Məhkəmə qərarları › İş №2(013)-1062/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1062/2025

29.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1062/2025 29.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymnzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağdam Rayon Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağdam Rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 1765.25 manat pulun tutulmasına dair Ağdam Rayon Notariat Ofisininin 12 fevral 2025-ci il tarixli 8İ-0285 nömrəli İcra qeydinin ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Ağdam Rayon Notariat Ofisi və Maraqlı şəxs məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə cavabdeh təşkilatın və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, Ağdam Rayon Notariat Ofisininin 12 fevral 2025-ci il tarixli 8İ-0285 nömrəli İcra qeydinə əsasən ondan 1765.25 manat pulun tutularaq "xxxx" ASC-nin xeyirinə tutulmasının müəyyən edildiyini, belə ki, bu barədə xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında qərar” qəbul edildiyini, lakin bu qərarın əsassız olduğunu və ləğv edilməli olduğunu, çünki, xx.xx.2024-cü il tarixdə aldığı “X1 11 49B/1289B” markalı İphone Black adlı telefonu geri qaytardığını və belə olan təqdirdə 1765.25 manat məbləğində pulun ondan tutulmasına dair Ağdam Rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib və iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Ağdam Rayon Notariat Ofisinin 11 fevral 2025ci il tarixli icra qeydinin surətindən görünür ki, həmin icra sənədinə əsasən İddiaçı BUMM8827214B299 nömrəli müqaviləyə əsasən 1765.25 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyirinə tutulmalıdır. İş materiallarında olan Maraqlı şəxs icra məmuru N.Qarayevin xx.xx.2025-ci il tarixli İcraata başlamaq haqqında qərarının sürətindən görünür ki, Ağdam Rayon Notariat Ofisinin 11 fevral 2025-ci il tarixli icra qeydinə dair icra sənədi üzrə icraata başlanmış və borclu İddiaçı 10 gün müddətinə icranı könülü təmin edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasın tələb etmək hüququ vardır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinə əsasən Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən İddiaçı iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddiaçı cavabdeh Ağdam Rayon Notariat Ofisinə qarşı cavabdeh 1765.25 manat pulun tutulmasına dair Ağdam Rayon Notariat Ofisininin 12 fevral 2025-ci il tarixli 8İ-0285 nömrəli İcra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar