Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-957/2022 16.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Oba Market MMC-nin Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Oba Market MMC Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1491.43 manat borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.11.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. 09.06.2020-ci il tarixli 105-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 17.05.2021-ci il tarixdə öz ərizəsi əsasında 258-K saylı əmr ilə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 19.09.2020-ci il və 09.02.2021-ci il tarixdə Oba-Novxanı-4 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmiş, 19.09.2020-ci il və 09.02.2021-ci tarixli “İnventarizasiya nəticələrinə” dair akta əsasən 3729.15 manat zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 2237.72 manat güzəşt edilmiş və yekun olaraq cavabdehin cəmiyyət qarşısında 1491.43 manat borcu yaranmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı Oba Market MMC-nin nümyəndəsi və vəkili X1 məhkəməyə ünvanladığı 16.03.2022-ci il tarixli ərizəyə əsasən iddiaçı 16.03.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X5 Chain MMC ilə işçi Cavabdeh arasında bağlanmış 08.11.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh əsas iş yeri satış departamenti satış 4 şöbəsi satıcıkassir vəzifəsinə aylıq əmək haqqı 260 manat olmaqla işə qəbul edilmişdir. Müqavilənin 7.1-ci bəndinə əsasən, işçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin – maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə, işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir. -08.11.2019-cu il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh X8 MMC-nin satış departamenti satış 2 şöbəsinə satıcı nəzarətçi, kassir (ərzaq və qeyri-ərzaq malları üzrə), əmək müqaviləsi üzrə satıcı-kassir vəzifəsinə aylıq əmək haqqı 260 manat olmaqla işə qəbul edilmiş, müqavilənin müddətinin bitmə tarixi 08.05.2020-ci il tarixi müəyyən edilmişdir. -Oba Market MMC-nin 08.11.2019-cu il tarixli “İşə qəbul etmə haqqında” 499-K saylı əmrindən çıxarışından görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış 4 şöbəsinə 08.11.2019-cu il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə satıcıkassir vəzifəsinə işə qəbul edilmiş, əmək haqqının ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməsi müəyyən edilmiş, əmrin verilməsi üçün əsas tərəflər arasında bağlanmış əmək müqaviləsi olmuşdur. -X5 Chain MMC ilə işçi Cavabdeh arasında bağlanmış 08.11.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Müqavilənin 1.1-1.4-cü bəndlərinə əsasən, işçi aşağıdakı vəzifələri yerinə yetirməlidir: ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməli, inzibati hüquqpozmalar, cinayət yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməməlidir. Müqavilənin 3-cü bəndinə əsasən, maddi məsul şəxsin təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzərindən işəgötürənə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi aşağıdakı qaydada həyata keçirilir: 3.1 İşəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. 3.2 İşəgötürənin əsas fondu hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda pərakəndə satış üzrə mövcud olan faktiki bazar qiyməti ilə hesablanır. 3.3 İşçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. 3.4 İşçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Bu halda işəgötürənin müəyyən olunmuş ziyanla bərabər ziyanın məbləği üzərindən hər gün üçün 0,5 % miqdarında dəbbə pulunun işçidən tutularaq ona ödənilməsini tələb etmək hüququ vardır. Dəbbə pulu ziyan barədə tərtib edilmiş aktın tarixindən başlayaraq məhkəmənin qərar qəbul etdiyi tarixədək hesablanır. Dəbbə pulu ilə yanaşı işəgötürən qanunvericiliklə müəyyən olunmuş bank uçot dərəcəsinə uyğun hesablanmış faizlərin və digər zərərlərin ödənilməsini tələb edə bilər. -Satış departamenti-vəzifə təlimatından görünür ki, satıcı kassir vəzifəsinə işə qəbul edilmiş işçi vəzifə təlimatının 3.2, 3.7 və 3.8-ci bəndlərinə əsasən, ehtiyatsızlıq ucbatından və ya qəsdən hər hansı məhsulu satışa yararsız hala saldığına görə maddi məsuliyyət müqaviləsi çərçivəsində istifadəsində olan avadanlıq və digər vasitələrə görə, maddi və maliyyə vəsaitini, xidmət üçün təyin olunmuş xüsusi vasitələri təyinatından kənar, şəxsi məqsədlər üçün istifadəyə görə məsuliyyət daşıyır. -Oba Market MMC-nin 09.06.2020-ci il tarixli “vəzifə dəyişikliyi haqqında” 316-K saylı əmrindən çıxarışından görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış 9 şöbəsinə 09.06.2020-ci il tarixdən administrator vəzifəsinə keçirilmiş, əmək haqqının ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi müəyyən edilmiş, əmrin verilməsi üçün əsas tərəflər arasında bağlanmış əmək müqaviləsi və işçinin razılıq ərizəsi olmuşdur. -09.06.2020-ci il tarixli xxxxxxx000201 saylı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Oba Market MMC-nin satış departamenti satış 9 şöbəsinə administrator vəzifəsinə aylıq əmək haqqı 345 manat olmaqla işə qəbul edilmiş, müqavilənin müddətinin bitmə tarixi 09.11.2020-ci il tarixi müəyyən edilmişdir. -Satış departamenti-vəzifə təlimatından görünür ki, administrator vəzifəsinə işə qəbul edilmiş işçi vəzifə təlimatının 3.2, 3.4 və 3.8-ci bəndlərinə əsasən, satış zamanı əskik gələn satış məhsullarına görə, ehtiyatsızlıq ucbatından və ya qəsdən hər hansı məhsulu satışa yararsız hala saldığına görə maddi məsuliyyət müqaviləsi çərçivəsində istifadəsində olan avadanlıq və digər vasitələrə görə, maddi və maliyyə vəsaitini, xidmət üçün təyin olunmuş xüsusi vasitələri təyinatından kənar, şəxsi məqsədlər üçün istifadəyə görə məsuliyyət daşıyır. -Oba Market MMC-nin 17.05.2021-ci il tarixli “işdən azad olma haqqında” 258 saylı əmrindən çıxarışından görünür ki, Cavabdeh - cəmiyyətin satış departamentinin satış 9 şöbəsinin administratorunun əmək müqaviləsinə 17.05.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin b bəndinə əsasən (əmək müqaviləsi müddətinin qurtarması) xitam verilmiş, son haqq-hesab olaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olaraq ödənilməsi müəyyən edilmiş, əmrin verilməsi üçün əsas tərəflər arasında bağlanılmış əmək müqaviləsinin müddətinin bitməsi olmuşdur. -17.05.2021-ci il tarixli xxxxxxx0002X0 saylı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Oba Market MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin b bəndinə əsasən xitam verilmiş və bu barədə bildiriş sistemə 17.05.2021-ci il tarixdə daxil edilmişdir. -Oba-Novxanı-4 ünvanında komissiya sədri daxili nəzarət departament müdiri E.D.Qardaşovun, komissiya sədr müavini baş mahasib V.V.Quliyevin, komissiya üzvləri satış departament müdiri V.İ.İsmayılovun, daxili nəzarət şöbə müdiri M.O.Muxtarovun, inventarizasiya şöbə müdiri P.C.Əliyevin imzası ilə təsdiq olunmaqla tərtib olunmuş inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, 04.06.2020-ci il tarixdə, son tarixi olaraq isə 19.09.2020-ci il tarixdə yoxlama aparılmış, 107 gün yoxlama dövrü müəyyən edilmiş, dondurulmuş məhsullar, donmuş qida depo, konserva, kosmetika, meyvə, qastronom, quru qida-1, quru qida-2, şirniyyat çeki, spirtsiz içkilər, süd məhsulları depo, südlük, tekstil və ev əşyaları, təmizlik, tərəvəz, təzə ət və yumurta, tütün məlumatları, un məlumatları üzrə yoxlamalar aparılmış, imha və itkilər fərqi, həmçinin, itki və imhanın dövriyyə nisbəti müəyyən edilmişdir. İnventarizasiya nəticələri ilə əlaqədar yoxlama Cavabdeh iştirakı ilə keçirilmiş və çıxarılan nəticə ilə razı olduğunu bildirərək aktı imza etmişdir. -Aktlar üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, 19.09.2020-ci il tarixli inventarizasiya siyahısı ilə planlı yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair məlumatlar ilə uçot məlumatların üzləşdirilməsi aparılmış və üzləşdirmə zamanı 4105.61 manat, son nəticə olaraq isə 1988.19 manat fərqin olduğu müəyyən edilmişdir. -Oba-Novxanı-4 ünvanında komissiya sədri maliyyə direktoru A.A.Vahabzadənin, komissiya sədr müavini mühasibatlıq şöbə müdiri G.İ.Mövsümovanın, komissiya üzvləri daxili nəzarət departament müdiri E.D.Qardaşovun, satış direktoru V.İ.İsmayılovun, inventarizasiya şöbə müdiri P.C.Əliyevin imzası ilə tədiq olunmaqla tərtib olunmuş inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, 19.09.2020-ci il tarixdə, son yoxlama tarixi olaraq 09.02.2021-ci il tarixdə yoxlama aparılmış, 143 gün yoxlama dövrü müəyyən edilmiş, dondurulmuş məhsullar, donmuş qida depo, konserva, kosmetika, meyvə, qastronom, quru qida-1, quru qida-2, şirniyyat çeki, spirtsiz içkilər, süd məhsulları depo, südlük, tekstil və ev əşyaları, təmizlik, tərəvəz, təzə ət və yumurta, tütün məlumatları, un məlumatları üzrə yoxlamalar aparılmış, imha və itkilər fərqi, həmçinin, itki və imhanın dövriyyə nisbəti müəyyən edilmişdir. İnventarizasiya nəticələri ilə əlaqədar yoxlama Cavabdeh iştirakı ilə keçirilmiş və çıxarılan nəticə ilə razı olduğunu bildirərək aktı imza etmişdir. -Aktlar üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, 09.02.2021-ci il tarixli inventarizasiya siyahısı ilə planlı yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair məlumatlar ilə uçot məlumatların üzləşdirilməsi aparılmış və üzləşdirmə zamanı 5171.16 manat, son nəticə olaraq isə 1740.96 manat fərqin olduğu müəyyən edilmişdir. -Oba-Market MMC-nin Cavabdeh ünvanadığı 17.06.2021-ci il tarixli DN-2676 saylı xəbərdarlıqdan göğrünür ki, MMC tərəfindən Cavabdeh faktiki qalıq borc olaraq 1807 manat pul vəsaitini 3 gün müddətində ödəmədiyi təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin görüləcəyi barədə xəbərarlıq edilmişdir. -İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış inventarizasiya yoxlaması barədə 12.10.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 19.09.2020-ci il tarixdə 1988.19 manat, 09.02.2021-ci il tarixdə 1740.96 manat və ümumi olaraq 3729.15 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 2237.72 manat hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh 12.10.2021-ci il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 1491.43 manat təşkil edir. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, “Oba Market MMC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair, qanuni təmsilçi X3 olmasına dair 22.09.2020-ci il tarixli, **********488600 nömrə ilə çıxarış verilmişdir. -“Oba Market MMC-nin nizamnaməsindən görünür ki, bu nizamnamə 17.06.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış “X8” MMC-nin (Vöen: **********) nizamnaməsinin üçüncü redaksiyasıdır, cəmiyyətin hüquqi ünvanı ünvan 1iya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əliyev X2 rayonu Novxanı Ərazi dairəsi Novxanı kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı Oba Market MMC ilə bağladığı 08.11.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, sözügedən MMC-yə satış departamenti-satış şöbəsinə aylıq əmək haqqı 260 manat olmaqla satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və bu barədə 08.11.2019-cu il tarixli 499-K saylı əmr verilmişdir. Əmək müqaviləsi əsasında vəzifə dəyişikliyi ilə əlaqədar olaraq cavabdeh iddiaçı tərəfindən verilmiş 09.06.2020-ci il tarixli 316-K saylı əmr əsasında sözügedən MMC-də aylıq əmək haqqı 345 manat olmaqla administrator vəzifəsinə keçirilmişdir. İşçinin vəzifə səlahiyyətləri onunla bağlanılmış əmək müqaviləsi ilə yanaşı satış departamenti-vəzifə təlimatları ilə, həmçinin, onunla bağlanılmış maddi məsuliyyət haqqında müqavilə ilə tənzimlənmişdir. Belə ki, Cavabdeh Cəmiyyət qarşısında satış zamanı əskik gələn satış məhsullarına görə, ehtiyatsızlıq ucbatından və ya qəsdən hər hansı məhsulu satışa yararsız hala saldığına görə, maddi məsuliyyət müqaviləsi çərçivəsində istifadəsində olan avadanlıq və digər vasitələrə görə, maddi və maliyyə vəsaitini, xidmət üçün təyin olunmuş xüsusi vasitələri təyinatından kənar, şəxsi məqsədlər üçün istifadəyə görə, həmçinin, digər məsələlər üzrə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Beləliklə, Cəmiyyət sahibliyində olan ərzaq və qeyriərzaq məhsullarının inventarizasiyasını həyata keçirmiş və bu barədə aktlar tərtib edərək həmin aktlar əsasında sözügedən məsələ üzrə məsul şəxs olan Cavabdeh vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyi müəyyən edilərək məhsulların qiymət və imhalarında kəskin fərqin olduğu aşkar edilmişdir. Bu səbəbdən də cavabdeh ilə bağlanmış müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən, yəni, əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verilmişdir. Hazırda, Cəmiyyət işçi tərəfindən MMC-yə vurulmuş ziyanın məhkəmədənkənar qaydada tutulması tədbirlərini görməsinə baxmayaraq, bir nəticə verməmiş, bu səbəbdən də vurulmuş ziyanın məhkəmə qaydasında tutulmasına dair müdafiə hüququ yaranmışdır. Məhkəmə hazırki mülki iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi adlanacaq): 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq. 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək. Mülki iş materiallarına əlavə olunmuş, tərəflər arasında bağlanmış 08.11.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən, maddi məsul şəxs olan Cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi səvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüş, ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməyi, inzibati hüquqpozmalar, cinayət yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməməyi öhdəsinə götürmüşdür. Beləliklə də, tərəflər arasında bağlanmış maddi məsuliyyət haqqında müqavilədən də göründüyü kimi, işçi işə qəbul edilərkən əmək müqaviləsi ilə nəzərdə tutulmuş öhdəliklərlə yanaşı, müəssisənin əmlakına görə də məsuliyyət daşımağı, eyni zamanda, həmin əmlaka dəymiş zərərə görə Cəmiyyət qarşısında tam maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Əmək Məcəlləsinin 72-ci maddəsinin c bəndində əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Mülki iş materiallarına əlavə olunmuş Cəmiyyətin səlahiyyətli məsul şəxsləri tərfindən tərtib olunmuş inventarizasiya nəticələrinə dair yekun aktdan göründüyü kimi, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək Cəmiyyətə maddi ziyan vurmuş və bu hal onun əmək müqaviləsi üzrə öhdəliklərinin kobud şəkildə pozulması ilə nəticələnmiş, nəticə etibarı ilə sonuncu ilə bağlanmış əmək müqaviləsinin müdəti uzadılmayaraq 17.05.2021-ci il tarixli xxxxxxx0002X0 saylı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Oba Market MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin ikinci hissəsinin b bəndinə əsasən xitam verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış, qeydiyyatı №-1810 nömrəli «14» iyul 2000-ci il tarixli, Azərbaycan Respublikası Maliyyə Nazirinin №- İ-107 nömrəli, «03» iyul 2000-ci il tarixli əmri ilə təsdiq edilmiş “Əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları”na əsasən, 1.1. Bu Qaydalar «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hazırlanmışdır. Həmin Qanuna əsasən müəssisə mühasibat uçotu və hesabatının doğru və düzgünlüyünü təsdiq etmək üçün dövri olaraq öz əmlakının, öhdəliklərinin, hesablaşmalarının, kapitalının və s. maddi sərvətlərinin və ümumiyyətlə, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasını aparmalıdır. 1.4. Müəssisənin bütün əmlakı və öhdəlikləri onların olduğu yerlərdən asılı olmayaraq inventarizasiya olunmalıdır. Bundan başqa müəssisənin istifadəsində olan və balansarxası hesabda göstərilən (məsuliyyətli mühafizəyə qəbul edilən, müvəqqəti icarəyə götürülən, təkrar emal və ya yuyulmaq üçün alınan və s.) istehsal ehtiyatları, əmlaklar, həmçinin bu və ya digər səbəblər üzündən uçota alınmamış qiymətlilər inventarizasiya olunur. 1.5. Əmlakın inventarizasiyası bir qayda olaraq onların olduğu yerlər və maddi-məsul şəxslər üzrə aparılır. 5.1. İnventarizasiya siyahılarında malmaterial qiymətlilərinin hər birinin (istehsal ehtiyatları, hazır məhsul, mallar, sair ehtiyatlar) adı, növü, qrupu, miqdarı və başqa lazımi göstəriciləri (artikul, növ və s.) ayrıca göstərilir. Əmək Məcəlləsinin:
191. maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, 1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
192. maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, 1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi səvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Oba-Novxanı-4 ünvanında Komissiyanın məsul şəxslərinin iştirakı ilə keçirilmiş 04.06.2020-ci il tarixli və 19.09.2020-ci il tarixli yoxlamalar zamanı, ərzaq və qeyri-ərzaq məhsulları üzrə imha və itkilər fərqi, həmçinin, itki və imhanın dövriyyə nisbəti müəyyən edilmişdir. Aktlar üzrə inventarizasiya nəticələrinə dair yekun aktlara əsasən, üzləşdirmə zamanı 4105.61 manat, son nəticə olaraq isə 1988.19 manat, üzləşdirmə zamanı 5171.16 manat, son nəticə olaraq isə 1740.96 manat müəyyən edilmişdir. Beləliklə, tərtib olunmuş aktlar əsasında cavabdehin Cəmiyyətə maddi ziyan vurması müəyyən edilmiş və bu, İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış inventarizasiya yoxlaması barədə nəticələr 12 oktyabr 2021-ci il tarixli arayışla da öz təsdiqini tapmışdır. Belə ki, həmin arayışa əsasən, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhviltəslim işlərinin nəticəsi olaraq hesabında 19.09.2020-ci il tarixdə 1988.19 manat, 09.02.2021-ci il tarixdə 1740.96 manat və ümumi olaraq 3729.15 manat çatışmazlıq müəyyən edilmişdir. Sözügedən qiymət fərqlərinin öz əksini tapdığı, Cəmiyyətin məsul şəxsləri tərəfindən tərtib edilmiş aktlar Cavabdeh tərəfindən imza edilmiş və cavabdeh yekun nəticə ilə razılaşmışdır. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 2237.72 manat hissəsi şirkət tərəfindən güzəşt edilməklə, vurulmuş ziyanın məbləği azaldılmış, bundan sonra, 1491.43 manat borc müəyyən edilmişdir. Beləliklə, Cavabdeh 12 oktyabr 2021-ci il tarixinə İddiaçı MMC-ə 1491.43 manat borcu qalmışdır. Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Beləliklə, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Oba Market MMC-nin 17.05.2021-ci il tarixli “işdən azad olunma haqqında” 258 saylı əmrinə əsasən, 17.05.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin b bəndinə əsasən (əmək müqaviləsi müddətinin qurtarması) xitam verilmiş, lakin bu hal cavabdehin iddiaçı qarşısında maddi məsuliyyətdən azad edilməsinə əsas olmadığından sonuncunun cavabdehdən pul tələbinə dair məhkəmə qaydasında müdafiə etmək hüququnu istisna etməmişdir. Əmək Məcəlləsinin:
198. maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.
199. maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
200. maddəsinə əsasən, 1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
202. maddəsinə əsasən, 1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. 3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir.
205. maddəsinə əsasən, 1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış inventarizasiya yoxlaması barədə 12.10.2021-ci il tarixli arayış əsasında, Cavabdeh müəyyən edilmiş 3729.15 manat pul vəsaitindən güzəşt edilmiş 2237.72 manat hissəsi çıxılmaqla 12.10.2021-ci il tarixinə İddiaçı MMC-ə olan ümumi borcunun 1491.43 manat qalması öz təsdiqini tapdığından, iddia tələbləri əsaslıdır, ona görə də tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 3.4. maddəsinə əsasən, Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmədən kənar qaydasında iddiaçı tərfindən mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı Oba Market MMC-nin əmlakına vurulmuş maddi ziyana görə 1491.43 (min dörd yüz doxsan bir manat qırx üç qəpik) manat pul vəsaiti və 50 (əlli) manat dövlət rüsumu tutularaq iddiaçı Oba Market MMC-nin bank hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov