Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1092/2024 24.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh **-BC-*** qeydiyyat nişanlı Shagman markalı avtomobil üçün odədiyi 17000 manat məbləğində pulun, **-BC-*** qeydiyyat nişanlı “Shagman” markalı avtomobilin təmir xərcləri üçün "xxxx" ASC-dən kredit müqaviləsi əsasında götürülmüş 21196 manat məbləğində pulun və əldən çıxmış fayda kimi **-BC-*** qeydiyyat nişanlı Shagman markalı avtomobil ilə yük daşıması üçün hər ay (15 ay) qazanılmalı olan 5000 manat məbləğində pulun, cəmi 113196 manat məbləğində pulun və ödənilmiş 404 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, atasının tanıdığı Cavabdeh yük daşımaq məqsədi ilə “Shagman” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobili ilkin ödəniş olaraq 12 000 manat ödəməklə, qalan məbləği isə 13 ay ərzində ayda 3000 manat ödəmək şərti ilə satın aldığını, avtomobili aldıqdan 10 gün sonra avtomobilin mühərrikində və başqa yerlərində bir sıra problemlər yarandığını, özünün bu məqsədlə "xxxx" ASC-dən 15 000 manat krediti (qohumunun adına) götürüb avtomobili təmir etdirdiyini, bundan başqa 7 ay ərzində cavabdehə 5000 manat ödəniş etdiyini, 2022-ci ilin oktyabr ayının sonunda Cavabdeh avtomobili satmaq və satışdan əldə olunan gəlirdən ona olan borcunu geri qaytarmaq məqsədi ilə ger aldığını, həmin vaxtdan etibarən 1 ildir ki, qohumunun adına götürdüyü kreditin ödənişlərini həyata keçirdiyini, Cavabdeh isə avtomobili ondan aldıqdan sonra, güya avtomobili onun nasaz hala saldığını əsas gətirərək, nə avtomobili, nə də ona ödədiyi pulları geri qaytaracağını bildirdiyini, eyni zamanda avtomobilin dövlət qeydiyyat nömrəsini dəyişdiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmş “Borc Müqaviləsi”ndən görünür ki, borcverən- İddiaçı 12 000 (on iki min) manat pul vəsaitini mülkiyyət hüququna əsasən borcalana verməyi, borcalan- Cavabdeh isə, həmin məbləği 31 may 2022-ci il tarixədək, tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin rədd edilməsi barədə” Bakı şəhəri Binəqədi RPİ-nın İŞ-nin müstəntiqi, polis mayoru Şövqi Əsədovun qərarının sürətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2022-ci ilin fevral ayında əvvəllər tanıdığı Əhliyyət adlı şəxsin oğlu İddiaçı ilkin olaraq 12 000 manat, qalan məbləği isə 13 ay ərzində ayda 3000 manat ödəmək şərtilə “Shagman” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobili verdiyini, həmin şəxsin 12 000 manatı ona ödədiyini, 7 ay ərzində isə, 5 000 manat ödəməli olduğunu, 12 000 manatı borc aldıqdan sonra ümumilikdə 3500 manatı İddiaçı atası Əhliyətə borc verdiyini, 7 ayın tamamında isə, İddiaçı razılaşdıqları pulu ödəmədiyinə görə avtomobili ondan geri aldığını və avtomobilin təmirə ehtiyacı olduğunu aşkar etdiyini, avtomobilin təmiri üçün 18 000 manat pul xərclədiyini, 7 ay ərzində İddiaçı 21 000 manat pul ödəməli olduğu halda, cəmi 5000 manat ödədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə tərəfindən iddiaçıya iddianın tam həcmdə təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X1rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçının xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 404 manat dövlət rüsumunun 141 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 263 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul və ödənilmiş 141.0 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Əhliyyat oğlunun xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 404 manat dövlət rüsumunun qalan 263 manat hissəsi İddiaçı Əhliyyat oğluna aid edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1092/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1092/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver