Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1177/2024 24.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi – Bərdə Rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi, İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 İlham oğluna qarşı pul tələbi barədə mülki işə 24 iyul 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı xx.xx.2024-cü ildə Ağdam Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16340 (on altı min üç yüz qırx) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi xx.xx.2024-cü ildə Ağdam Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü ildə Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq İddiaçı və Cavabdeh3 7650 manat, ödənilmiş dövlət rüsumu əvəzində 97 manat və vəkilə ödənilmiş məbləğə görə 300 manat alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi xx.xx.2024-cü ildə Tərtər Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 və Cavabdeh2 həmin məhkəmənin icraatında olan İddiaçı və Cavabdeh3 qarşı 7650 manat, ödənilmiş dövlət rüsumu əvəzində 97 manat və vəkilə ödənilmiş məbləğə görə 300 manat tələbinə dair iddia ərizəsi İddiaçı iddia ərizəsi ilə bir icraatda baxılması üçün xx.xx.2024-cü ildə Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. İddiaçı, həmçinin cavabdeh qismində məhkəmədə izahat verən İddiaçı özünün iddiasını müdafiə edərək, ona qarşı verilmiş iddianı isə etiraf etməyərək bildirmişdir ki, məcburi köçkün kimi Ağdam rayonunun Əfətli kəndində məskunlaşaraq özünə iki ədəd sex düzəldib toyuq-cücə alveri ilə məşğul olur. Cavabdeh3 İlham oğlu onun əridir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək ondan nisyə olaraq hər birinin qiyməti 5,5 manat olan 2280 ədəd çolpa almış və pulu xx.xx.2024cü il tarixə qədər ödəyəcəklərinə söz vermişlər. 2024-cü ilin mart ayı olmuş, lakin cavabdehlər onun pulunu ödəməmişlər. Buna qədər Orxan və Aqilin ona nisyə apardıqları mala görə 3800 manat borcu qalmışdır. Çolpaların Cavabdeh1 və Cavabdeh2 nisyə satılmasında Tural Allahverdiyev və Rəşad Mirzəyev iştirak etmişlər. Cavabdehlər onunla telefonla danışarkən borcu etiraf etmişlər. Sonradan cavabdehlər onun yanına gələrək qeyrisindən də çolpa aldıqlarını və həmin çolpaların xəstə olduğunu ona demişlər. Özünün sonradan başqa şəxsdən aldığı çolpalar xəstə olduğundan satıcıya zəng edərək iradını bildirmişdir. Orxana və Aqilə satdığı çolpalar xəstə olmamışdır. Orxan və Aqilin tələbi ilə özünün Biləsuvar rayonundan xırda cücə aldığı şəxsə zəng vuraraq həmin cücələrin xəstə olduğunu demişdir. Belə ki, Orxan və Aqil onun yanına gələrək başqa şəxsdən xəstə cücə aldıqlarını və qeyrisinə satdıqlarını, satdıqları şəxsin onlarla mübahisə etdiklərini demişlər. Tələb etməsinə baxmayaraq cavabdehin öhdəliyini icra etmədiyini qeyd etməklə özünün iddiasının təmin, ona qarşı verilmiş iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh3 ona qarşı verilmiş iddianı etiraf etməyərək və İddiaçı izahatını təsdiq edərək Cavabdeh1 və Cavabdeh2 iddiasının rədd olunnmasını xahiş etmişdir. Cavabdehlər, həmçinin iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi qismində məhkəmədə izahat verən X.Y.İsayeva iddianı etiraf etməyərək göstərmişdir ki, onun təmsil etdiyi şəxslər xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Xəyalədən hissə-hissə olaraq hər birinin qiyməti 4,5 manat olan 1700 ədəd çolpa almış və pulunu nağd ödəmişlər. Çolpalar xəstə olduğu üçün Aqil və Orxan malları Xəyaləyə qaytarmaq istəmiş, lakin Xəyalə qaytarmamışdır. İddiaçı və Cavabdeh3 aldadaraq Cavabdeh1 və Cavabdeh2 pulunu mənimsədiklərini qeyd etməklə təmsil etdiyi şəxslərin iddiasının təmin, İddiaçı iddiasının isə rədd olunmasını xahiş etmişdir. İddiaçı təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X2 ifadəsində göstərmişdir ki, «Pasha Holding»də yem satışı üzrə Ağcabədi, Ağdam və s. rayonlar üzrə nümayəndə işləyir. Müxtəlif cücə sexlərinə, o cümlədən İddiaçı sexinə nisyə olaraq yem satır. Hazırda Xəyalənin yemə görə ona 22600 manat borcu var. Ona borcu olan şəxslər kimlərəsə nisyə xeyli yem satarkən alqı-satqıya onu da dəvət edirlər. Bu səbəbdən Xəyalə Aqilə və Orxana nisyə çolpa satarkən onu da çağırmışdır. Aqil və Orxan Xəyaləyə köhnədən qalan borca görə onun yanında 900 manat vermiş və çoxlu sayda nisyə çolpa aparmışlar. Aqil və Orxanın aldıqları çolpaların sayını bilməmiş, lakin onlar çolpanın hamısını aparacaqlarını demişlər. Xəyalənin satdığı çolpalar xəstə olmamışlar. Cavabdeh1 və Cavabdeh2 təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Aqil və Orxanı çolpa alverçisi kimi tanıyır. Aqil və Orxandan birinin qiyməti 4,8 manat olan 300 ədəd çolpa almışdır. Həmin çolpalar xəstə olduğu üçün qırılmışlar. Bu səbəbdən Aqil və Orxan onun çolpa almaq üçün verdiyi pulun yarısını qaytarmış, yarısını isə sonra qaytaracaqlarını demişlər. Cavabdeh1 və Cavabdeh2 təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X3 bildirmişdir ki, Aqil və Orxandan birinin qiyməti 4,8 manat olan 320 ədəd çolpa almışdır. Həmin çolpalar xəstə olduğu üçün qırılmışlar. Bu səbəbdən Aqil və Orxan onun çolpa almaq üçün verdiyi puldan 500 manat qaytarmış, qalan məbləği isə hazırki məhkəmə işi qurtarandan sonra qaytaracaqlarını demişlər. Məhkəmədə elan olunmuş Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2024-cü ildə müraciət edərək göstərmişdir ki, Bakir Təhməzov adlı şəxsdən 3650 manat dəyərində 5000 ədəd cücə almış, sonradan cücələrin xəstə olduğunu bilmiş, dəfələrlə Bakirdən cücələrin geri qaytarılmasını tələb etdikdə sonuncu cücələrin düzələcəyini demişdir. Bundan başqa xx.xx.2024-cü ildə A.M.X9 Nazirliyinin 102 xidmətinə etdiyi müraciətin mülki xarakterli olduğu izah edilərək məhkəməyə müraciət etməsi izah olunmuşdur. Bundan başqa xx.xx.2024-cü ildə X.E.X8 Nazirliyinin 102 xidmətinə etdiyi müraciətin mülki xarakterli olduğu izah edilərək məhkəməyə müraciət etməsi izah olunmuşdur. Ağdam Rayon Polis Şöbəsinin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportunun surətindən görünür ki, İddiaçı 102 xidmətinə zəng edərək Bakir adlı şəxsə 4350 manat ödədiyini və sonuncunun ona xəstə cücə gətirdiyini bildirmişdir. Ağdam Rayon Polis Şöbəsinin məsul növbətçisinin xx.xx.2024cü il tarixli raportunun surətindən görünür ki, İddiaçı 102 xidmətinə zəng edərək Aqil və Orxan adlı şəxslərə xx.xx.2024-cü ildə 1200 manat, xx.xx.2024-cü ildə 1716 manat, xx.xx.2024-cü ildə 2310 manat, xx.xx.2024-cü ildə 2117 manat, xx.xx.2024-cü ildə 2546 manat, sonuncu dəfə isə 1600 manat dəyərində toyuq satdığını, pulunu ala bilmədiyini, zəng edib pulunu istədiyi zaman isə onu hədələdiyini bildirmişdir. Ağdam Rayon Polis Şöbəsinin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportunun surətindən görünür ki, Cavabdeh2 102 xidmətinə zəng edərək Xəyalə və Cavid adlı şəxslərdən 1700 manat dəyərində toyuq alması, toyuqların tələf olduğu üçün onları aldığı şəxslərdən 7600 manat tələb etməsi, lakin həmin şəxslərin imtina edərək ona hədəqorxu gəlmələri barədə məlumat vermişdir. Ağdam Rayon Polis Şöbəsinin məsul növbətçisinin xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli raportlarının surətindən görünür ki, İddiaçı 102 xidmətinə zəng edərək Aqil və Orxan adlı şəxslərə xx.xx.2024-cü ildə 1200 manat, xx.xx.2024-cü ildə 1716 manat, xx.xx.2024-cü ildə 2310 manat, xx.xx.2024-cü ildə 2117 manat, xx.xx.2024-cü ildə 2546 manat, sonuncu dəfə isə 1600 manat dəyərində toyuq satdığını, 15300 manat məbləğində pulunu ala bilmədiyini bildirmişdir. Ağdam Rayon Polis Şöbəsində izahat verən Cavabdeh1 onun əvvəldən İddiaçı 3800 manat borcunun olduğunu, xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə qədər şəriki Cavabdeh2lə birlikdə Xəyalədən 1700 ədəd cücə alıb ona 7600 manat pul verdiklərini, sonradan cücələrin xəstə olaraq ölməyə başladıqlarını, bu barədə Xəyaləyə bildirərək cücələri geri götürüb pulu qaytarmasını dedikdə sonuncunun cücələri götürməyəcəyini, lakin pulu verəcəyini dediyini göstərmişdir. Ağdam Rayon Polis Şöbəsində izahat verən Cavabdeh1 onun əvvəldən İddiaçı 3800 manat borcunun olduğunu, xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə qədər şəriki Cavabdeh2lə birlikdə Xəyalədən 1700 ədəd cücə alıb ona 7600 manat pul verdiklərini, sonradan cücələrin xəstə olaraq ölməyə başladıqlarını, bu barədə Xəyaləyə bildirərək cücələri geri götürüb pulu qaytarmasını dedikdə sonuncunun cücələri götürməyəcəyini, lakin pulu verəcəyini dediyini göstərmişdir. Ağdam Rayon Polis Şöbəsində izahat verən İddiaçı Orxan və Aqil adlı şəxslərin ona 3637 manat borcunun olduğunu, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər Orxan və Aqilin ondan 11490 manat dəyərində 2280 ədəd çolpa apardıqlarını, lakin pulu ödəmədiklərini bldirmişlər. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, İddiaçı iddiası qismən təmin, Cavabdeh2 və Cavabdeh1 iddiası isə rədd edilməlidir. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə qədər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə 7600 manat dəyərində 1700 ədəd cücə (hər birinin qiyməti 4,47 manat) verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə malları qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyərək borclu qalmaqla öhdəliklərini icra etməmişdir. Bundan əlavə Cavabdeh1 və Cavabdeh2 2024-cü ilin fevral ayına qədər İddiaçı 3800 manat borcları qalmışdır. Beləliklə Cavabdeh1 və Cavabdeh2 öhdəliklərini icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Cavabdeh1 və Cavabdeh2 Ağdam Rayon Polis Şöbəsində verdikləri izahatlarda əvvəldən İddiaçı 3800 manat borclarının olduğunu, xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə qədər Xəyalədən 1700 ədəd cücə aldıqlarını etiraf etmişlər. Cavabdeh1 və Cavabdeh2 İddiaçı 7600 manat ödədiklərini bildirsələr də, sonuncu bu halı etiraf etməmiş və bu hal məhkəmədə təsdiq olunmamışdır. İddiaçı çolpanın bir ədədini 5,5 manata satdığını bildirsə də, bu halı sübut edə bilməmişdir. Cavabdeh1 və Cavabdeh2 polis şöbəsində verdikləri izahatlardan, həmçinin onların nümayəndəsinin məhkəmədə verdiyi izahat və təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələrindən məlum olmuşdur ki, onlar çolpanın bir ədədini 4,5 manata almışlar. Belə ki, Cavabdeh1 və Cavabdeh2 təşəbbüsü ilə dindirilmiş şahid ifadələrində O.E.Qarayev və Cavabdeh2 çolpanın bir ədədini 4,8 manata aldıqlarını göstərmişdir. İddiaçı Cavabdeh1 və Cavabdeh2 2280 ədəd çolpa satdığını bildirsə də, bu halı sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə İddiaçı Cavabdeh1 və Cavabdeh2 sonuncuların etirafına əsasən 1700 ədəd çolpa satması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh2 və Cavabdeh1 iddiası ilə bağlı məhkəmə aşağıdkıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 617.1-ci maddəsində göstərilmişdir ki, satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Həmin Məcəllənin 617.2-ci maddəsində qeyd olunmuşdur ki, pərakəndə alğı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. Həmin Məcəllənin 617.3-cü maddəsində göstərilmişdir ki, alıcıya bu Məcəllənin 617.1 və 617.2-ci maddələrində göstərilmiş mala dair məlumatı satış yerində dərhal almaq imkanı verilmədikdə o, satıcıdan pərakəndə alğı-satqı müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər, müqavilə bağlanmış olduqda isə ağlabatan müddətdə müqavilənin icrasından imtina edə bilər, mal üçün ödədiyi məbləğin geri qaytarılmasını və digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 617.4-cü maddəsinə əsasən alıcıya mal haqqında müvafiq informasiya almaq imkanı verməyən satıcı malın alıcıya verilməsindən sonra əmələ gəlmiş qüsurları üçün də məsuliyyət daşıyır, bu şərtlə ki, alıcı həmin qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar əmələ gəldiyini sübuta yetirsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 624.1-cü maddəsində göstərilmişdir ki, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 608-ci maddəsində göstərilmişdir ki, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 609.1-ci maddəsində qeyd olunmuşdur ki, heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Həmin Məcəllənin 609.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.1. cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.2.3. davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə. 609.3. Yeyinti məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.3.1. cıdır və yük heyvanlarında - manqo - 14 günlük qarantiya müddəti ilə; 609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə; 609.3.3. qoyunlarda və keçilərdə - ümumi hidropos - 14 günlük qarantiya müddəti ilə; 609.3.4. donuzlarda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə trixin - 14 günlük qarantiya müddəti ilə. 609.4. Digər heyvanlar, quşlar və balıqlar satılarkən başlıca qüsurlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən, normativ hüquqi aktlar olmadıqda isə müqavilə ilə müəyyənləşdirilir. 609.5. Qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. Həmin Məcəllənin 611-ci maddəsinə əsasən qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. Həmin Məcəllənin 612.1-ci maddəsində göstərilmişdir ki, heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. Həmin Məcəllənin 612.1.1-ci maddəsində qeyd olunmuşdur ki, bu halda alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu və ya balığı qaytara bilmədikdə, o cümlədən başqasına satması, onun tələf olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə də müqavilənin ləğvini tələb edə bilər. Heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir. Həmin Məcəllənin 612.1.3-cü maddəsində göstərilmişdir ki, müqavilənin ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin, habelə heyvanın məcburən öldürülməsinə və uzaqlaşdırılmasına çəkilmiş xərclərin əvəzini ödəməlidir. 612.2. Müəyyən cins əlamətləri olan heyvan, quş və ya balıq alıcısı müqavilənin ləğvi əvəzinə tələb edə bilər ki, müqaviləyə uyğun gəlməyən heyvanın, quşun və ya balığın əvəzinə ona müqaviləyə uyğun gələn heyvan verilsin. 612.3. Əgər satıcı heyvanın, quşun və ya balığın hər hansı başlıca qüsurlarının olmadığına və ya hər hansı konkret xassələrinin olduğuna xüsusi qarantiya verirsə və onlar bu qarantiyaya uyğun gəlmirsə, alıcı müqavilənin ləğvini və ya icra edilməmə nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 613.1-ci maddəsində qeyd olunmuşdur ki, alıcı hər hansı başlıca qüsur əsasında ona mənsub hüquqlardan o halda məhrum olur ki, qarantiya müddəti qurtardıqdan sonra üç gündən gec olmayaraq və ya əgər heyvan, quş və ya balıq həmin müddət bitənədək öldürülərsə və ya digər şəkildə tələf olarsa, heyvanın, quşun və ya balığın ölümündən sonra satıcıya bu qüsur barəsində məlumat vermir və ya ona bu barədə bildiriş göndərmir və ya qüsur əsasında ona qarşı iddia irəli sürmür. Əgər satıcı bu qüsur barəsində qəsdən susmuşdursa, hüquq itmir. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə qədər İddiaçı aldıqları 1700 ədəd çolpaların xəstə olmasını təsdiq etmək üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən İddiaçı hazırki iddia tələbini irəli sürmək üçün ödəməkdən azad edildiyi dövlət rüsumu əvəzində iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 124,20 manat tutulmalıdır. Cavabdeh1 və Cavabdeh2 7650 manat tələbinə dair iddiası təmin edilmədiyinindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən onların ödənilmiş dövlət rüsumu əvəzində 97 manat və vəkilə ödənilmiş məbləğə görə 300 manat tələbi də rədd edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11400 (on bir min dörd yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 124 (yüz iyirmi dörd) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutulsun. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddiasının qalan 4940 (dörd min doqquz yüz qırx) manat tələbinə dair hissəsi rədd edilsin. Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 İlham oğluna qarşı 7650 manat, ödənilmiş dövlət rüsumu əvəzində 97 manat və vəkilə ödənilmiş məbləğə görə 300 manat tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1177/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1177/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver