Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1244/2025 04.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı pul tələbi barədə mülki işə 04 iyun 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh R.Y.Quluyevdən 850 (səkkiz yüz əlli) manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh qardaş olmaqla onların arasında əvvəllər düşmənşilik və ya ədavət olmamış, ancaq sonradan aralarında münasibətlər pozulmuşdur. İddiaçının sağlamlığına qəsdən zərər vurduğuna görə cavabdeh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə ittiham verilmişdir. Belə ki, Rabil Quluyev iddiaçının onda olan pulunu tələb etdiyinə görə yumruqla vuraraq İddiaçı çənəsini sındırmışdır. Nəticədə iddiaçı xəsarət almış və aldığı xəsarətlə bağlı 850 manata qədər xərci çıxmışdır. Rabil Quluyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından 15 faiz məbləğində dövlət nəfinə tutulmaqla bir il altı ay müddətinə islah işləri cəzsina məhkum edilmişdir. İddiaçı cavabdehdən ona xəsarət yetirməsi səbəbindən çəkdiyi xərci tələb etsə də nəticəsi olmamışdır. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, iddia ərizəsində göstərilənləri təsdiq edir. Müalicəsinə çəkilmiş xərclərə dair heç bir sənədinin olmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X1 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(013)-7/2025 saylı hökmünün surətindən görünür ki, Rabil Quluyev 01 may 2024-cü ildə İddiaçı sağlamlığına qəsdən yüngül xəsarət yetirdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə nəzərdə tutuln cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından 15 faiz məbləğində dövlət nəfinə tutulmaqla bir il altı ay müddətinə islah işləri cəzsina məhkum edilmişdir. Xəstənin buraxılma epikrizinin surətindən görünür ki, İddiaçı aşağı çənənin sol bucağı və sağ tərəfli yerdəişən sınığı diaqnozu ilə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək stasionar şəraitdə müalicə olunmuş, stasionar şəraitdə dinamik müşahidə xx.xx.2024-cü ilədək aparılmışdır. xx.xx.2024-cü ildə qənaətbəxş vəziyyətdə ambulator müşahisə üçün evə buraxılmışdır. . Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı sağlamlığının bərpa olunması üçün 850 manat tələbini əsaslandırmaq üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının sağlamlığının bərpa olunmasına nə qədər məbləğdə xərc çəkməsi məhkəməyə məlum olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, «Tibbi sığorta haqqında» Azərbaycan Respublikası Qanunda icbari tibbi sığortanın əsas prinsipləri öz əksini tapır. Qeyd olunan Qanun 15-1.1.1-ci maddəsində əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin, dərman və tibb vasitələrinin əlçatanlığına və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi, 15-1.1.3. maddəsində sığorta hadisəsi baş verdikdə, sığortaolunana xidmətlər zərfi çərçivəsində icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi, habelə onun dərman və tibb vasitələri ilə təmin edilməsi qeyd olunmuşdur. Həmin Qanunun 15-2.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMTnin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Həmin Qanunun 15-4.1-ci maddəsində icbari tibbi sığorta üzrə sığortaolunanların hüquqları göstərilmişdir. Sözügedən Qanunun 15-4.1.2-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 15-3.1ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək, həmçinin bu Qanunun 15-3.4-cü və 15-23- 1.1-ci maddələri nəzərə alınmaqla, aptek təşkilatını seçmək və pozitiv siyahıya daxil olan dərman vasitələri ilə təmin olunmalarını tələb etmək. Həmin Qanunun 15-5.2-ci maddəsinəəsasən icbari tibbi sığorta üzrə sığortalıların vəzifələrindən biri sığorta haqlarını vaxtında və tam həcmdə ödəməkdir. Qanunun 15- 7.1.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verdikdə, icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək; 15-7.1.3. maddəsində isə bu Qanunun 15-19-cu maddəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini sığortaçıdan tələb etmək. Tibb müəssisəsinin vəzifələri isə Qanunun 15-7.2-ci maddəsində öz əksini tapır. Həmin vəzifələrdən biri bu Qanunun və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərməkdən, eləcə də icbari tibbi sığorta çərçivəsində və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat verməkdir. İddiaçı ona hansı tibbi diaqnozun qoyulması və müalicəsinin icbari tibbi sığortanın xidməti zərflər paketində mövcud olub-olmaması barədə sübutlar təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. İddia rədd edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən İddiaçı ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tələbi təmin edilə bilməz. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X1 qarşı 850 (səkkiz yüz əlli) manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1244/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1244/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver