Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1489/2025 19.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyan qismində 2750 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh iddia ərizəsinin və digər sənədlərin sürətləri göndərilmiş, ona məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəməyə onun tərəfindən heç bir vəsatət daxil olmamışdır. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, Cavabdeh tanıdığını və vaxtında aralarnda xoş münasibətlərinin olduğunu, daha sonra Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyini, belə ki, cavabdehun ona qarşı dələduzluq etdiyini, yəni etibarından suiistifadə edərək, aldatma yolu ilə onun əmlakını təkrar və xeyli miqdarda ziyan vurmaqla ələ keçirdiyini, bir neçə dəfəyə olmaqla ondan ümumilikdə 2750 manat məbləğində pulu onu və qardaşını Qaz idarəsində işə düzəltmək adı ilə dələduzluq edərək aldığını, özünün bununla əlaqədar Ağcabədi RPŞ-yə ərizə ilə müraciət etdiyini, E.Ələkbərov barəsində Ağcabədi RPŞ-nin İstintaq Bölməsində cinayət işinin başlandığını, istintaq dövründə özünün mülki iddiaçı qismində tanınması ilə əlaqədar ərizə ilə müraciət etdiyini , lakin istintaq orqanının onu mülki iddiaçı kimi tanımamış, ümumuiiətlə bu barədə hər hansı bir qərar qəbul edilmədiyini, istintaq tamamlandıqdan sonra cinayət işinin Ağcabədi Rayon Məhkəməsinə göndərildiyini və E.Ələkbərovun barəsində məhkəmə hökmünə əsasən 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verildiyini, hökmdə E.Ələkbərovun dələduzluq yolu ilə ondan ümumilikdə 2750 manat məbləğində pul aldığının öz əksini tapdığını bildirərək ona dəymiş 2750 manat məbləğində maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, heç bir səlahiyyəti olmadığı halda, tanışı İddiaçı onu və qardaşını Qaz idarəsində işə düzəltmək adı ilə yalan vəd verib onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı İddiaçı aldadaraq sonuncunun etibarından sui-istifadə edib bu adla ondan onu işə düzəltmək məqsədi ilə öncə 1000 manat, aradan bir neçə həftə keçdikdən sonra qaz idarəsində çilingər işi olduğunu bildirərək qardaşını işə düzəltmək məqsədi ilə 900 manat, daha sonra isə yenidən çilingər işi olduğunu və münasib şəxsi düzəldə biləcəyini dedikdə bacısı oğlu üçün 850 manat nağd pul vəsaitini müxtəlif vaxtlarda alıb ələ keçirməklə İddiaçı ümumilikdə 2750 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bu səbəbdən də, Ağcabədi Rayon Məhkəməsinin 1(017)- 5/2025 saylı 12 fevral 2025-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxs İddiaçı vurulmuş ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilmişdir. Qeyd olunan hökmün məzmunundan aydın olur ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı cəmi 2750 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd olunanaları nəzərə alaraq məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı 2750 manat məbləğində maddi ziyanın vurulması iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Konsitutisiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çixaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin müddəalarından görünür ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2750 manat məbləğində maddi ziyan tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının müharibə veteranı olduğuı üçün dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 47.50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2750 (iki min yeddi yüz əlli) manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilsin. Cavabdeh 47.50 (qırx yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumu pul vəsaiti tutularaq Dövlət gəlirlərinə alınsın. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1489/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1489/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver