaçı «Lada Vesta» markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobili lizinq yolu ilə Cavabdeh1 ASC-dən almışdır. Maşın yaxşı vəziyyətdə olmuşdur. Həmin avtomobilin müqabilində İddiaçı onlara ilkin ödəniş olaraq 12000 manat məbləğində pul vermişdir. Qalan məbləğ aylara bölündükdən sonra isə o, iddiaçının verdiyi pulu Cavabdeh1 ASC-nn özünə aybaay ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddialar qismən təmin olunmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Lizinq verən Cavabdeh1 ASC ilə lizinq alan İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1 saylı uzun müddətli icarə (daxili lizinq) müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. Tərəflər arasında bağlanılmış sözügedən daxili lizinq müqaviləsinin: 1.1- 1.6-cı bəndlərnə əsasən “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən ilkin ödəniş razılaşma ilə aylıq ödənişlər cədvəl üzrə olmaqla 36 ay müddətinə lizinqə götürülmüşdür. 1.7-ci bəndinə əsasən Lizinq müddətində hər ay ödənilməli məbləğ müqaviləyə əlavə edilmiş 1 №-li cədvəl üzrədir (620 manat). 1.8-ci maddəsinə əsasən Lizinqin məqsədi sonda mülkiyyət hüququnun lizinq alana keçməsidir. 1.9-cu bəndinə əsasən Lizinq predmetinin qeydiyyata alınması və istismara verilmə xərcləri lizinq alanın vəsaiti hesabına icra edilir. 2.8-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəniş etməlidir. 2.11-ci bəndinə əsasən bu lizinq müqaviləsi bağlandıqdan dərhal sonra müvafiq icra hakimiyyəti orqanında (X23 İdarəsi) qeydə alınır və lizinqə verilmiş avtomobilin yüklülüyü barədə lizinq verənə dövlət reyestrindən müvafiq çıxarış verilir. Məhz bundan sonra lizinq predmetinin idarə edilməsi, istismarı, təmiri və əsaslı təmiri, başqa sözlə, avtomobildən tam istifadə məqsədilə lizinq verən lizinq alana müvafiq etibarnamə verir. Eyni zamanda etibarnamə verilməsi ilə yanaşı bu Müqavilənin 2.3-cü bəndində göstərilən təhvil-təslim aktının bir nüsxəsi və lizinq predmeti, eləcə də istehsalçı tərəfindən kompleksləşdirici ləvazimatlar lizinq alana təhvil verilir. 3.2-ci bəndinə əsasən Lizinq verən aşağıdakı hallarda lizinq ödənişlərini vaxtından əvvəl tələb etmək və lizinq obyektini geri almaqla bu müqaviləni ləğv etmək hüququnu əldə edir: - lizinq alan lizinq obyektindən lizinq müqaviləsinin şərtlərinə və ya təyinatına uyğun istifadə etmədikdə; - lizinq alan lizinq verənin yazılı razılığı olmadan avtomobili icarəyə, sublizinqə və ya üçüncü şəxsin istifadəsinə verdikdə; - lizinq alan lizinq obyektini işlək vəziyyətdə saxlamadıqda və ya istehlak keyfiyyətini pisləşdirdikdə. 3.3-cü bəndinə əsasən qəza və və ya digər hadisə nəticəsində lizinq predmetinin təmirinə zərurət yarandıqda, lizinq alan öz vəsaiti hesabına onu təmir etdirməlidir. 5.2-ci bəndinə əsasən bu Müqavilənin qüvvədə olduğu müddətdə sərəncam hüququ istisna olmaqla lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 6.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin müddəti başa çatanadək lizinq obyektini növbəti illər üçün hər il illik öz vəsaiti hesabına sığortalamalıdır. 6.2-ci bəndinə əsasən lizinq obyekti lizinq alana təhvil verildiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyekti itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalanmalıdır. Lizinq obyektinin sığortalanması bun müqavilənin 1.9-cu bəndində nəzərdə tutulmuş qaydada lizinq alanın vəsaiti hesabına icra edilir. 8.6-cı maddəsinə əsasən tərəflər çalışacaqlar ki, vicdanlılıq prinsipi ilə müqavilənin şərtlərinə vaxtında və dönmədən əməl etsin. Müqavilənin hər hansı şərtinin (şərtlərinin) qəsdlə və ya ehtiyatsızlıqdan pozulması tərəfləri öhdəliyin icrasından azad etmir. Forsmajor hadisələri isə dövlət və və ya qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq və qəbul edildiyi halda tətbiq edilir. Əks halda hüququ pozulmuş tərəf hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlıdır. Aldatma və s. bu kimi cinayətkarcasına əməl müəyyən edildikdə, bu əməli etmiş şəxs barəsində hüququ pozulmuş tərəfin təşəbbüsü ilə cinayət qanunvericiliyinin müddəaları tətbiq edilə bilər. -Lizinq alan İddiaçı və zamin Ağayev Ceyhun tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qəbul aktından görünür ki, xx.xx.2022-ci il tarixdə imzalanmış lizinq müqaviləsinin icrası olaraq lizinq obyekti olan Lada Vesta dövlət nömrə nişanlı ** PR *** ban XTAGFK440NY629463 mühərrik P100911 buraxılış ili 2021, VAZ Lada-Granta markalı minik avtomobili Cavabdeh1 ASC Xırdalan şəhəri, Sumqayıt şossesi 16 km ünvanda xx.xx.2022-ci il tarixdə imzalanmış lizinq müqaviləsi ilə lizinq alan olan İddiaçı təhvil verilmişdir. - Cavabdeh1 ASC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı Lada Vesta markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh1 ASC-yə xx.xx.2022-ci ildə 620 manat, xx.xx.2022-ci ildə 1240 manat, xx.xx.2022-ci ildə 620 manat, xx.xx.2022-ci ildə 620 manat, xx.xx.2022-ci ildə 620 manat, xx.xx.2023-cü ildə 620 manat, xx.xx.2023-cü ildə 620 manat, xx.xx.2023-cü ildə 620 manat, xx.xx.2023-cü ildə 620 manat ödəniş etmişdir. - "xxxx" ASC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli AZ/MİL/22/4019/043 №-li “Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığorta şəhadətnaməsi»nin (sığorta müqaviləsi) İ bölməsinə əsasən sığortalı və faydalanan şəxs "xxxx" ASC-dir. - Qeyd edilən Şəhadətnamənin İİ bölməsinə əsasən əsasən sığorta məbləği 29300 manat, sığorta haqqı 1728,70 manatdır. Hər bir hadisə üzrə azadolma məbləği isə 150 manat, tam məhv halında sığorta məbləğinin 10%-i həcmindədir. Sığortanın başlanğıc tarixi xx.xx.2022 (saat 00:00), sığortanın bitmə tarixi xx.xx.2025-ci il tarixidir (saat 23:59). Sığorta təminatına yol nəqliyyat hadisəsi, siqaretdən baş verdiyi hal istisna olmaqla yanğın, öz-özünə alışma, həmçinin ildırım vurması və partlayış, təbii fəlakətlər, avtonəqliyyat vasitəsinin oğurlanması, üçüncü şəxslərin hərəkətləri, avtonəqliyyat vasitəsinə daşların dəyməsi və ya üzərinə əşyaların düşməsi daxildir - Lənkəran ŞRPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Asəf Məmmədov tərəfindən qəbul edilmiş 13 iyul 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi qərarından görünür ki, qərar»ın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, yol-nəqliyyat hadisəsi zamanı inzibati xətanı törətmiş şəxs Əliyev Hüseyn Səlman oğlu barəsində Azərbaycan Respuboikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilıməsi qərara alınmışdır. - Lənkəran şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin emalatxanasının sədri X3 vermiş olduğu xx.xx.2023-cü il tarixli rəydən görünür ki, “Lada Vesta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilinə yol qəza hadisəsi nəticəsində baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin arxa hissəsi qəzadan sonra deformasiyaya uğramış və burulmuşdur. Avtomobil yarasız hala düşmüşdür. - "xxxx" ASC-nin X2 avtoeksperti X11 verdiyi xx.xx.2023-cü il tarixli F/049 nömrəli ziyan aktından görünür ki, “Lada Vesta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən güclü zərbə arxa orta tərəfdən və bucaq altında və sonradan qabaq sol orta tərəfdən dəymişdir. Güclü zərbə nəticəsində avtomobilinin banının arxa hissələri ən böyük deformasiyaya uğrayaraq sıradan çıxmışdır. Belə ki, zərbə o qədər güclü olmuşdur ki, avtomobilin arxa tərəfinin alt hissəsi içəriyə doğru bir neçə santimetr yönəlmişdir. Nəticədə avtomobilin arxa panel gücləndiriciləri, arxa polu, arxa alt lanjeronları, əsas polun arxa hissəsi, əsas polun arxa hissəsinin bütöv alt lanjeronları, arxa qanadları, (köpmüş) arxa iəri arkalar, arxa baqajın kapotu, petlərəri, komplekt zamoku, bütöv plasmasları, arxa buferi, arxa stop faraları, arxa körpünün rıçaqı, ştanqaları, arxa amortizatorları, arxa qazanı, sol və sag çapfaları, qabaq sol farası və s. deformasiyaya uğrayaraq sıradan çıxmışdır. Eləcə də, qabaq kapotu və əsas damı deformasiya ugrımışdır. Bundan başqa korobkası da yararsız vəziyyətə düşmüşdür. Göstərilənləri nəzərə alaraq avtomobilin banının arxa hissələri tam yararsız hala düşməsi və eləcə də onun arxa hissəsinin texniki durumunun sıradan çıxması səbəbindən bu avtomobilin (ilinin təzə olmasını da nəzərə alaraq) əsaslı təmirə qoyulması və əvvəlki saz vəziyyətə gətirilməsi texniki cəhətdən qeyri mümkündür. Avtomobilin bu günki tarixə bazar dəyəri 24000 manatdır. (Turbo.az saytına əsasən) - Cavabdeh1 ASC-nin “AzSığorta ASC”-yə ünvanladığı xx.xx.2023-cü il tarixli L708 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh1 ASC-yə məxsus olan “Lada Vesta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə baş vermiş yol nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Dəymiş ziyanın “AzSığorta ASC”-nə aid təmir müəssələrindən birində aradan qaldırılmasına etiraz etmirlər. - Cavabdeh1 ASC-nin “AzSığorta ASC”-yə ünvanladığı xx.xx.2023-cü il tarixli L708 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh1 ASC-yə məxsus olan “Lada Vesta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə baş vermiş yol nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Dəymiş ziyanın “AzSığorta ASC”-nə aid təmir müəssələrindən birində aradan qaldırılmasına və həmin avtomobil X6 `avtomobilin təhvil olunmasına etiraz etmədiyi bildirilmişdir. - Cavabdeh1 ASC-nin “AzSığorta ASC”-yə ünvanladığı xx.xx.2024-cü il tarixli L708 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh1 ASC-yə məxsus olan “Lada Vesta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə baş vermiş yol nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün avtomobil Siz tərəfindən təmir olunmuşdur. Həmin avtomobilin X6 təhvil verilməsinə etiraz etmirlər. - xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Vəlixanov Zaur tərəfindən “Lada Vesta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil təmirdən sonra «X24»dən təmir prosesindən təhvil alınmış, avtomobilin təmiri ilə bağlı “AzSığorta ASC” sığorta şirkətindən «X24-dən narazıçılığı və gələcəkdə də təmirlə bağlı heç bir iddiaları olmayacaqdır. Aktı «X24-in nümayəndəsi Vəliyev Ruslan və Vəlixanov Zaur imzalamışlar. - Cavabdeh1 ASC-nin xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, həmin tarixdə cəmi borc 5859 manat təşkil edir. Belə ki, 1) aylıq icarə ödənişi – 620 manat; 2) avtomobilin lizinq dəyəri – 22320 manat; 3) müştəri tərəfindən cəmi ödənilib – 8680 manat; 4) son ödəniş edilib xx.xx.2023-cü il; 5) avtomobilin lizinq üzrə qalıq dəyəri – 13640 manat; 6) aylıq icarə borcu : 620 x 7 ay = 4340 manat; 7) xx.xx.2024-cü ilə əsas borcun qalığı = 4340 manat; 8) illik 5 faizlə hesablanmış faiz borcu = 217 manat; 9) bir aylıq ödənişin 1% həcmində cərimə: 6.20 x 210 gün = 1302 manat. - Cavabdeh1çıq Səhmdar Cəmiyyətinin İddiaçı adına verdiyi xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, ona ** PR *** dövlət nömrə nişanlı, “Lada Vesta” markalı avtomobili Azərbaycan Respublikası ərazisində idarə edilməsi etibar edilir. Etibarnamə xx.xx.2022-ci il tarixə kimi etibarlıdır. - Cavabdeh1çıq Səhmdar Cəmiyyətinin X5 adına verdiyi xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, ona ** PR *** dövlət nömrə nişanlı, “Lada Vesta” markalı avtomobili Azərbaycan Respublikası ərazisində idarə edilməsi etibar edilir. Etibarnamə xx.xx.2023-cü il tarixə kimi etibarlıdır. - Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin X5 adına olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, ona ** PR *** 6dövlət nömrə nişanlı, “Lada Vesta” markalı avtomobili Azərbaycan Respublikası ərazisində idarə edilməsi etibar edilir. Etibarnamə xx.xx.2023-cü il tarixə kimi etibarlıdır. - Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı «borcun tələbi və lizinq müqaviləsinin ləğvi haqqında» xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli 377 saylı lizinq müqaviləsinə əsasən ** PR *** dövlət nömrə nişanlı, “Lada Vesta” markalı avtomobili ona uzunmüddətli lizinqə verilmişdir. Ona verilmiş ödəniş cədvəlinə əsasən hər ay cədvəldə göstərilən məbləği lizinq verən - Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ödəməli və avtomobili idarə etmək üçün müvafiq yol vərəqəsi almalıdır. Lakin o ödəniş etməkdən boyun qaçırır. Avtomobili özbaşına idarə etdiyinə görə qanunla müəyyən edilmiş qaydkada tam məsuliyyət daşıyır. Odur ki, 5 gün ərzində borcu ödəyib yol vərəqəsi almadığı halda lizinq müqaviləsinin ləcvi barədə məşkəməyə müraciət ediləcəkdir. - Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 157 saylı məktubundan görünür ki, mövcud avtomobil sığorta təşkilatı öz vəsaiti hesabına təmir etdiyinə görə sığorta ödənişi olmamışdır. Avtomobilin təmiri ilə əlanədar çəkilmiş xərclər böarədə sənədlər eləcə də avtomobilin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi haqqında sənədlər sığorta təşkilatındadır. - Abşeron rayon Məhkəməsinə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/3466/2024 saylı rəyi xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İ və İİ suallar üzrə nəticəyə əsasən yol nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdən, xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəzimyyətdə olan təyinatı üzrə istifadəyə yararlı 2021-ci il buraxılışlı “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə normal vəziyyətdə respkblikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 20000,0 manat müəyyən edilir. Həmin avtomobilin qalıq qiyməti barədə məlumat olmadığı üçün həmin avtomobilə dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. İİİ və İV suallar məhkəmə əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmadığından təhqiqat aparılmamışdır. - Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlinin xx.xx.2023-cü il tarixli 12-32/250 saylı arayışından görünür ki, Məmmədov X4 inzibati ərazi dairəsində yaşayır və qeydiyyatdadır. - "xxxx" ASC-nin ödəniş qəbzindən görünür ki, İddiaçı iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi 120 manat ödəmişdir. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli lizinq müqaviləsinə əsasən ** PR *** dövlət nömrə nişanlı, “Lada Vesta” markalı avtomobil 36 ay müddətinə ona icarəyə verilmişdir. Həmçinin "xxxx" ASC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli AZ/MİL/22/4019/043 №-li “Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığorta şəhadətnamə”si (sığorta müqaviləsi) bağlanaraq xx.xx.2022-ci il tarixli 1 nömrəli uzun müddətli daxili lizinq müqaviləsi ilə “Lada Vesta GFK-44-X49-52” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili 2021, mühərrik P100911, ban XTAGFK440NY629463) həmin şirkət tərəfindən sığortalanmışdır. Həmçinin işin materiallarından görünür ki, "xxxx" ASC-nin mülkiyyətində olan «Lada Vesta» markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobil lizinq obyekti kimi iddiaçının müvəqqəti sahiblik və istifadəsinə verdiyi dövr ərzində yəni, sözügedən avtomobili etibarnamə ilə qızı X8 da idarə edirdi. 01 iyul 2023-cü il tarixdə saat 16:02 radələrində X15 idarə etdiyi «Opel Astra» markalı ** KD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydalarının tələbini pozaraq Lənkəran rayon Havzava kəndində yaşayan X5 idarə ediyi mübahisə predmeti olan “Lada Vesta GFK-44-X49-52” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sürücü X1 olan həmin avtomobilə maddi ziyan vurmuşdur. Nəqliyyat hadisəsi törətdiyinə görə X15 barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(049)- 1414/2023 saylı qərarı ilə X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. iş materiallarından da göründüyü kimi, “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə baş vermiş qəzadan sonra Cavabdeh1 ASC-yə təhvil verilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-826/2024 saylı qərardadı ilə avtomobilin təmirinə sərf edilməli vəsaiti müəyyən etmək üçün mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın qarşısına qüsur aktına əsasən “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində onun bərpası üçün tələb olunan real xərclərin ümumi dəyəri qeyd olunan tarixə bazar qiymətinin nə qədər təşkil etməsi, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1 nömrəli uzun müddətli daxili lizinq müqaviləsinin lizinq obyekti olan “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın məbləği "xxxx" MMC-nin vermiş olduğu xx.xx.2023-cü il tarixli rəy və “Xəzər Lada X2” Servis Mərkəzinin 08 avqust 2023-cü il tarixli F/049 nömrəli ziyan aktı əsas götürülməklə, eləcə də avtomobilə yerində baxış keçirilməklə qeyd edilən tarixə bazar qiyməti ilə nə qədər təşkil etməsi, “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinə baxış keçirildikdən sonra avtomobilin əsaslı təmirə göndərilməsi məqsədəmüvafiqliyi, “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunacağı təqdirdə istismara yararlı olması və əvvəlki vəziyyətə qaytarılması mümkünlü kimi suallar qoyulmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/3466/2024 saylı rəyi xx.xx.2024-cü il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuş rəydə qeyd olunmuşdur ki, “Xəzər Vesta GFK- 44-X49-52” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil təmir üçün yarasız vəziyyətdədir və avtomobilin hadisə baş verən tarixə bazar dəyəri 20000 manat təşkil edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq zamanı tərəflər arasında yaranan mülkiyyət münasibətləri Mülki Məcəllənin 748-2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə uyğun olaraq, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Göründüyü kimi, lizinq obyekti kreditorun hüquqlarının təminatı kimi lizinq verənin mülkiyyətində qalsa da, ona dair sahiblik və istifadə hüquqları lizinq alana keçir. Burada keçmə dedikdə sahiblik və istifadədən irəli gələn bütün hüquq və vəzifələrin keçməsi başa düşülür. Eyni yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2017-ci il tarixli qərarında da qeyd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. Beləliklə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar). Qeyd olunduğu kimi, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir. Beləliklə, lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik olmalıdır”. Mülki Məcəllənin 748-1-ci maddəsində lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin Məcəllənin 748-1.12-ci maddəsində göstərilmişdir ki, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: - lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; - lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; - lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; - lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Lizinq ödənişləri Mülki Məcəllənin 748-10.1-ci maddəsində lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği kimi müəyyən edilmişdir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.4-cü maddəsinə uyğun olaraq, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-10.6-cı maddəsinə əsasən, lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. Lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ və s. daxildir (Mülki Məcəllənin 748-11.1.1, 748-11.1.2, 748-11.1.3, 748- 11.1.5-ci maddələri). Mülki qanunvericilik lizinq münasibətləri üzrə ilkin ödəniş şərtini müəyyən etməsə və belə müqavilə şərti daha çox nisyə alqı-satqı müqavilələri üçün xarakterik olsa da, tərəflərin iradəsi əsasında lizinq müqaviləsində ilkin ödənişin müəyyən olunması istisna edilmir. Mülki Məcəllənin 748-10.1-ci maddəsinin mənasına görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə edilmiş ilkin ödəniş də lizinq ödənişi hesab edilir. Xüsusilə nəzərə alınmalıdır ki, baxılan iş üzrə lizinq obyekti iddiaçıya qaytarıldığı üçün cavabdehin müqaviləyə əsasən lizinq predmetini əldə etmək imkanı istisna edilir. Əks yanaşma, yəni həm lizinq obyektinin lizinq verənə qaytarılması, həm də ilkin ödəniş qismində ödənilmiş vəsaitin ümumi lizinq ödənişlərinə aid edilməməklə lizinq verəndə saxlanılması lizinq hüquq münasibətlərinin mahiyyətinə ziddir, həmçinin son nəticədə lizinq verənin əsassız varlanması ilə nəticələnə bilər. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” xx.xx.2021-ci il tarixli №1/2021 saylı qərardadında göstərlmişdir ki, huquq ədəbiyyatına gorə avans gələcəkdə alınacaq mal və ya gostəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində odənilmiş məbləğidir. MM-in “Ohdəliklərin icrasının təmin edilməsi” adlanan XXİV fəslində yer alan 491-ci maddəsinə gorə muqavilə uzrə tərəfin verəcəyi odənişlər hesabına odənilmiş məbləğin beh olub-olmadığına şubhə yarandıqda, o cumlədən bu Məcəllənin 491.2-ci maddəsində muəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şubhə yarandıqda həmin məbləğ, əgər əksi subuta yetirilməsə, avans kimi odənilmiş sayılır. MM avansla bağlı konkret nizamlama muəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə nəzərə alınmalıdır ki, Məcəllənin 491.3-cü maddəsi umumi normadır və onun tətbiqi zamanı konkret muqavilənin xususiyyəti nəzərə alınmalıdır. Lizinq munasibətlərində avans odənişlərinin aparılmasının huquqi əsasları ilə bağlı qeyd edilməlidir ki, MM-in muvafiq munasibətləri tənzimləyən normalarında lizinq alan tərəfindən avansın odənilməli olmasına dair norma nəzərdə tutulmamışdır. Eləcə də, qanunvericiliklə, avansın odənilməsi qadağan edilməmişdir. Avans, mulki huquqi əqd uzrə əvvəlcədən aparılan odənişdir və podratcı avans odənişindən yalnız muqavilə ilə bağlı ohdəliklərin yerinə yetirilməsi ucun istifadə etməlidir. Hazırkı mubahisəli huquqi məsələ uzrə lizinq alanlar lizinq obyektinin dəyərinin bir hissəsini avans odənişi şəklində lizinq muqaviləsi bağlananadək lizinq obyektinin satıcısına odəmələrinə istinadla, odənişə muvafiq hissədə lizinq obyektləri uzərində mulkiyyət huquqlarının yarandığını iddia edirlər. Bununla bağlı tərəflər arasında bağlanmış lizinq muqavilələrində lizinq alanlar avans odəməyi ohdələrinə goturmuşlər. Həmcinin, muqavilədə belə şərt nəzərdə tutulmuşdur ki, lizinq alan avans məbləğini tam həcmdə odəmədikdə muqaviləyə lizinq verənin təşəbbusu ilə birtərəfli qaydada xitam verilir. Gorunduyu kimi, MM-də lizinq muqaviləsi bağlanarkən lizinq alanın avans odəmək ohdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq muəyyən etdikləri muqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın odəniləcəyinə dair razılıq əldə etmişlər. Lakin həmin muqavilələrdə lizinq obyektinə gorə avans odənişinin təyinatı, muqavilə munasibətlərinə xitam veriləcəyi və mubahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin odənişin hansı qaydada nəzərə alınacağı barədə şərt muəyyən edilməmişdir. Odur ki, yuxarıda qeyd olunan mubahisəli məsələlərin yaranmasına zəmin yaratmamaq ucun lizinq muqaviləsi uzrə tərəflərin hazırda quvvədə olan mulki qanunvericilikdə lizinq alanın avans odəmək ohdəliyini tənzimləyən muvafiq normanın olmamasını nəzərə almaları, mubahisə halında qarşılıqlı hesablaşmaların aparılması qaydasına dair muqavilə şərtini muəyyən etmələri məqsədəuyğun olardı. Həmcinin, nəzərə alınmalıdır ki, lizinq alanların avans odənişləri zamanı məqsəd əşya uzərində mulkiyyət huququ əldə edilməsindən ibarət olmuşdursa, bunun huquqi forması lizinq muqaviləsi deyil, alqı-satqı muqaviləsi ola bilərdi. Başqa sozlə, lizinq alanlar lizinq obyektlərinə gorə odədikləri məbləğ həddində, lizinq muqavilələri bağlamadan da muvafiq əşyaları mulkiyyətlərinə almaları ucun alqı-satqı muqavilələri bağlaya bilərdilər”. Göründüyü kimi, MM-in muvafiq munasibətləri tənzimləyən normalarında lizinq alan tərəfindən avansın odənilməli olmasına dair norma nəzərdə tutulmamışdır. Lizinqə xitam verildikdə əmlak lizinq verənə geri qaytarılır. İlkin olaraq odənilmiş avans da lizinq verəndə qalır. Lizinqə xitam verildikdən sonra da, lizinq odənişi hesab edilməyən avansın qaytarılmaması lizinq verənin əsassız şəkildə varlanmasına səbəb olacaqdır və bu hal mulki qanunvericiliyin muddəalarına zidd hesab olunur. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 31.3-cu maddəsinə əsasən fiziki şəxsin huquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və huquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yonəldilmiş digər əqdlər əhəmiyyətsizdir. Avans məbləği əmlakın lizinq verən tərəfindən alqı-satqı muqaviləsi ilə əldə edilməsi halında odənilir. Belə cıxır ki, lizinq alan baş tutmamış muqavilə uzrə lizinq obyektinin əldə edilməsində də iştirak etmişdir. Bu səbəbdən də avansın qaytarılmaması halında lizinq alanın mənafeləri və tərəflər arasında huquq bərabərliyi pozulacaqdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.4 bəndində ilkin ödənişin tərəflərin razılaşdırılması kimi şərtləndirilməsinə və ilk iddiaçı bu məbləğin 12200 manat olmasını göstərməsinə baxayaraq bu məbləğin 12000 manat olması şahid ifadəsi ilə təsdiqlənir. İş üzrə cavabdeh tərəfindən iddiaçıya 12000 manat ilkin ödəniş edilməsini ilk iddia üzrə cavabdeh tərəf etiraf etməsə də, şahid ifadəsi ilə bu hal təsdiqlənir. Məhkəmə ilk iddiaçı tərəfin şahid ifadəsinə və ilk iddiaçı tərəfin izahatlarına qiymət verərək hesab edir ki, bu ifadə və izahatlar özü-özlüyündə ilk iddianın bu hissədə qismən də olsa əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilər. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. İlkin ödəniş kimi 12000 manat ödənilməsinə dair ilk iddiaçı tərəfin izahatları və şahidin ifadəsinin təkzib edilməsi ilə bağlı cavabdeh tərəf mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır və hesab edir ki, ilk iddianın bu hissəsi ilə bağlı şahid ifadəsində verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmuşdur. Belə ki, şahid 12000 manat məbləğinin ilk iddiaçı tərəfindən ilkin ödəniş etməsi ilə bağlı tərəflər arasında olan hadisəni aydın və müfəssəl təsvir etmiş, onun ifadəsi ilə iddiaçı tərəfin izazatları bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahid pulun verilməsi anını bilavasitə görmüşdür. Göstərilən hallar şahid ifadəsinin mötəbər olmasına dəlalət edir. Həmçinin müəyyən edilmişdir ki, lizinq obyekti olan «Lada Vesta» GFK44-X49-52 markalı 77 PR-589 qeydiyyat nömrə nişanlı avtomobili markalı avtomaşın da faktiki olaraq ilk iddia üzrə cavabdehdədir və o qaldırdığı qarşılıqlı iddia tələbində lizinq müqaviləsinin ləğvini də xahiş edilmişdir. Belə olan halda ilkin ödəniş kimi lizinq verənə ödənilən vəsait lizinq obyektindən istifadəyə görə alınmış vəsait kimi dəyərləndirilməsi istisna olunur. Lizinq obyekti olan avtomaşın lizinq alan ilk iddia üzrə iddiaçıda qaldığı halda həmin məbləğ lizinq ödənişi dəyərləndirilə bilərdi. İddiaçı lizinq şirkəti cavabdehin hesabına 12200 manat pul əldə etməklə əsassız varlanmışdır. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 6.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sırdan çıxması, istismarı prosesində yol verilmiş risklərdən qorunması ilə əlaqədar lizinq obyektinin faktiki qəbul etdiyi andan məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdeh lizinq şirkəti lizinqdən istifadəyə görə iddiaçıdan 15 ay üçün lizinq mükafatı ilə birlikdə ümumi lizinq ödənişi olaraq 9300 manat, ilkin ödəniş kimi 12000 manat, sığorta haqqı ödənişi kimi 1728,70 manat almışdır. Beləliklə də, məhkəmə hesab edir ki, ilk iddianın iddiacı İddiaçı tərəfindən “Lada Vesta” markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobilin (ban:XTAGFK440NY629463, buraxılış ili: 2021, muhərrik P100911, rəngi: ağ, texniki pasportun verilmə tarixi: xx.xx.2022) lizinqə alınmasına gorə ilkin odəniş kimiCavabdeh1 ASC-yə odənilmiş 12000 (on iki min ) manat cavabdehdən alınaraq geri qaytarılmalı və sözügedən avtomobil iddiacının təqsiri ucbatından məhv olmadığı və avtomobilin cavabdeh lizinq şirkətinə təmir edilməsi ucun verilməsinə gorə Cavabdeh1 ASC tərəfindən ilk iddiaçıya xx.xx.2024-cü il tarixədək hesablanmış borcu silinməlidir. Belə ki, işin materiallarından görünür ki, ilk iddiaçı qəzayadək iddiaçı heç vaxt ödənişlərdə gecikməyə yol verməmişdir. Həmçinin də, «Lada Vesta» markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının təqsiri ucbatından məhv olmamışı və avtomobilin cavabdeh lizinq şirkətinə təmir edilməsi üçün verilməsinə görə Cavabdeh1 ASC tərəfindən hazırki tarixədək borc hesablanması düzgün olmamışdır. İşin materiallarından görünür ki, “Lada Vesta” markalı, 77PR589 dovlət qeydiyyat nişanlı avtomobilin əsaslı təmirə qoyulması və əvvəlki saz vəziyyətə gətirilməsi texniki cəhətdən qeyri-mumkun olması barədə ziyan aktı olmasına baxmayaraq, Cavabdeh1 ASC huquqdan sui-istifadə edərək, "xxxx" ASC-yə avtomobilin təmir olunmasına etiraz etmədiyini bildirmişdir və beləliklə də, avtomaşın təmir edilərək istismara yararlı vəziyyətə gətirilməsi qeyri-mümkün olmasına dair rəy olduğu halda ASC onu təmir etdirərək yenidən ilk iddiaçıya təqdim etməyə cəhd etmiş, bununla da hüquqdan sui-istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021ci il tarixli X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında qeyd edilmişdir ki, ...dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, avtomaşın təmir edilərək istismara yararlı vəziyyətə gətirilməsinin qeyri-mümkün olmasına dair rəy olduğu halda ASC onu təmir etdirməsinə baxmayaraq ilk iddiaçının onu qəbul etməməkdə bir növ haqlı olmuşdur. Belə ki, 2021-ci ilin buraxılışlı avtomobilin əsaslı təmirə qoyulması və əvvəlki saz vəziyyətə gətirilməsi texniki cəhətdən qeyri mümkünlüyünü təsdiq edən X2 avtoeksperti X11 verdiyi xx.xx.2023-cü il tarixli ziyan aktında sadalananlardan sonra təmir edilməsi bildirilən avtomobilin məhz əvvəlki saz vziyyətdə olmaqla istismara da tam yararlı olmasına dair Cavabdeh1 ASC tərəfindən tutarlı sübut təqdim edilməmişdir. Belə olan halda Cavabdeh1 ASC-nin yenidən həmin avtomobilin ilk iddiaçıya təqdim etməsi aralarında bağlanmış müqavilənin şərtlərinə (texniki göstəriciləri saz vəzyyətdə avtomobilin verilməsi) zidd kimi qiymətləndirilir. Həmçinin də məhkəmənin qənaətinə görə yol-qəza hadisəsi baş verəndən sonra avtomobil faktiki olaraq ilk iddiaçının istifadəsində və sahibliyində olmadığı üçün ona münasibətdə müqavilə üzrə aylıq icarə haqqı hesablanmasının da qanuni əsası yoxdur. Belə ki, qeyd edildiyi kimi lizinq obyekti olan «Lada Vesta» GFK44-X49-52 markalı 77 PR-589 qeydiyyat nömrə nişanlı avtomobili markalı avtomaşın da faktiki olaraq ilk iddia üzrə cavabdehdədir və avtomobil qəzadan sonra cavabdeh lizinq şirkətinə təhvil verildiyinə, hadisə iddiaçının təqsiri ucbatından baş vermədiyinə görə faktiki iddiaçıya zərər dəymişdir. Belə ki, onun lizinq predmeti olan avtomobilə gözlənilən mülkiyyət hüququ var idi və qəza olmadığı təqdirdə o sonda müqavilə şərtlərinə əsasən onun mülkiyyətçisi olacaqdır. Başqa sözlə, işin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Lakin məhkəmə eyni zamanda hesab edir ki, ilkin iddiaçı tələbində müqavilə bağlanıldığı tarixdən yol-nəqliyyat hadisəsi baş verən tarixədək ödənilmiş cəmi 9300 manat lizinq ödənişlərinin cavabdehlər Cavabdeh1 ASC və "Azsığorta” ASC-dən müştərək qaydada alınıb ona ödənilməsi bağlı halların əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, hadisə baş verənə kimi, ilk iddiaçı həmin avtomobildən təyinatı üzrə istifadə etmiş və müqavilə şərtlərinə uyğun aylıq icarə haqlarını da vaxtında ödəmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi qeyd edilən hissədə təmin edilməməldir. Məhkəmə daha sonra hesab edir ki, lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etməklə bu ziyanı yol-qəza hadisəsində təqsirli olan şəxsdən tələb etməlidir. Məhkəmə ilk iddia tələbləri üzrə "xxxx" ASC-yə qarşı tələblərin əsaslandırılması ilə razılaşmayaraq hesab edir ki, həmin ASC-nin ilk iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısı olmasına dair sübutlar təqdim edilmədiyindən iddia bu hissədə də əsassızdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddia tələblərinə qiymət verərək həmçinin hesab edir ki, tələbin faktiki əsası qanuni əsasının şərtlərinə tam uyğun gəlmir, başqa sözlə, iddianın Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsinin ləğv edilməsi hissəsi istisna olmaqla digər hissələrdə iddianın əsassız olması işin araşdırılmış halları ilə təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 sentyabr 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından qarşılıqlı iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, qarşılıqlı iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsindən irəli gəlir. Bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış, lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin və cərimə məbləğinin ödənilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Qarşılıqlı iddiaya əsasən lizinq verən tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh qismində çıxış edən lizinq alan tərəfindən isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə icra etməli olduğu lizinq ödənişləri vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozlumuşdur. Bununla da, cavabdehin iddiaçı qarşısında lizinq müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsinə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə lizinq ödənişi borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəmə qaydasında lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir.Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin işin materiallarından görünür ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsi üzrə münasibətlərin davam etdirilməsi yuxarıda qeyd edilən obyektiv səbəblərdən mümkün olmamış və lizinq predmeti tam yararsız vəziyyətdə mülkiyyətçiyə qaytarılmışdır. İddiaçı 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən hesablanmış borclarının qanunauyğun olmamasna ilkin iddia üzrə qiymət verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən Mülki Məcəllənin qeyd olunan maddələrinin məzmununun bu şəkildə ifadə edilməsi təcrübədə tərəflər arasında müqavilənin ləğv edilməsi haqqında razılaşmanın olmadığı təqdirdə müqavilənin yalnız məhkəmə qaydasında ləğv edilməsi fikrini yaratmışdır. Halbuki, mülki qanunvericilik qanunda (Mülki Məcəllənin 411.2, 529.8, 618.2, 622.2, 685, 686, 691, 692, 704, 719.3 və s. maddələri) və ya müqavilədə nəzərdə tutulmuş hallarda müqavilə tərəflərindən birinin müqavilədən birtərəfli imtina etməsini və bununla da müqavilənin ləğv olunmasını mümkün hesab edir. Həmçinin Müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal- Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Qanunvericiliyə görə müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Qanunverici, müqavilənin dəyişdirilməsini tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarında mümkün saymışdır. Bundan əlavə, müqavilə öhdəliyinin hər cürə pozuntusu, yaxud müqavilə bağlanarkən əsas götürülən şəraitin dəyişməsi deyil, pozuntunun və şərait dəyişikliyinin yalnız əhəmiyyətli olduğu hallarda müqavilə dəyişdirilə bilər. Öhdəliyin pozulması və şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, müqavilə tərəfı təmin etmək istədiyi mənafedən (ümid etməyə haqqı çatandan) xeyli dərəcədə məhrum olur, yaxud dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, onun müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayacağı və ya ümumiyyətlə bağlamayacağı aşkar olur. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən əldə edəcəkləri mənfəəti, yaxud mövcud şəraitinin dəyişəcəyini görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman müqavilənin dəyişdirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsi ləğv edilməli, qarşılıqlı iddia tələbləri digər hissələrdə təmin edilməməldir. Belə ki, qarşılıqlı iddiaçı tərəf Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsinin ləğv edilməsi hissəsi istisna olmaqla digər hissələr üzrə məhkəməyə mötəbər və tutarlı sübut növü təqdim etməmiş, irəli sürdüyü dəlillər isə İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 4340 manat əsas, 217 manat faiz, 1302 manat cərimə borcu tutulması üçün hüquqi əsas yaratmayaraq Cavabdeh1 ASC-nin mülkiyyətindəki “Lada Vesta” markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobilin İddiaçı qanunsuz istifadəsində olmasını da təsdiq etmir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. MPM-nin tələblərinə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Mülki Prosessual Məcəllənin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia qismən təmin edilməklə İddiaçı tərəfindən «Lada Vesta» markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin (ban:XTAGFK440NY629463, buraxılış ili: 2021, mühərrik P100911, rəngi: ağ, texniki pasportun verilmə tarixi: xx.xx.2022) lizinqə alınmasına görə ilkin ödəniş kimi Cavabdeh1 ASC-yə ödənilmiş 12000 (on iki min) manat pul və 67 manat dövlət rüsumu Cavabdeh1 ASC-dən alınıb İddiaçı ödənilməli, Cavabdeh1 ASC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixədək hesablanmış borcu silinməli, ilkin iddia ərizəsi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia ərizəsi də qismən təmin edilməklə Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsi ləğv edilməli, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia ərizəsi qismən təmin edilsin. İddiaçı tərəfindən «Lada Vesta» markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin (ban:XTAGFK440NY629463, buraxılış ili: 2021, mühərrik P100911, rəngi: ağ, texniki pasportun verilmə tarixi: xx.xx.2022) lizinqə alınmasına görə ilkin ödəniş kimi Cavabdeh1 ASC-yə ödənilmiş 12000 (on iki min) manat pul və 67 manat dövlət rüsumu Cavabdeh1 ASC-dən alınıb İddiaçı ödənilsin. Cavabdeh1 ASC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixədək hesablanmış borcu silinsin. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsi ləğv edilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 manat pul vəsaiti Cavabdeh1 ASC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-95/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-95/2025
17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver