Məhkəmə qərarları › İş №2(013)-1447/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1447/2024

09.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1447/2024 09.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağdam rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X7 cavabdeh Ağdam rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X1 miras qalmış əmlakı qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 izahatında iddia tələbini müdafiə etdiyini, X4 anası olduğunu, Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli, 22 saylı qərarına əsasən X6 Ağdam rayonu, Eyvazlı kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 4544.93 kv.m torpaq sahəsinin, 0.14 ha torpaq sahəsinin isə anası X6 və X2 verildiyini, bundan daşınar və daşınmaz əmlakın texniki qiymətləndirilməsindən də göründüyü kimi başqa Ağdam rayonu, Eyvazlı kəndi ərazisində yerləşən 100 kv.m sahəsi olan fərdi yaşayış evinin də anasına məxsus olduğunu, anası X4 xx.xx.2022-ci il tarixində vəfat etdiyini, yaxınlarının vəfatından sonra miras qalmış əmlakı və təsərrüüfatı özünün qəbul və idarə edildiyini, ev və torpaq sahəsinin onun istifadəsində və sahibliyində olduğu üçün başqa vərəsələrin hər hansı bir etirazlarının olmadığını qeyd edərək, miras əmlakın tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını və çıxışını dinləyib, belə qərara gəldi ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam rayon X9 dövlət notariusu, M.Əliyev tərəfindən X5 ünvanlanmış xx.xx.2024cü il tarixli, 37 saylı cavab məktubundan görünür ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi gündən 6 ay müddətində mirası qəbul edə biləcəyi əsas gətirilərək, müddətin ötürüldüyü üçün vətəndaşa vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasının 26-cı maddəsinin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Məcəllənin 1248.2-ci maddəsinə əsasən, bu Məcəllənin maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Məhkəmə sadalanan sübutları və qanunvericiliyin tələblərini müqayisəli şəkildə tədqiq edib, məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar bir-birini tamamlamır və iddiaçının tələbinin əsaslı olmasına dəlalət etmir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X3 cavabdeh Ağdam rayon Notariat Ofisinə qarşı anası X1 miras qalmış əmlakı qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin uzadılması barədə ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi X5 aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar