Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1340/2024 20.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 60.87 manat əsas, 16.8 manat faiz, 4.93 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 82.60 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri yoxlayaraq belə hesab edir ki, qeyd olunan iddia baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, məhkəmənin icraatında iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 60.87 manat əsas, 16.8 manat faiz, 4.93 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 82.60 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə 2(013)-1292/2024 nömrəli iş var. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə Ağdam rayon məhkəmənin icraatında 2(013)-1292/2024 nömrəli iş var Bu səbədən idda ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 60.87 manat əsas, 16.8 manat faiz, 4.93 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 82.60 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1340/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1340/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver