Məhkəmə qərarları › İş №2(013)-1509/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1509/2024

18.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1509/2024 18.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ziyana görə 5000 manat məbləğində pulun və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, Cavabdeh onun qohumu ilə əlbir olaraq ona qarşı dələduzluq edərək onun üzərindən varlanmaq qərarına gəldiyini, belə ki, bütün bunların Salyan Rayon Məhkəməsinin 2(057)-192/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində öz əksini tapdığını, hazırada cavabdehin ona olan borcunu qaytarmaq istəmədiyini bildirərək, bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianının əsasız olduğunu, əvvələr İddiaçı sələmə pul götürsə də, sonra ona olan bütün borclarını ödədiyini, iddia tələbində göstərilən İddiaçı 5000 manat pul götürmədiyini, həmin puldan onun xəbəri olmadığını, lakin sonuncu dəfə İddiaçı 2022-ci ilin noyabr ayında götürdüyü 800 manat borcu imkanı olmadığı üçün qaytara bilmədiyini və hazırda onun İddiaçı onun cəmi 800 manat borcu olduğunu bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-192/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin sürətindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh X1 qarşı cavabdehdən ona vurduğu ziyana görə 5000 manat məbləğində pulun və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, qeyd olunan iş üzrə şahid qismində dindirilmiş (hazır ki iş üzrə cavabded) Cavabdeh izahatında İddiaçı uzun müddətdir tanıdığını, ondan dəfələrlə faizə pul götürdüyünü və bütün borclarını geri qaytardığını, lakin sonuncu dəfə 2022-ci ilin noyabr ayında İddiaçıdan 800 manat pul istəmiş və xuraman pulu onun oğlunun kartına göndərmişdir. Həmin pulu qaytara bilməmiş və Xuramana 800 manat borcu var. Həmçinin, həmin qətnamə ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 800 manat pul “ABB” bank kartına “Milliön” terminalından əməliyyat nömrəsi ********** İBAR8-664327710 göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübüt edilmir. Məhkəmə baxışı zamanı aydın olur ki, iddiaçı cavabdehdən 5000 manat pul tələb etsə də, lakin iddiaçının təqdim etdiyi sübutlar iddianın tam həcmdə təmin edilməsi üçün kifayət etmir. Cavabdeh isə iddiaçıya cəmi 800 manat borcu olduğunu bildirmişdir. Həmin hall Salyan Rayon Məhkəməsinin 2(057)-192/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan məbləğin tam həcmdə təmin olunması üçün tərəflər arasında müqavilə olmalı və tərəflər üzərinə öhdəlik götürməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar (Mülki Məcəllənin 14-cü maddəsində müəyyən edilən) nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X2rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 800 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdehə, qalan 40 manat hissəsi isə, iddiaçının özünə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun geri qalan 40 (qırx) manat hissəsi İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar