Məhkəmə qərarları › İş №2(013)-1402/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1402/2024

29.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1402/2024 29.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atanın razılığı olmadan yetkinlik yaşına çatmayan uşağın ölkədən getməsinə icazə verilməsi tələbi barədə mülki işə 29 iyul 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, 2016-cı ildı Cavabdehla qeyri rəsmi nikaha daxil olmuş, qeyri rəsmi nikahından xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Sonradan Cavabdeh ilə ailə münasibətləri pisləşdiyindən xx.xx.2024-cü ildən ayrıldıqlarını, Mələk adlı uşağın onun himayəsində qaldığını, Mələyin nitqində qüsur olduğunu və müalicəsinin xaricdə mümkün olduğunu qeyd etməklə xx.xx.2017-ci il təvəllüdlü X2 atasının razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından çıxmasına və ölkəyə qayıtmasına icazə verilməsi və mediasiya üçün ödədiyi 50 manat pulun cvabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahaty verən İddiaçı iddianı müdafiə edərək Mələk adlı uşğın nitq qüsuru olduğunu, müalicə etdirməsinə baxmayaraq heç bir nəticə olmadığını, Türkiyə Respublikasında müalicə etdirəcəyini qeyd etməklə tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qismində məhkəmədə izahat verən T.Q.Tanrıverdiyev Mələk adlı uşağın atanın razılığı olmadan anası İddiaçı ilə Azərbaycan Respublikasının hüddudlarından kənara getməsini və ölkəyə qayıtmasını məqsədə müvafiq hesab etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş AZ-T № 258222 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2017-ci ildə Mələk adlı uşağı olmuşdur. AZ-İ № 468802 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Mələk adlı uşağın atası Cavabdehdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli 5-31/2/1-147/2024 saylı rəyindən görünür ki, həmin orqan xx.xx.2017-ci il təvəllüdlü Mələk adlı uşağın anası İddiaçı ilə birlikdə ölkədə hüdudlarından kənara çıxarılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh qeyri rəsmi nikahından xx.xx.2017-ci il təvəllüdlü Mələk adlı uşağı olmuşdur. Tərəflər ayrıldıqdan sonra, Mələk adlı uşaq İddiaçı himayəsində qalmışdır. Mələk adlı uşağın atası Cavabdeh icazəsi olmadan anası İddiaçı ilə birlikdə xarici ölkəyə gedib-gəlmək hüqununun tanınması məqsədə müvafiqdir. «Ölkədən getmək, ölkəyə gəlmək və pasport haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvercilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə ölkədən gedə bilər. Valideynin birinin razılığı olmadan yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. İddia tələbinin təmin edilməməsi Mələk adlı azyaşlının istirahət hüququnun pozulmasına gətirib çıxara bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquq aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir – azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh icazəsi olmadan xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikası ərazisindən kənara getməsinə və gəlməsinə icazə verilsin. Cavabdeh 50 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar