Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-96/2023 15.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdehlər Cavabdeh3 (X2 hüquqi varisi) və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı kredit müqaviləsi üzrə 1282.27 ABŞ dolları əsas, 1424.94 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 211.45 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 2918.66 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh2 öz növbəsində, cavabdeh "xxxx" ASC-yə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC ("xxxx" ASC) ilə bağladığı xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı saxta zaminlik müqaviləsinin etibarsız hesab olunması və 100 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-427/2022 saylı qərardadına əsasən, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASC-yə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair 2(004)-2960/2022 saylı mülki iş iddiaçı "xxxx" ASC-nin cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair 2(012)- 427/2022 saylı mülki işə birləşdirilmişdir. Daha sonra, iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 vəfat etdiyindən onun hüquqi varisi Cavabdeh3 ilə əvəz olunmasını məhkəmədən xahiş etmiş, məhkəmə Cavabdeh3 cavabdeh qismində cəlb etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X5 xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 4055 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. xx.xx.2021-ci il tarixədək X2 banka xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı kredit müqaviləsi üzrə 1282.27 ABŞ dolları əsas, 1424.94 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 211.45 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 2918.66 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 (X2 hüquqi varisi) iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, X5 onun mərhum həyat yoldaşıdır və o, həyat yoldaşının qanuni varisi kimi tanınmışdır. Onun yoldaşının banka olan kredit müqaviləsi üzrə borcuna dair məhkəmə qətnaməsi çıxarılmış və kredit müqaviləsi üzrə imzanın onun yoldaşına məxsus olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən də, hazırda, iddiaçı "xxxx" ASC-nin borcun tutulmasına dair iddia tələbini qəbul etmir. Onun yoldaşından ona miras əmlak olaraq pensiya pulu qalmış və o, hazırda, borca görə vərəsəlikdən çıxmaq istəyir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin iddia ərizəsini qəbul etməyib, onun tərəfindən təqdim olunmuş iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, iddiaçı "xxxx" ASC-nin kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsini qəbul etmir. Belə ki, müqavilə üzrə imzanın ona məxsus olmadığı təsdiq olunmuş və bu səbəbdən də, o, müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun iddia ərizəsində cavabdeh qismində qeyd olunmuş şəxslərlə hər hansı bir tanışlığı yoxdur. Təxminən, 2017-ci ildə prokurorluq tərəfindən bank filialında saxtakarlıqla bağlı araşdırmalar aparılmış, müstəntiq tərəfindən o, dəvət olunmuş, müqavilədə olan imzanın ona məxsus olub-olmaması barədə araşdırma aparılmış və imzanın ona məxsus olmadığı barədə o, izahat vermişdir. Bir müddətdən sonra bankın əməkdaşlarının məhkəmə qərarı ilə azadlıqdan məhrum edilməsi müəyyən edilmişdir. Həmçinin, o, xx.xx.2018-ci il tarixdə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, imzanın ona məxsus olub-olmaması barədə araşdırma aparılmasını xahiş etmiş, imzanın ona məxsus olmadığı təsdiqini tapmışdır. Hesab edir ki, kredit müqaviləsi üzrə imza ona məxsus olmadığından müqaviləyə əsasən hesablanmış borc da ondan tutulmamalıdır. Ona görə də iddiaçı "xxxx" ASC-nin iddia ərizəsinin təmin edilməməsi, onun iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi təmin edilməməli, iddiaçı Cavabdeh2 iddia ərizəsi isə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kredit verən "xxxx" İKB ASC ilə kredit alan X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə qaytarmaq, illik 18 faiz ödənilmək şərti ilə 4055 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. -xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan bankdan kredit müqaviləsi üzrə 4055 ABŞ dolları krediti imza etməklə təhvil almışdır. -Kredit müqaviləsinə əlavə olan 1 saylı ödəniş cədvəlindən görünür ki, kredit alan xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr ərzində hər ay 147 ABŞ dolları (sonuncu ay isə 126 ABŞ dolları) borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Kredit verən "xxxx" İKB ASC ilə kredit alan X5, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə borclunun bank qarşısında öhdəliklərinin icrasına təminat verərək borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -Kredit verən "xxxx" İKB ASC ilə kredit alan X5, zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə borclunun bank qarşısında öhdəliklərinin icrasına təminat verərək borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -»Yelobank» ASC tərəfindən X3, Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən borcalanlara kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı kredit müqaviləsi üzrə 1282.27 ABŞ dolları əsas, 1424.94 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 211.45 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 2918.66 ABŞ dolları borcu vardır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-99/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. -Qətnamədən, eyni zamanda, mülki iş materiallarında olan, Cavabdeh2 tərəfindən məhkəməyə təqdim olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 21864 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2015-ci il tarixli, 4-M-2- 0-10-15 saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalar (2 ədəd) X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, ekspertizaya təqdim edilmiş, xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı zaminlik müqaviləsində “Zamin” qrafasında “Cavabdeh2” yazılarından aşağı hissədə yerləşən imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2653/2019 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-99/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. -Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-138/2022 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-138/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbinin təmin edilməsi, Rafiq Məcidov (kod 143296) və Azad Atayev (kod 107528) ilə "xxxx" İKB ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 126 manat ekspertiza xərcinin cavabdeh "xxxx" İKB ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4301/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə yekun məhkəmə aktı çıxarılaraq, cavabdeh İddiaçı ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin olunması, X5 (kod 143296) və X8 (kod 107528) ilə "xxxx" İKB ASC arasında bağlanmış kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-8-15 saylı və xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olaraq 252 manat məhkəmə xərcinin cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-6476/2022 saylı qərardadından görünür ki, cavabdeh "xxxx" İKB ASC-nin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4301/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4301/2022 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4301/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" İKB ASC (indiki "xxxx" ASC) tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. -Qətnamədən daha sonra görünür ki, keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası zamanı Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/28 saylı rəyi ilə xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı zaminlik müqaviləsində “Zamin: Cavabdeh1” qrafasındakı imzanın Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-6/2-2233/2023/29 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4301/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Mülki Prosessual Məcəllənin 393-cü maddəsinə əsasən, xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 092371 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 497 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -“Sumqayıt Asan Xidmət” Mərkəzi Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, 2V-223 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh3 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 saylı məktubuna əsasən, X2 101952 saylı pensiya hesabı üzrə (Abşeron rayonu) ölümündən sonra 316.75 manat alınmamış pensiya məbləğindən ibarətdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2021-ci il tarixli, **********461600 nömrə ilə çıxarış verilmiş, əvvəlki qanuni təmsilçi X6, hazırki qanuni təmsilçi isə X7r. -Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh2 iddia ərizəsinin verilməsinə görə 10 manat, 30 manat və 60 manat olmaqla, cəmi 100 manat dövlət rüsumu ödəmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh3 Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, 12 saylı evdə, Cavabdeh2 Sumqayıt şəhəri, 17-ci mkr, 52 saylı evin, 48 saylı mənzilində, Cavabdeh1 isə ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3 (X2 hüquqi varisi), Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasında bildirmişdir ki, bankla X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı kredit müqaviləsinə əsasən borcalana verilmiş kredit öhdəliyinin icrasının təmini məqsədilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmış, kredit müqaviləsi üzrə borc birgə öhdəlik daşıyan borcalanlar tərəfindən icra edilmədiyindən iddiaçı kredit müqaviləsi üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğundan hazırki cavabdehlərə qarşı borcun tutulması tələbinə dair məhkəməyə müraciət edərək ümumilikdə, cəmi 2918.66 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada bankın xeyrinə tutulmasını, iddiaçı Cavabdeh2 isə iddia ərizəsi ilə müraciət edərək kredit müqaviləsinə əsasən onunla bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin növbədə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh3 qarşı iddia irəli sürməyə subyektiv hüququnun olub-olmamasına dair hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1133.1. maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, iddia tələbi X5 vəfat etdiyindən onun varisi-həyat yoldaşı Cavabdeh3 yönəldilmişdir. xx.xx.2022-ci il tarixli, 2V-223 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında, xx.xx.2020-ci il tarixdə ölmüş X1 miras qalmış əmlaka dair onun vərəsəsinin adına vərəsəlik işi açılmış və Cavabdeh3 mərhumdan miras qalmış pensiya məbləğindən tam hissədə olmaqla pay almışdır. Göründüyü kimi, mərhum şəxsin vərəsəsi artıq müəyyən edilmişdir. Ona görə də iddia ərizəsində Cavabdeh3 cavabdeh kimi göstərilməsi tam əsaslıdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə ilk növbədə, iddiaçı "xxxx" ASC-nin iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı "xxxx" ASC iddia tələbində kredit müqaviləsi üzrə ödənilməmiş borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir ki, iddia tələbi də mülki iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı kredit müqaviləsi, həmin tarixli və nömrəli zaminlik müqavilələri və maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Belə ki, qeyd olunan sənədlər cavabdehlərin bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində borclarının yaranmasını, bank qarşısında müştərək qaydada məsuliyyət daşımalarını və qeyd olunan öhdəliklərin kredit və zaminlik müqavilələrinin şərtlərindən irəli gəldiyini təsdiq etsə də və göstərilən hal iddia tələbinin təmin olunmasına əsas olsa da məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir: Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsi”nə dair 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Beləliklə, mülki iş materiallarına əlavə olunmuş məhkəmə aktlarından müəyyən olunduğu kimi, iddiaçı "xxxx" ASC ("xxxx" ASC) borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş və Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-99/2018 saylı qətnaməsi ilə cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, həmin məhkəmə aktı ilə keçirilmiş ekspert rəyi əsasında kredit və zaminlik müqaviləsindəki imzaların X3 və Cavabdeh2 məxsus olmaması öz təsdiqini tapdığından qeyd olunan hal iddia tələbinin təmin edilməməsi üçün əsas hesab edilmiş və iddiaçı qarşısında kredit müqaviləsi üzrə borcun tutulmasına dair öhdəliklərinin yaranmasını istisna etmişdir. Sözügedən qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2653/2019 saylı qərardadı ilə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılsa da məhkəmə həmin qətnamə ilə müəyyən edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 21864 saylı rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən əsas sübut növü kimi qiymətləndirib nəzərə alır. Bununla belə, iddiaçı "xxxx" ASC-nin iddia tələbindən eyni zamanda, müəyyən olunur ki, iddiaçı kredit müqaviləsi üzrə borcun digər Cavabdeh1 da tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4301/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsi üzrə imzanın zaminə məxsus olmaması Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/28 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə həmin məhkəmə aktı əsasında da keçirilmiş ekspert rəyini təkzibedilməz fakt kimi nəzərdən keçirib əsas sübut növü kimi qiymətləndirir və həmin məhkəmə aktları ilə müəyyən edilmiş hallar hazırki mülki işin mahiyyəti üçün mühüm əhəmiyyət kəsb edərək preyudisial xarakter daşıyır. Beləliklə də, iddiaçının mübahisələndirdiyi kredit və zaminlik müqavilələri üzrə öhdəlik götürən şəxs qismində imza atan şəxslərin - X2, Cavabdeh2 və Cavabdeh1 həmin müqavilələr üzrə öhdəlik daşımadığı, başqa sözlə imzaların həmin şəxslər tərəfindən icra edilməməsi məhkəmə aktları ilə müəyyən edilmiş ekspert rəyləri əsasında təsdiqini tapmış, lakin bununla belə iddiaçı müqavilələr üzrə borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin mahiyyətinə, qanunvericiliyin və Plenum Qərarının hüquqi mövqeyinə istinad edərək məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş kredit və zaminlik müqavilələrinin cavabdehlərin iddiaçı qarşısında kreditor-borclu hüquq münasibətlərinin yaranmasına əsas olmadığı hallar və faktlar hazırki mülki işin mahiyyətinin həlli üçün də məcburi xarakter daşıyır və bu, iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Ona görə də iddiaçı "xxxx" ASC-nin iddia tələbləri əsaslı olmadığından və sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə iddiaçı Cavabdeh2 “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 337.1 maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarı”nda qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarı). Beləliklə, məhkəmə Plenum qərarındakı hüquqi mövqeyə istinad edib mülki iş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə nəzər yetirərək müəyyən etmişdir ki, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi əqdin etibarlı olması üçün zəruri olan şərtlərə, yəni, subyekt tərkibinə, əqdin formasına və məzmununa dair şərtlərə cavab vermiş olsa da, müqavilə tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi nöqteyi-nəzərindən şübhə doğurur ki, bu da mülki iş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018ci il tarixli, 21864 saylı rəyi ilə öz təsdiqini tapmış və iddiaçı Hüseynov Adil İsmayıl oğlunun onunla bağlanmış zaminlik müqaviləsinə hüquqi qüvvə verən və imzası ilə rəsmiləşdirilmiş sənəddə əksini tapmış imzanın iddiaçıya məxsus olmadığı sübuta yetirilmişdir. Göründüyü kimi, tərtib olunmuş zaminlik müqaviləsinin onun etibarlı hesab edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olmayan formada bağlanması öz təsdiqini tapdığından iddiaçı Cavabdeh2 iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi təmin edilmədiyindən həmin tələb üzrə ödənilmiş dövlət rüsumu məbləği həmin iddiaçının özünə, iddiaçı Cavabdeh2 iddia ərizəsi isə təmin edildiyindən həmin tələb üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu məbləği cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən normalarını, məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi əsaslı olmadığından və sübuta yetirilmədiyindən təmin edilməməli, iddiaçı Cavabdeh2 isə iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh2 iddia ərizəsi təmin edilsin. Cavabdeh2 ilə "xxxx" İKB ASC ("xxxx" ASC), X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı zaminlik müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh "xxxx" ASC-dən ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaiti alınaraq iddiaçı Cavabdeh2 xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-96/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-96/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver