Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1343/2025 04.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 04 iyun 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı xx.xx.2025-ci ildə Ağdam Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 19791 (on doqquz min yeddi yüz doxsan bir) manat 24 (iyirmi dörd) qəpik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi əsasında toplanmış 2(013)-1343/2025 saylı mülki iş xx.xx.2025ci ildə Ağdam Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Cavabdeh xx.xx.2025-ci ildə Ağdam Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh İddiaçı 11300 (on bir min üç yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsi iddia ərizəsi əsasında toplanmış 2(013)-1223/2025 saylı mülki iş xx.xx.2025-ci ildə Ağdam Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən yuxarıda göstərilən iddia tələbləri birləşdirilməlidir. Həmin maddədə qeyd olunmuşdur ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə 2(013)-1343/2025 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi barədə 2(013)-1223/2025 saylı mülki işə birləşdirilərək bir icraatda baxılsın. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1343/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1343/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver