Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-991/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 26 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.06.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********89163 olan Samsung Galaxy A6 markalı telefon üçün 264 manat ödənilməmiş hissə, 79 manat dəbbə pulu, 04.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********54086 olan Huawei P Smart markalı telefon üçün 243 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu, 02.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********88041 olan iPhone Xs markalı telefon üçün 1548 manat ödənilməmiş hissə, 464 manat dəbbə pulu, 04.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********07247 olan iPhone Xs Max markalı telefon üçün 2490 manat ödənilməmiş hissə, 747 manat dəbbə pulu, olmaqla ümumilikdə 5910 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 25.06.2018-ci il tarixli, 04.05.2019-cu il tarixli, 02.08.2019-cu il və 04.09.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********89163 olan Samsung Galaxy A6 markalı telefon, İMEİ Kodu **********54086 olan Huawei P Smart markalı telefon, İMEİ Kodu **********88041 olan iPhone Xs markalı telefon və İMEİ Kodu **********07247 olan iPhone Xs Max markalı telefon almış və nəticədə 5910 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 25.06.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1058 olan İMEİ Kodu **********89163 olan Samsung Galaxy A6 markalı telefon üçün 264 manat ödənilməmiş hissə, 79 manat dəbbə olmaqla, cəmi 343 manat borcu yaranmışdır. 04.05.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 504 manat olan İMEİ Kodu **********54086 olan Huawei P Smart markalı telefon üçün 243 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu pulu olmaqla, cəmi 318 manat borcu yaranmışdır. 02.08.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2322 manat olan İMEİ Kodu **********88041 olan iPhone Xs markalı telefon üçün 1548 manat ödənilməmiş hissə, 464 manat dəbbə pulu pulu olmaqla, cəmi 2012 manat borcu yaranmışdır. 04.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2988 manat olan İMEİ Kodu **********07247 olan iPhone Xs Max markalı telefon üçün 2490 manat ödənilməmiş hissə, 747 manat dəbbə pulu olmaqla, cəmi 3237 manat borcu yaranmışdır. Cavabdehin ümumi olaraq 5910 manat borcu yaranmışdır. Onun cəmi ödədiyi məbləğ isə hər 4 mal üçün cəmi 2327 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X1 da iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 25.06.2018-ci il tarixli, № K00188262 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən İMEİ Kodu **********89163 olan Samsung Galaxy A6 markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.05.2019-cu il tarixli, № 00644417 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən İMEİ Kodu **********54086 olan Huawei P Smart markalı telefonu qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan 02.08.2019-cu il tarixli, № 00819609 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən İMEİ Kodu **********88041 olan iPhone Xs markalı telefoni qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.09.2019-cu il tarixli, № 00888846 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən İMEİ Kodu **********07247 olan iPhone Xs Max markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30 oktyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə 25.06.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********89163 olan Samsung Galaxy A6 markalı telefon üçün 264 manat ödənilməmiş hissə və 79 manat dəbbə olmaqla, ümumilikdə 343 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxx» MMC-yə 04.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********54086 olan Huawei P Smart markalı telefon üçün 243 manat ödənilməmiş hissə və 75 manat dəbbə pulu olmaqla, ümumilikdə 318 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxx» MMC-yə 02.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********88041 olan iPhone Xs markalı telefonüçün 1548 manat ödənilməmiş hissə və 464 manat dəbbə pulu olmaqla, ümumilikdə 2012 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxx» MMC-yə 04.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********07247 olan iPhone Xs Max markalı telefon üçün 2490 manat ödənilməmiş hissə və 747 manat dəbbə pulu, ümumilikdə 3237 manat borcu vardır. Cavabdehin 4 mal üçün cəmi 5910 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 25.06.2018-ci il tarixli müqavilə üzrə hesablanmış 79 manat dəbbənin məbləği azaldılmalı, 26 manat müəyyən edilməli, 04.05.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 75 manat dəbbənin məbləği azaldılmalı,24 manat müəyyən edilməli,02.08.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 464 manat dəbbənin məbləği azaldılmalı, 75 manat müəyyən edilməli, 04.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 747 manat dəbbənin məbləği azaldılmalı,120 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 25.06.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********89163 olan Samsung Galaxy A6 markalı telefon üçün 264 manat ödənilməmiş hissə, 26 manat dəbbə pulu, 04.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********54086 olan Huawei P Smart markalı telefon üçün 243 manat ödənilməmiş hissə, 24 manat dəbbə pulu, 02.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********88041 olan iPhone Xs markalı telefon üçün 1548 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu və 04.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********07247 olan iPhone Xs Max markalı telefon üçün 2490 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, olmaqla, ümumilikdə 4790 manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manatı tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilm iş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsl ərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 25.06.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********89163 olan Samsung Galaxy A6 markalı telefon üçün 264 manat ödənilməmiş hissə, 26 manat dəbbə pulu, 04.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********54086 olan Huawei P Smart markalı telefon üçün 243 manat ödənilməmiş hissə, 24 manat dəbbə pulu, 02.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********88041 olan iPhone Xs markalı telefon üçün 1548 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu və 04.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********07247 olan iPhone Xs Max markalı telefon üçün 2490 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu olmaqla, ümumilikdə 4790 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş rüsumunun 20 manatı tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-991/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-991/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver