Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1476/2025 16.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı və onun vəkili – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 16 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 7000 (yeddi min) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi şəhər sakini kimi tanımışdır. Cavabdeh polis əməkdaşı işlədiyini iddiaçıya demişdir. 2022-ci ilin əvvəllərində iddiaçı tanışı X4 iş yerini dəyişdirməsinə kömək etmək məqsədilə cavabdehə müraciət etmişdir. 29 mart 2022-ci ildə iddiaçı rəsm qalereyasındakı xidməti otağında cavabdehə 7000 manat pul vermişdir. Sonrakı proseslərdən bəlli olduğu kimi, razılaşdıqları məsələ həll olunmamış və cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. Sözügedən məsələ ilə bağlı cinayət işi başlanmış və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-174/2022 saylı hökmü ilə cavabdeh və iddiaçı təqsirli bilinmişlər. Cavabdeh iddiaçıya qarşı törətdiyi əməli ibtidai və məhkəmə istintaqlarında etiraf etmişdir. Cavabdeh iddiaçını aldadaraq xeyli miqdarda zərər vurmuşdur. F.M.X1 alıb Elvinə verdiyi 7000 manatı Turanəyə qaytarmışdır. Bu məqsədlə iddiaçı bankdan kredit götürüb müəyyən faiz ödəmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı tələbini müdafiə və iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin olunmasını xahiş etmişdir. Mülki iş xx.xx.2025-ci ildə məhkəmənin icraatına daxil olmuş, hazırlıq iclası xx.xx.2025-ci ildə keçirilərək məhkəmə baxışı xx.xx.2025-ci il tarixə saat 10:40-a təyin edilmişdir. İstər hazırlıq, istərsə də məhkəmə baxışı iclasının keçirilməsinin vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasılarına gəlməmişdir. Mülki işin məhkəmə baxışı xx.xx.2025-ci il tarixə saat 14:00-a təxirə salınmışdır. Cavabdeh xx.xx.2025-ci ildə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işin baxılmasının başqa tarixə keçirilməsini xahiş etmiş, lakin səhhəti barədə iş materiallarına heç bir sübut əlavə etməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etdiyindən, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığı kimi qiymətləndirdiyindən və mülki işin xx.xx.2025-ci ildən məhkəmənin icraatında olduğunu nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayəl Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(107)-97/2023 saylı qərarının surətindən görünür ki, xx.xx.2023-cü il Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-174/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması, 310-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 20 faiz tutulmaqla bir il müddəlinə islah işlari cəzasına, həmin Məcəllənin 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində dörd il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 3 ay 19 gün müddəl həbsdə saxlanma müddətinin 1 günü 2 gün azadlığın məhdudlaşdrılması cəzasına bərabər tutulmaqla 7 ay 8 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq üç il on ay iyirmi iki gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayəl Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(107)-97/2023 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-174/2022 saylı hökmü dəyişdirilmiş, Cavabdeh CM-nin 178.2.4. 310, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilmalərinə dair ciayət işi üzrə CM-nin 32.4, 312.1-ci maddələri ona verilmiş ittihamdan xaric edilmiş, Cavabdeh CM-nin 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib 178.2.4-cü maddəsi iki il muddətə azadlıgın məhdudlaşdırılması, 310-cu maddəsi ilə qazancından dövlət nəfinə 20 faiz tutulmaqla bir il müddatinə islah işləri cəzasına məhkum edilmiş, ona CM-nin 310-cu maddəsi ilə təyin olunmuş bir il müddətə işlah işləri cəzası həmin Məcəllənin 63.3.1-ci maddəsinə əsasən altı ay müddət və CM-nin 178.2.4-cü maddəsi ilə təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırlması cəzası 66.2-ci maddəyə əsasən tam toplamaq yolu ilə üzərində iki il altı ay muddətə aradlığın məndudlaşdırılması cəzası saxlanılmış, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 3 ay 19 gün müddət həbsdə saxlanma müddətinin bir günü iki gün azadlığın məhdudlaşdrılması cəzasına bərabər tutulmaqla 7 ay 8 gün 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması qəzasından çıxılaraq onun üzərində qəti olaraq bir il on ay iyirmi iki gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmmışdır. Cavabdeh sözügedən məhkəmə qərarları ilə məhkum olunmuşdur ondan ötrü ki, özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə işləmədiyi halda özbaşına özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edib X10 Qalereyasında director müavini vəzifəsini icra edən İddiaçı vasitəsi ilə tanıdığı iTSÜDAnin Bərdə rayon X8 X9 xidmətinn təşkili şöbəsində laborant vəzifəsində işləyən X2 qaydasında Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-nə labarant vəzifəsinə işə qəbul olunmasına köməklik edəlcəyini yalandan vəd verib, aldadaraq səlahiyyətli vəzifəli şəxsə, yəni Mingəçevir ŞMX-nı PHŞ-nin direktoru Əbdulqadir Sultanova çatdıraçağı adı ilə İddiaçı ilə qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında sonundunun vasitəsilə Turanə Quliyevanı ələ alaraq, onunla sövdələşib sonuncudan 7000 manat pul tələb edərək onu rüşvət verməyə təhrik etmiş, İddiaçı rüşvət, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə veriləcəyini dərk etdiyi maddi nemət hesab olunan sonunçunun 23 fevral 2022-ci il tarixdə Turanə Quliyevadan aldığı 7000 manat pul vəsaitini 29 mart 2022-ci il tarixdə Mingəçevir şəhəri, Səməd Vurğun meydanında yerləşan X10 Qaleriyasının inzibati binasında İddiaçı xidməti otağında sonuncudan alaraq Turanə Quliyevanın xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmiş, cinayətkar niyyətinin ifşa olunmaması üçün xx.xx.2022-ci il tarixdə İddiaçı iştirakı ilə Turanə Quliyeva və sonuncunun ail üzvləri ilə Mingəçevir şəhər Mərkazi xəstəxanası PHŞ-nin Acil şobəsinin giriş hissəsində görüşərək polis əməkdaşı oldugunu bir dana qeyd etməklə işinin tez bir zamanda həll olunacağını Turanə Quliyevaya vəd verərək Daxıli İşlər Nazirliyinin əməkdaşlarının nüfuzuna xələl gəfirməklə özbaşına ozünü vəzifəli şəxs kimi təqdim edib fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər Turanə Quliyevanın xeyli miqdarda əmlakının aldatma və etibardan sui- iştifadə yolu ilə ələ keçirərək dələduzluq etmiş və sonuncunu qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət verməyə təhrik etmişdir. Göründüyü kimi Cavabdeh başqa şəxsin mülkiyyəti hesab edilən 7000 manat məbləği qanunsuz olaraq ələ keçirmiş və dəymiş ziyan Cavabdeh əvəzində İddiaçı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən Cavabdeh vurduğu zərərin əvəzini ödəmiş İddiaçı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Belə olan halda iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsində göstərilmişdir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində 90 manat cavabdehdən alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 90 manat – cəmi 7090 (yeddi min doxsan) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1476/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1476/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver