Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1223/2025 02.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə, İddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi barədə mülki işə 02 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 11300 (on bir min üç yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı olan 11300 manat tələbi barədə iddia ərizəsi əsasında 2(013)- 1223/2025 saylı mülki iş toplanmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər tanıyaraq münasibətdə olduğu və qohumu Cavabdeh maddi dəstəyə ehtiyac olduğu üçün aralarında olan borc müqaviləsinə əsasən 24 noyabr 2023-cü ildə 38 ay müddətinə ayda 298 manat qaytarmaq şərti ilə ümumilikdə 11300 manat borc vermişdir. İddiaçı həmin pulu Cavabdeh müqaviləyə şəxsən imza etdirməklə vermişdi. Şərtləşdikləri kimi cavabdeh verdiyi pulları hissə-hissə geri qaytarmaq üçün iddiaçıya iki ədəd pensiya kartını vermişdir. Növbəti ayda iddiaçı cavabdehdən aldığı iki ədəd kartdan pulu şərtləşdikləri kimi çıxartmaq istədikdə məlum olmuşdur ki, cavabdeh iddiaçıya verdiyi kartları bloklamışdır. İddiaçı cavabdehdə qalan 11300 manat pulu dəfələrlə tələb etsə də sonuncu pulu geri qaytarmamışdır. Beləliklə cavabdeh 11300 manat pulu qanunsuz olaraq istifadə edir və geri qaytarmaqdan yayınır. Bir neçə dəfə cavabdehdən borcunu ödəməsini tələb etsə də, cavabdeh yalan vədlər verir və onu aldadır. Cavabdeh rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh İddiaçı 19791 (on doqquz min yeddi yüz doxsan bir) manat 24 (iyirmi dörd) qəpik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı olan 19791,24 manat tələbi barədə iddia ərizəsi əsasında 2(013)-1343/2025 saylı mülki iş toplanmışdır. Cavabdeh iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 2015-ci ildən tanıyır. 2016-cı ilin mart ayında arvadı X1 maşın vurmuş, Aynur aldığı xəsarətlərdən həmin gün ölmüşdür. İddiaçı sələmlə pul verməsi ona məlum olmuşdur. 2016-cı ilin mart ayının 27dən başlayaraq Nazimdən 10 faiz sələmlə 11300 manat pul almışdır. Pulunun əvəzində Nazimə çörək pulu və ailə başçısının itirilməsi ilə bağlı təqdim olunmuş kartları verişdir. Nazim bir neçə il müddətində həmin kartlardan pul çıxarmışdır. Nazim 2022-ci ildə kartları ona qaytarmalı olduğu halda qaytarmamış, o isə 2024-cü ildə kartları koda qoymaqla pulları özü çıxarmışdır. Nazim 2016-cı ilin mart-may aylarından 2023-cü ilin axırına qədər ona məxsus kartlardan ümumilikdə 31091,24 manat pul çıxarmışdır. Nazim ondan 19791 manat artıq pul almışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-1343/2025 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi barədə 2(013)-1343/2025 saylı mülki iş İddiaçı Cavabdeh qarşı pul tələbi barədə 2(013)-1223/2025 saylı mülki işə birləşdirilərək bir icraatda baxılması qərara alınmışdır. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı özünün iddiasını müdafiə edərək, ona qarşı verilmiş iddianı isə etiraf etməyərək bildirmişdir ki, 24 noyabr 2023-cü ildə Cavabdeh 11300 manat borc vermiş və sonuncu ona borclu olması barədə qəbz yazmışdır. Eldəniz ona iki ədəd kart vermiş, lakin həmin kartlardan pulları Eldəniz onlayn çıxarmışdır. Eldənizin kartından pul çıxarmamışdır. Bu səbəbdən özünün iddiasının təmin, ona qarşı verilmiş iddianın rədd olunmasını xahiş etmişdir. 2(013)-1223/2025 saylı mülki iş xx.xx.2025-ci ildə məhkəmənin icraatına daxil olmuş, hazırlıq iclası xx.xx.2025-ci ildə keçirilərək məhkəmə baxışı xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh xx.xx.2025-ci ildə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə işin başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin səhhəti barədə məhkəməyə sənəd təqdim etməmişdir. 2(013)-1223/2025 saylı mülki işin məhkəmə baxışının xx.xx.2025-ci il tarixə saat 09:30-a təyin edilməsi barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə iclasına gəlməmiş və məhkəmə iclası 02 iyul 2025-ci il tarixə saat 11:00-a təxirə salınmışdır. 2(013)-1223/2025 saylı mülki işlə bir icraatda baxılan Cavabdeh iddiası əsasında toğlanmış 2(013)-1343/2025 saylı müki işin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 11:15ə təyin edilərək bu barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə baxışı xx.xx.2025-ci il tarixə saat 12:30-a təyin edilərək bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. xx.xx.2025-ci ildə keçirilmiş məhkəmə baxışında izahat verən Cavabdeh özünə məxsus pul kartlarını İddiaçı verdiyini, İddiaçı həmin kartlardan 2016-cı ildən 2023-cü ilə qədər pul çıxardığını, 2023-cü ildə kartları blok etdirdiyini, hazırda da kartların Nazimdə olduğunu bildirmişdir. Cavabdeh xx.xx.2025-ci ildə məhkəməyə təkrarən teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işin baxılmasının başqa tarixə keçirilməsini xahiş etmiş, lakin səhhəti barədə iş materiallarına heç bir sübut əlavə etməmişdir. Məhkəmə Cavabdeh iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etdiyindən, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığı kimi qiymətləndirdiyindən və İddiaçı işin mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, mülki işin xx.xx.2025-ci ildən məhkəmənin icraatında olduğunu nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, İddiaçı iddiası qismən təmin olunmalı, Cavabdeh iddiası isə rədd edilməlidir. Belə ki, İddiaçılə Cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh 11300 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə aldığı puldan 180 manat qaytarıb 11120 manat məbləği qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Mülki işin obyektiv, qərəzsiz, hərtərəfli və obyektiv araşdırılması Cavabdeh məxsus “X2” növlü 416974******3646, Cavabdeh məxsus Maestro Pension növlü 676867******9743 kartlardan 2016-2023-cü illərdə pullar çıxarılarkən aparılmış videogörüntülər "xxxx" ASC-dən götürülmüşdür. Həmin videogörüntülərdən və hesabdan çıxarışdan məlum olmuşdur ki, İddiaçı a Cavabdeh məxsus “X2” növlü 416974******3646 saylı kartdan xx.xx.2023-cü ildə 180 manat çıxarmış, digər kartdan isə hər hansı bir məbləğ çıxarmamışdır. Bundan başqa işə baxılarkən məlum olmuşdur ki, Cavabdeh 2025-ci ildə İddiaçı barəsində Ağdam Rayon Polis Şöbəsinə şikayət etmiş, şikayətin araşdırılması üçün material həmin polis şöbəsindən Bərdə Rayon Polis Şöbəsinə göndərilmişdir. Polis şöbəsində izahat verən Cavabdeh İddiaçı faizlə 2016-cı ildən 2023-cü ilə qədər 11300 manat aldığını etiraf etmişdir. Bundan başqa İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 11300 manat pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh İddiaçı ona məxsus kartlardan pul çıxardığını bildirsə də, bu halı məhkəmədə sübut edə bilməmişdir. "xxxx" ASC-dən təqdim olunmuş videogörüntüdən isə məlum olmuşdur ki, İddiaçı Cavabdeh məxsus kartdan xx.xx.2023-cü ildə 180 manat çıxarmışdır. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən İddiaçı ödəməkdən azad edildiyi 133 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilisn. Cavabdeh 11120 (on bir min yüz iyirmi) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 133 (yüz otuz üç) manat dövlət rüsumu tutulsun. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasının qalan 180 (yüz səksən) manat tələbinə dair hissəsi rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı 19791 (on doqquz min yeddi yüz doxsan bir) manat 24 (iyirmi dörd) qəpik tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1223/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1223/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver