Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1168/2025 21.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi səbəbindən yaranmış 15000 manat borc və 135 manat dövlət rüsumu olmaqla, cəmi 15.135 manat məbləğində vəsaitin cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, D/28 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 22.000 manat olan İki dalğalı (980+1470 man) endolazer cihazın ilkin ödəniş olaraq 5000 manat nəğd ödəniş etdikdən sonra, 25 iyun 2021-ci il tarixə 3000 manat, qalan məbləği isə 10 ay müddətinə, hər ay 1400 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü, lakin bu günə qədər borclu olduğu 15000 manat borcu ödəmədiyini, borcun ödənilməsi üçün aparılan uzun müddətli danışıqların nəticəsi olaraq, xx.xx.2024-cü il tarixdə qeyd olunan müqaviləyə əlavə razlaşma olaraq №1 müqavilə bağlanmış və razlaşmanın şərtlərinə əsasən, 01 iyun 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 22.000 manat olan İki dalğalı (980+1470 man) endolazer cihazından borclu qaldığı 15000 manat ödənilməmiş hissəni iki ay müddətinə, yəni, xx.xx.2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəf etiraz etməmişdir. Nəticədə 01 iyun 2021-ci il tarixli, D/28 saylı müqavilənin və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əlavə razlaşmanın şərtləri cavabdeh tərəfindən pozulmuş və 15000 manat borc ödənilməmiş qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdeh G.Bayrama pritenziya qaydasında dəfələrlə xəbərdarlıq edilmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi digər ərizəsində cavabdeh X2 borclu olduğu 15000 manat borcundan 2000 manat ödəniş etdiyini, ona görə də cavabdehdən 13000 manat borcun və 135 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 13135 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə X4 arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, D/28 saylı müqaviləyə əsasən İki dalğalı (980+1470 man) endolazer cihazın müştəriyə müqavilədə göstərilən şərtlərlə verilməsi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə X4 arasında 06 iyun 2024-cü il tarixdə bağlanmış 01 iyun 2021-ci il tarixli, D/28 saylı müqaviləsinə Əlavə Razlaşma №1-ə əsasən cavabdehin borclu qaldığı 15000 manatın ödənilməsi ilə əlaqədar müqavilə müddəti 2 ay müddətinə, yəni, 06 avqust 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 01 iyun 2021-ci il tarixli müqaviləyə əsasən 13000 manat borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nnin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun 129 manat hissəsi cavabdehə, qalan 06 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 13000 (on üç min) manat borc və dövlət rüsumu qismində ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumunun qalan 06 (altı) manat hissəsi iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1168/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1168/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver