Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1005/2024 05.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin xəbərsiz itkin düşməsi hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, döyüş mövqeyində xidmətdə olan zaman naməlum şəraitdə itkin düşmüş oğlu Fərid Məmmədovun xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Ağdam rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmiş, nə də ki, işin baxılmasının təxirə salınmasını xahiş etməmişdir. Ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən Ərizəçi izahatında ərizəni müdafiə etdiyini, xx.xx.2003-cü il təvəllüdlü oğlu X4 19 iyul 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldığını, oğlunun Müdafiə Nazirliyinin N №-li hərbi hissədə tuşlayıcı əsgər rütbəsində xidmət etdiyini, onun 03 mart 2022-ciil tarixdə xidmət etdiyi Laçın rayonu ərazisində yerləşən 3-cü taborunun, 8-ci bölüyünün şərti olaraq “LS-1” və “LS-2” adlandırılan döyüş mövqeləri ilə təmas xəttində yerləşən neytral ərazidə naməlum şəraitdə itkin düşdüyünü, onun axtarışı ilə bağlı aparılan axtarış tədbirlərinin heç bir nəticə vermədiyini, müdafiə nazirliyinin hərbi prokurorluğa ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda oğlu F.Məmmədovun axtarışlarının dayandırıldığı barədə məlumatın verildiyini, bundan başqa oğlunun itkin düşmə səbəblərindən onun komandiri X5 oğlu F.Məmmədovu əvvəllərdə cəzalandırmaq məqsədi ilə möhkəm döydükdən sonra təxminən 30 dəqiqə alt paltarında saxladığını, ona güclü fiziki ağrı ilə müşayət olunan iztirablar verdiyini bu və digər cinayətlərinə görə Füzuli Hərbi Məhkəməsinin hökmü ilə T.Babayevin 6 il 6 ay azadlıqdan məhrum edildiyini bildirərək, artıq 2 ildən artqdır ki, oğli F.Məmmədovdan heç bir xəbər olmadığına görə onun xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşıdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Füzuli Hərbi Məhkəməsinin 1-/97/-96-2023 saylı xx.xx.2023-cü il tarixli hökmünün sürətndən görünür ki, Müdafiə Nazirliyinin N №-li hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 1-ci tağımının 3-cü manqasının komandiri vəzifəsində olan X1 olan təlabatını ödəmək məqsədi ilə, döyüş şəraitində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxaraq, həmin vaxt mövcud olmuş kəskin qarlı, çovğunlu və şaxtalı hava şəraitində yuxarı komandanlıqdan hərəkət üçün heç bir icazə almadan, həmin döyüş mövqeyində tabeliyində xidmət edən komandiri olduğu manqanın tuşlayıcısı, əsgər X6 və qumbaraatanı, əsgər X2, onlara tələb olunan müvafiq ərzaq payı, alət və vasitələrlə təmin etmədən, hərəkətin həyat və sağlamlıqları üçün açıq-aşkar təhlükəli olmasını nəzərə almadan birlikdə, Laçın rayonunun şərti olaraq “7-ci rayon” adlandırılan ərazisində düşmənlə bilavasitə təmas xəttində döyüş şəraitində yerləşən, şərti olaraq “LS-1” adlandırılan döyüş mövqeləri ilə təmas xəttinə gedərək ehtiyacı olan 1 qutu siqareti ona gətirmələri üçün göstəriş vermişdir. Qeyd olunan döyüş mövqeyinə çatan əsgərlər elə 03 mart 2022-ci il tarixdə saat 17:00 radələrində mövqe başçısı R.T.Babayevin tapşırdığı 01 qutu siqareti götürüb geri şərti olaraq “LS-2” adlandırılan döyüş mövqeyi istiqamətində hərəkət etmiş, lakin istintaqa məlum olmayan səbəblərdən həmin mövqeyə çatmayaraq əsgər X7 və əsgər X3 itkin düşmüşlər. Bu səbəbdən X8 CM-nin 329.2.1, 329.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, həmin hökmdən görünür ki, Ərizəçi həmin iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. İş materiallarında olan Ağdam rayon İHB-nin Qərvənd kənd nümayəndəliyi tərəfindən xx.xx.2024-ci il tarixdə verilmiş 290 №-li arayışdan və oan əlavə edilmiş aktdan görünür ki, X7 xx.xx.2021-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2022-ci il tarixdə “N” saylı hərbi hissədə naməlum səbəbdən itkin düşmüşdür. Hal-hazırda onun haqqında heç bir məlumat yoxdur. Məhkəmə ərizədə göstərilən predmetlə bağlı qanunvericiliyin aşagıdakı müvafiq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən Məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 314.1-ci maddəsinə əsasən Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Azərbaycan Respublikası MPM-nin 315.1-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Azərbaycan Respublikası MPM-nin 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş Ağdam rayonu, Qərvənd kəndində qeydiyyatda olan X7 xəbərsiz itkin düşmüş hesab edilsin. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş Ağdam rayonu, Qərvənd kəndində qeydiyyatda olan X7 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən sonra 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1005/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1005/2024
05.06.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver