Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-960/2021 08.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh Əlizadə (Quliyeva) Nərmin Qalib qızının və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızının və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızına və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızından və Cavabdeh2 əsas borc olaraq 14460 (on dörd min dörd yüz altmış) manat, cərimə borcu olaraq 960 (doqquz yüz altmış) manat, əldən çıxmış fayda olaraq 1735 (min yeddi yüz otuz beş) manat, məhkəmə xərci olaraq isə 30 (otuz) manat, ümumilikdə,17185 (on yeddi min yüz səksən bes) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdeh Nərmin Əlizadə (Quliyeva) ilə xx xxxx 2016cı il tarixində 28600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən, cavabdeh almış olduğu məbləği xx xxxxxxx 2018-ci il tarixinə kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, həmin borcun 13440 manat məbləği cavabdeh tərəfindən ödənilmiş, qalan 15160 manat məbləğində ödəniş isə müqavilədə nəzərdə tutulmuş müddətdə geri qaytarılmamışdır. Öhdəliyin icrası üçün müqavilədə müəyyən edilmiş müddətin bitməsindən 2 aya yaxın vaxtdan sonra, xx xxxxxx 2018-ci il tarixində Cavabdeh2 tərəfindən Quliyev Nurunun şahidliyi ilə ərizə verilmişdir. Cavabdeh Quliyev X4 (Quliyeva) Nərmin Qalib qızının əridir. Cavabdeh2 kredit müqaviləsindən qalan 15160 manat məbləği ödəməyi öhdəsinə götürmüş, Cavabdeh1lə birgə məsuliyyət daşıdığını bildirmişdir. Ərizədə məbləğin hissəhissə xx.xx.2020 tarixinə qədər bütövlükdə ödəniləcəyi qeyd olunmasına baxmayaraq, ödəniş xx.xx.2019 tarixindən sonra dayandırılmışdır. Beləliklə, Cavabdeh2 ərizə əsasında üzərinə götürdüyü öhdəlikdən yayınmış, ödənilməli olan məbləğin cəmi 700 manatını ödəməklə ona xeyli miqdarda zərər vurmuşdur. Zərərin ödənilməsi haqqında Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, cavabdehlər əsas borc kimi müqaviləyə uyğun olaraq ödənilməmiş 14460 (on dörd min dörd yüz altmış) manat həcmində məsuliyyət daşıyırlar. Eyni zamanda, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Öhdəliyin icrası üçün Müqavilədə nəzərdə tutulmuş müddətdən 16 ay keçdiyinə görə ödənilməmiş məbləğin illik 5 faizi hesablanır və 960 (doqquz yüz altmış) manat cərimə borcu kimi əlavə olunur. Gecikdirilmə müddətində ödənilməli olan məbləğdən əldə oluna biləcək gəlirdən məhrum olduğuna görə minimum depozit faizi ilə əldən çıxmış fayda olaraq illik 9 faizlə 1735 (min yeddi yüz otuz beş) manat cavabdehlərdən tələb edir. Göstərilənlərə əsasən iddiaçı, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Əlizadə (Quliyeva) Nərmin Qalib qızı iddia tələbini qəbul etmədiyini, iddia ərizəsində göstərilən məbləği iddiaçının həyat yoldaşına qaytardığını bildirdi.. Onlar qızıl alıb-satmaq işi ilə məşqul olmuşlar və həmin borcu da bu iş ilə əlaqədar olaraq almışdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, cavabdeh Əlizadə (Quliyeva) Nərmin Qalib qızının izahatına uyğun məzmunda izahat verdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -AA01509709 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, vəsiqə xx.xx.2029-cu il tarixədək etibarlıdır. -Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Əlizadə (Quliyeva) X3 rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, X7 küç, ev 45 - ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1986-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Quliyev X5 rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küç, ev 74 - ünvanında qeydiyyatdadır. -xx xxxx 2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş Kredit Müqaviləsindən görünür ki, borcverən İddiaçı borcalan Əlizadə (Quliyeva) Nərmin Qalib qızına 28600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində borc vermiş, cavabdeh almış olduğu məbləği xx xxxxxxx 2018-ci il tarixinə kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. -Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə, Xırdalan şəhərində yazmış olduğu ərizədən görünür ki, Cavabdeh2, xx.xx.2016-cı il tarixli Kredit Müqaviləsi üzrə yaranmış 15160 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüş, həmin müqavilə üzrə Cavabdeh1 ilə birlikdə o da İddiaçı qarşısında birgə məsuliyyət daşımağı, həmin məbləği xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci iil tarixinədək hər ay 350 manat (sonuncu ay 9210 manat) ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin ərizədə 2 ay, hər dəfə 350 manat olmaqla, cəmi 700 manat ödəniş edildiyi sadə əl yazısı ilə «verdi +» yazılmaqla qeyd edilmiş və həmin ərizə Cavabdeh2 və Quliyev Nuru adlı şəxslərin imzaları ilə təsdiqlənmişdiir. Məhkəmə iclasında işin araşdırılan hallarından və iddiaçının nümayəndəsi və vəkilinin izahatına əsasən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh Əlizadə (Quliyeva) Nərmin Qalib qızı arasında bağlanmış xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 28600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində borc vermiş, həmin borcun 13440 manat məbləği və daha sonra 700 manat məbləği cavabdeh tərəfindən ödənilmiş, qalan 14460 manat məbləğində ödəniş isə müqavilədə nəzərdə tutulmuş müddətdə geri qaytarılmamışdır. İddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı, iddia tələbində, cavabdeh Əlizadə (Quliyeva) Nərmin Qalib qızı ilə xx xxxx 2016-cı il tarixində kredit müqaviləsinə əsasən 28600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində borc vermiş, cavabdeh almış olduğu məbləği xx xxxxxxx 2018-ci il tarixinə kimi qaytarmağı öz öhdəsinə götürmüş, lakin, həmin borcun 13440 manat məbləği cavabdeh tərəfindən ödənilmiş, qalan 15160 manat məbləğində ödəniş isə müqavilədə nəzərdə tutulmuş müddətdə geri qaytarılmamışdır. Öhdəliyin icrası üçün Müqavilədə nəzərdə tutulmuş müddətdən 16 ay keçdiyinə görə ödənilməmiş məbləğin illik 5 faizi hesablanmış və 960 (doqquz yüz altmış) manat cərimə borcu əlavə olunmuş, gecikdirilmə müddətində ödənilməli olan məbləğdən əldə oluna biləcək gəlirdən məhrum olduğuna görə minimum depozit faizi ilə əldən çıxmış fayda olaraq illik 9 faizlə 1735 (min yeddi yüz otuz beş) manat cavabdehlərdən tələb etdiyini göstərmiş, cavabdeh borcu ona qaytarmaq barədə öhdəlik götürsə də, lakin öhdəliyə əməl etməmiş, hazırda borcu tam olaraq qaytarmamış, bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdehlər isə məhkəmədə verdiyi izahatda iddia tələbini qəbul etmədiklərini, iddia ərizəsində göstərilən məbləği iddiaçının həyat yoldaşına qaytardığını bildirərək, həmin borcu qızıl alıb-satmaq üçün məşqul olması ilə əlaqədar olaraq aldığını məhkəmədə etiraf etmişlər, lakin həmin borcu qaytardığını sübut edən mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Cavabdeh2 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə, Xırdalan şəhərində yazmış olduğu ərizədən görünür ki, Cavabdeh2, xx.xx.2016-cı il tarixli Kredit Müqaviləsi üzrə yaranmış 15160 manat məbləğində borcu ödəməyi, həmin müqavilə üzrə Cavabdeh1 ilə birlikdə o da İddiaçı qarşısında birgə məsuliyyət daşımağı, həmin məbləği xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci iil tarixinədək hər ay 350 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin ərizənin Cavabdeh2 tərəfindən imza atılaraq verilməsi onun özü tərəfindən etiraf edilmişdir. Məhkəmə iclasında cavabdeh Əlizadə (Quliyeva) Nərmin Qalib qızı iddia ərizəsində göstərilən məbləği iddiaçının həyat yoldaşına qaytardığını bildirsədə, lakin cavabdeh sübutetmə vəzifəsi onun üzərinə düşməsinə baxmayaraq iddiaçıya və ya onun həyat yoldaşına həmin borcu qaytardığını əsaslandıraraq sübut edə bilməmişdir. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını nəzərə alaraq hesab edir ki, həqiqətən də İddiaçı ilə cavabdeh Əlizadə (Quliyeva) Nərmin Qalib qızı arasında borc münasibətləri olmuş və cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızı və Cavabdeh2 iddiaçı qarşısında götürdükləri öhdəlikdən yayınmaları, məsuliyyətdən azad olmaları kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində göstərdiyi cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızından və Cavabdeh2 əsas borc olaraq 14460 (on dörd min dörd yüz altmış) manat məbləğində pulun alınaraq ona verilməsi tələbi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır, ona görə də iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, tərəflər arasında bağlanmış kredit büqaviləsi üzrə öhdəliyiƏlizadə (Quliyeva) Nərmin Qalib qızı yerinə yetirməmiş və mülki hüqüq pozuntusu (delikt) cavabdehlər tərəfindən törədilmiş və onların təqsirli və hüquqazidd əməli nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Həmçinin iddia tələbindən görünür ki, cavabdehlərdən cərimə borcu olaraq 960 (doqquz yüz altmış) manat, əldən çıxmış fayda olaraq 1735 (min yeddi yüz otuz beş) manat məbləğinin ödənilməsi tələb olunur. Məhkəmə iddianın cərimə borcunun və əldən çıxmış fayda məbləğinin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Göstərilənə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızına və Cavabdeh2 qarşı pul tələbi qismən təmin edilməli, cavabdehlərdən cərimə borcu və əldən çıxmış fayda məbləğinə dair hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, məhkəməyə iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızından və Cavabdeh2 İddiaçı xeyrinə əsas borc olaraq 14460 (on dörd min dörd yüz altmış) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızından və Cavabdeh2 əsas borc olaraq 14460 (on dörd min dörd yüz altmış) manat və məhkəmə xərci olaraq isə 30 (otuz) manat, ümumilikdə, 14490 (on dörd min dörd yüz doxsan) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-960/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-960/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver