Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1/2025 06.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı pul və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: LPO İddiaçı ASC rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh1 Haqverdi oğlundan 776/YF/İ saylı Kredit Müqaviləsi üzrə 20926,29 manat əsas borc, 7363,51 manat faiz borcu, ümumi olaraq 28289,80 manat məbləğində borcun tutulması, Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsində istifadədə olan 0.1876 ha torpaq sahəsində yerləşən 73 nömrəli, 5 mərtəbəli binanın, 2-ci girişində, 4-cü mərtəbəsində, 104.2 kv.m ümumi, 77.32 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 22 nömrəli mənzilinin açıq hərracda satılması, Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsində istifadədə olan 0.1876 ha torpaq sahəsində yerləşən 73 nömrəli, 5 mərtəbəli binanın, 2-ci girişində, 4-cü mərtəbəsində, 104.2 kv.m ümumi, 77.32 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 22 nömrəli mənzilin satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh1 Haqverdi oğlunun "xxxx" ASC-yə 776/YF/İ saylı Kredit Müqaviləsi üzrə olan 20926,29 manat əsas borc, 7363,51 manat faiz borcu, ümumi olaraq 28289,80 manat məbləğində borcunun ödənilməsinə yönəldilməsi, Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsində istifadədə olan 0.1876 ha torpaq sahəsində yerləşən 73 nömrəli, 5 mərtəbəli binanın, 2-ci girişində, 4-cü mərtəbəsində, 104.2 kv.m ümumi, 77.32 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 22 nömrəli mənzilə açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay müddətində qeydiyyatda olan şəxslərin çıxarılması və evin boşaldılması, məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X2 xx.xx.2016-cı ildə vəfat etmiş və Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə onun hüquqi varisi müəyyən edilənə qədər iş üzrə icraat dayandırılmışdır. Mülki iş üzrə icraat dayandırıldıqdan sonra məhkəmə tərəfindən dəfələrlə iddiaçıya və notariat orqanına məktub ünvanlanaraq X1 hüquqi varisləri barədə məlumat istənilmiş, lakin məktublara hər hansı bir cavab verilməmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-1/2025 saylı qərardadı ilə məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnmiş və tərəflər məhkəmə iclasına dəvət olunmuşlar. Məlum olmuşdur ki, Cavabdeh2 xx.xx.2018-ci ildə vəfat etmişdir. İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq ipoteka predmetinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmadığından həmin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı işin 2017-ci ildən hazırki vaxta qədər cavabdeh X1 hüquqi varisləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcədə bu Məcəllənin 150.1.2 və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı pul və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1/2025
06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver