Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-983/2021 04.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllə, ev 29 A-da yerləşən 21 saylı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllə, ev 29A-da yerləşən 21 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, 29 avqust 2020-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllə, ev 29A-da yerləşən 21 saylı mənzili daşınmaz əmlakın alq-satqı müqaviləsi əsasında Cavabdeh1 satın almışdır. Onun qeyd edilən mənzilə mülkiyyət hüququ 17 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası ƏMDK yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 11-ci maddəsinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə 28 sentyabr 2020-ci il tarixinədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür. Mənzili satın aldığı tarixdən 1 aydan artıq vaxtın keçməsinə baxmayaraq hələ də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxmamışlar və hal-hazırda də evdən çıxmaq üçün hər hansı tədbir görməməkdədirlər. Özləri ilə hər hansı bir şəkildə əlaqə yarada bilməyi mümkün olmadığı üçün həmin mənzildən qeydiyyatdan çıxarılaraq yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etməkdən başqa bir yol qalmamışdır. Belə ki, mənzilin satıcısı mənzili satarkən özü ilə birlikdə həmin mənzildə qeydiyyatda olan şəxslərin də həmin mənzildən qeydiyyatdan çıxarılmasına dair öhdəlik götürmüşdür. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, eləcə də, işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlmişdir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllə, ev 29A-da yerləşən 21 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və onun həmin daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 17.09.2020-ci il tarixdə qeydiyyata alınmışdır. -29.08.2020-ci il tarixli, AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Əhədov X2 rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllə, ev 29A-da yerləşən 21 saylı mənzili İddiaçı 30000 (otuz min) manata satmışdır. -Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li 02.11.2020-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllə, ev 29A-da yerləşən 21 saylı mənzildə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat –İstismarı Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir sahəsinin 16.02.2021-ci il tarixli 128 nömrəli arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllə, ev 29A-da yerləşən 21 saylı mənzilin sahibi İddiaçıdır və mənzildə Cavabdeh1 və Cavabdeh2 mənzilin keçmiş sahibi və bacısı kimi qeydiyyatdadırlar, lakin orada yaşamırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehlərin həmin mənzildən istifadə hüquqları ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehlər maneçilik törədir. Belə ki, iddiaçı evi alqı-satqısı yolu ilə əldə etmişdir, iddiaçının mülkiyyət hüququ toxunulmazdır. Cavabdehlərin iddiaçının evindən istifadə hüquqlarının saxlanması qanunla onun öz mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də cavabdehlər, evin əvvəlki sakinləri kimi iddiaçıya məxsus evdə yaşamaq hüquqlarını itirdiklərindən həmin evə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cümaddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verib, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ əsas hüquq olduğundan iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllə, ev 29A-da yerləşən 21 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllə, ev 29A-da yerləşən 21 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-983/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-983/2021
04.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver