Məhkəmə qərarları › İş №2(013)-1116/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1116/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1116/2024 21.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il tarixli 047 saylı kredit müqaviləsi üzrə cəmi 151.874,70 manat, bundan 150.000,00 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarna əsasən hesablanmış 1.874,70 manat faiz və iş üzrə ödənilmiş 442 manat dövlət rüsumunun X3 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın B blokunda 82 saylı mənzilinə və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasında A blokunda 27 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlaklar açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmetləri olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlakar boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-751/2024 nömrəli 28 fevral 2024-cü il tarixli qərardadı ilə qeyd olunan iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilmişdir. Qeyd olunan mülki iş məhkəməyə daxil olduqdan sonra, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ağdam rayon məhkəməsinin 2(013)-1116/2024 saylı 21 iyun 2024-cü il tarixli qərardadı ilə qeyd olun iddi tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın B blokunda 82 saylı mənzilinə və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasında A blokunda 27 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlaklar açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmetləri olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlakar boşaldılaraq, alıcıya təhvil verilməsi hissəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında iddianı müdafiə edərək, iddiaçı LPO İddiaçı ASC- ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 047 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə 342.000 manat məbləğində kredit vəsaitinin verildiyini, verilmiş kreditin təminatı olaraq "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 131/R və 132/R saylı müqavilələr əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın B blokunda 82 saylı mənzilinə və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasında A blokunda 27 saylı mənzilin ipotekaya qoyulduğunu, bu barədə bank ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixli 047/1 saylı ipoteka müqaviləsinin bağlandığını, Cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulduğunu, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək, kredit və faizləri vaxtında ödəmədiyini bildirdi və hazırda banka ödənilməmiş 150.000,00 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarna əsasən hesablanmış 1.874,70 manat faiz borcu olmaqla cəmi 151.874,70 manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 047 saylı Kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 180 ay müddətinə 342.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixli 047 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə ödənilməmiş borcu 150.000 manat əsas kredit borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra 1874.70 manat faiz borcu olmaqla cəmi 151.874,70 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 150.000,00 manat əsas borc və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarna əsasən hesablanmış 1.874,70 manat faiz olmaqla, cəmi 151.874,70 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 442.0 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 150.000,00 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarna əsasən hesablanmış 1.874,70 manat faiz olmaqla, cəmi 151.874,70 (bir yüz əlli bir min səkkiz yüz yetmiş dörd manat yetmiş qəpik) manat borc və iş üzrə ödənilmiş 442.0 (dörd yüz qırx iki) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar